“Elçibəy bizə YAP-ı yaradanları qorumağı tapşırırdı” - İsgəndər Həmidov
Tarix: 28-03-2019, 08:34 | Çap et
 Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev demokrat.az-a müsahibəsində bildirib ki, AXC hakimiyyəti dövründə Heydər Əliyevi müdafiə edənlərə təzyiqlər olurdu. Hətta Əli İnsanovun rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası hakimiyyət tərəfindən partladılmışdı: “Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktoru olduğu Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə institut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi”.
Xalq Cəbhəsi hakimiyyətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov “Yeni Müsavat”a bildirdi ki, Əli Nağıyev əsası olmayan açıqlamalar verib: “Əbülfəz Elçibəy hakimiyyəti dövründə nə Heydər Əliyev tərəfdarlarına, nə də ümumiyyətlə, başqa müxalifət təşkilatlarına təzyiqlər olub. Əli İnsanovun rəhbərlik etdiyi institutun partladıldığı barədə söhbətlər uydurmadır. O zamanlar da belə uydurmanı ortaya atmışdılar. Prezident Əbülfəz Elçibəyin şəxsi göstərişi ilə araşdırma aparıldı və heç bir təsdiqini tapmadı. O vaxtlar belə uydurmaları həm hakimiyyəti gözdən salmaq, həm də Naxçıvanda yaşayan Heydər Əliyevə yaltaqlanmaq, ona özlərinin əzabkeş olduğunu süni şəkildə göstərmək üçün ortaya atırdılar.
AXC hakimiyyəti dövründə heç bir müxalifətçiyə, müxalifət partiyasına təzyiq yox idi. Bir nəfər də olsun siyasi məhbus həbsə atılmamışdı. Yeni Azərbaycan Partiyası məhz Elçibəy hakimiyyəti zamanı təsis olundu, bütün qurultay və konfranslarını keçirməyə şərait yaradılmışdı. Fizika İnstitutunda YAP-ın yaradılması ilə bağlı yığıncaq keçirdilər. Əbülfəz Elçibəy şəxsən bildirdi ki, demokratiyadır, hər kəsin toplaşmaq, siyasi partiya yaratmaq hüququ var, onlara da bu hüququ tanımaq lazımdır. Əbülfəz Elçibəy bizə hətta YAP-ı yaradanları qorumağı da tapşırırdı".
İ.Həmidov onu da bildirdi ki, Əbülfəz Elçibəy hətta hakimiyyətin mitinqində müxalifətçilərə çıxış üçün söz verirdi: “Hərbi paraddan sonra mitinq oldu, mitinqdə müxalifət təmsilçilərinə, məsələn, Nemət Pənahlıya prezident Əbülfəz Elçibəy çıxış üçün söz verdi. Onlar da çıxış edib hakimiyyəti sərt tənqid etdilər. Müxalifətçilərə bütün tədbirlərini keçirməyə şərait yaradılırdı. Dövlət televiziyasında gündə iki saat YAP-ın sədr müavini Siruz Təbrizlinin verilişi olurdu. Bütün veriliş boyu Siruz Təbrizli hakimiyyətin ünvanına tənqid söyləyirdi. Bütün bunlar hamısı tarixdir. Bir nəfər də olsun YAP üzvünə təzyiq yox idi, bir nəfər belə həbs edilməmişdi. Heydər Əliyevin qatı tərəfdarları kimi çıxış edən məşhur ”91-lər"in başında akademik Fərəməz Maqsudov dururdu. Fərəməz Maqsudov Əbülfəz Elçibəyin ən yaxın adamlarından, ən hörmət etdiyi alimlərdən biri idi. İndi Əli Nağıyev AXC dövründə Heydər Əliyev tərəfdarlarına hansı təzyiqlərdən danışır, başa düşülən deyil. Mən Əli Nağıyevi ağıllı adam bilirdim".
AXC hakimiyyəti dövründə baş nazir işləmiş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, Əli İnsanovun Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanasının Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılması və buna görə institutun bir neçə gün soyuqda qaldığı haqqında sabiq nazir Əli Nağıyevin açıqlaması cəfəngiyyatdır, Xalq Cəbhəsi hakimiyyətinə qarşı böhtandır: “Ümumiyyətlə, hər kəsin istənilən hadisədən danışmaq hüququnu qəbul edərək, mən Əli İnsanov tərəfdarlarına, o cümlədən Əli İnsanovla Xalq Cəbhəsi hakimiyyətinin münasibətlərini təftişinə girməməyi tövsiyə edərdim. Həm də ona görə ki, həmin münasibətlər həqiqətən birmənalı olmamışdır və bunun indi xatırladılması və təftişi hesab etmirəm ki, onların xeyrinə olar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Bu gün, 12:50 |
|
|
|
| • Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:49 |
|
|
|
| • “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Bu gün, 12:31 |
|
|
|
| • Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Bu gün, 12:24 |
|
|
|
| • “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Bu gün, 12:11 |
|
|
|
| • Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Bu gün, 12:03 |
|
|
|
| • Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Bu gün, 11:44 |
|
|
|
| • AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35 |
|
|
|
| • Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17 |
|
|
|
| • Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15 |
|
|
|
| • Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08 |
|
|
|
| • Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06 |
|
|
|
| • “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02 |
|
|
|
| • “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55 |
|
|
|
| • İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51 |
|
|
|
| • Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
| • Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27 |
|
|
|
| • Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
| • Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11 |
|
|
|
| • Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52 |
|
|
|
| • Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18 |
|
|
|
| • Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16 |
|
|
|
| • Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13 |
|
|
|
| • - "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12 |
|
|
|
| • Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54 |
|
|
|
| • Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41 |
|
|
|
| • Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28 |
|
|
|
| • Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27 |
|
|
|
| • "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22 |
|
|
|
| • Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18 |
|
|
|
| • Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16 |
|
|
|
| • AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06 |
|
|
|
| • Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02 |
|
|
|
| • Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00 |
|
|
|
| • Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55 |
|
|
|
| • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48 |
|
|
|
| • Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45 |
|
|
|
| • “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
| • Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36 |
|
|
|
| • Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33 |
|
|
|
| • Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21 |
|
|
|
| • Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46 |
|
|
|
| • Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39 |
|
|
|
| • Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07 |
|
|
|
| • ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04 |
|
|
|
| • Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
|