Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                 

“Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər” - deputat
Tarix: 8-02-2019, 08:36 | Çap et
“Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”
Bu həftənin həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzusu meşələrdən əhalinin mer-meyvə yığmasına Nazirlər Kabinetinin qoyduğu qadağa oldu. Prezident İlham Əliyevin göstərişindən sonra baş nazir Novruz Məmmədov öz qərarına xitam verdi.

Bəzi müşahidəçilərin fikrincə, dövlət başçısının məsələyə operativ reaksiyasına səbəb ictimai rəydən xəbərdar olması idi. NK-nın bu qərarı hətta hakimiyyətə yaxın adamların da etirazına səbəb olmuşdu.

İkincisi, narazılıq edənlər arasında iqtidaryönlü deputatların, yazarların olması NK-nın bu absurd qərarının ləğvinə ciddi təsirini göstərmiş oldu. Cəmiyyətin sərt reaksiyası ilə qarşılanan bu qərar əslində prezidentin fəaliyyətinə yönəlik addım kimi də qiymətləndirilə bilər. Xüsusən prezidentin şəhid ailələri ilə görüşü, sonra Şamaxıda zəlzələdən zərərçəkənlərlə görüşə getməsi fonunda NK-nın qərarının ləğv olunması barədə göstərişi İ.Əliyevin xalqı narahat edən problemlərə şəxsi həssaslığını nümayiş etdirdi.

Fazil Mustafa: “Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”

“Görünür ki, müəyyən çevrələr bu sənədi Nazirlər Kabinetinə təqdim edəndə öz maraqlarını güdüblər. Ancaq yaxşı ki, prezidentin belə qərarların ləğvi barədə göstəriş vermək səlahiyyəti var”. Bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi.

Deputatın fikrincə, bəzən ciddi araşdırma aparmadan, vətəndaşı düşünmədən addımlar atılır: “İdarəetmədə belə hallar olur. Sadəcə, Azərbaycanda qərarlar cəmiyyətin müzakirəsinə buraxılmadan məmur beyni ilə verilir. Vətəndaşın meşədən giləmeyvə yığmasına icazə vermirsən, amma o boyda keçmiş nazir ölkənin yaşıllıqlarını məhv elədi, onu cərimələmirsən. Ona görə də qərar veriləndə bu sənəd əsaslandırılmalıydı”.

F.Mustafa prezidentin vətəndaşdan gələn mesajı nəzərə aldığını bildirdi: “Əslində faciəli qərar deyildi. Hər vətəndaşın yanına qarovulçu qoyulmayacaqdı ki?! Sadəcə, parlamentdə bu cür məsələlər müzakirədən keçməlidir, cəmiyyətdə müzakirə ortamı olmalıdır, qərarlar müzakirədən sonra verilməlidir. Bütün hallarda vətəndaşın xeyrinə olan bu qərarın prezident tərəfindən dayandırılması müsbət haldır”.

Vahid Əhmədov: “Başa düşmürəm ki, bu qərar kimə lazım idi”

“Mən demişdim ki, düzgün deyil. İnsanlar meşələrdən meyvə yığırlar, qurudurlar, istehsal edirlər, 3-5 manat qazanırlar. Çox yaxşı oldu ki, prezident qərarın ləğvi barədə göstəriş verdi. Söhbət burada meşəni dağıtmaqdan getmir, meyvə emalından gedir. İnsanlar meşələrdə yığdıqları otlardan xalq təbabətində dərman kimi istifadə edirlər. Mən başa düşmürəm ki, bu qərar kimə lazım idi. Əhalinin ziddinə olan qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, bu bizə nə xeyir verəcək, büdcəyə nə gətirəcək. Ona görə qərarın ləğvi yerində oldu, prezident vətəndaşı nəzərə alaraq bu göstərişi verdi”.

Deputat Elmira Axundova isə baş nazirin qərarını ləğvdən öncə dəstəkləmişdi. Xanım millət vəkili demişdi ki, Novruz müəllim xalq içindən çıxmış adamdır, o, heç zaman camaata qarşı olan addım atmaz: “İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər”.

Ötən gün bu qərarın ləğvi ilə bağlı E.Axundovanın mövqeyini öyrənmək istədik, lakin köməkçisi səhhəti ilə əlaqədar danışmaq imkanında olmadığını bildirdi.

Hüquqşünas: “Qərarı qəbul edənlər qanunvericiliyi yaxşı incələməyib”

Hüquqşünas Ələsgər Məmmədli yazıb ki, bu qərar 1993-cü ilin dekabrında qəbul edilib, o zaman isə bugünkü konstitusiya mövcud deyildi. Hüquqşünas bildirib ki, qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər: “1995-ci ildən etibarən NK-nın istənilən qərarları konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz. Çünki 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun konstitusiyaya uyğun yenilənməsini tələb edirdi”.

Bildirək ki, əgər qərarın tətbiqinə başlansaydı, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru