“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                 

“Bəzi qüvvələr şəxslərin həbsindən siyasi məqsədləri üçün istifadə edirlər”
Tarix: 24-01-2019, 08:19 | Çap et
“Bəzi qüvvələr şəxslərin həbsindən siyasi məqsədləri üçün istifadə edirlər”
Ölkədə bir qrup şəxslər var ki, siyasi fəaliyyəti ilə bağlı həbs olunanlar azadlığa buraxılanda, yaxud da hakimiyyət tərəfindən onlarla bağlı hansısa humanist i addım atılan zaman bunu hökumətin qorxması, geri çəkilməsi kimi qələmə verirlər. Eləcə də eyni məsələləri Mehman Hüseynovla bağlı gedən proseslər fonunda da müşahidə etdik. Ekspertlər bildirirlər ki, bu kimi yanaşmaların arxasında savadsız təhlillər və düşünülməmiş addımlar dayanır ki, nəticədə əziyyətini məhbuslar çəkirlər. Bu, sanki qəsdən edilir və kimlərinsə firqə maraqlarına uyğundur.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, humanist addımlara bu cür yanaşılması kökündən yanlışdır:

“İqtidarın əhatə, məlumat dairəsi həddindən artıq genişdir. Mən daha öncəki açıqlamamda da demişdim ki, Avropa tərəfdən daha ağır tutumlu hadisələr qarşıda olacaq. Avropa Komissiyası ilə Azərbaycan iqtidarının münasibətləri çox yaxşıdır. Bunun ötən günlərdə sübutu da ortaya çıxdı. Belə ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrinə 12 milyard 980 milyon avro pul ayırdı. Həmin pulun ən böyük hissəsi Ukraynaya, ikinci yerdə isə Azərbaycana verildi. Deməli, bizim heç bir şeydən xəbərimiz olmadığı dövrdə Şərq Tərəfdaşlığı ölkələri həmin pul uğrunda mübarizə aparırmışlar. Ermənilər Avropa Komissiyasına müdaxilə edə bilməsələr də, Avropa Parlamentini və digər strukturları işə qarışdırdılar. Hazırda Avropa Parlamentində müəyyən iş təcrübəsi olan adamla təmasdayam. Onun mənə söylədiyinə görə, hələ Avropa Parlamentdə belə bir hal olmayıb. Yəni orada Mehman Hüseynovla bağlı qərar qəbul oluna bilərdi. Bu, normaldır. Ancaq bir günün içərisində anti-Azərbaycan qətnaməsinin qəbulu gülüncdür.

İstənilən qətnamənin bir gün içərisində qəbulu Avropa Parlamentində olmayan təcrübədir. Deməli, əslində burada pul uğrunda mübarizə gedirdi. Azərbaycan hökuməti apardığı siyasətdə erməni, gürcü və digər tərəflərə qalib gəlmişdi və onlar da bunun qisasını vətəndaş cəmiyyətində olan adamlarını ayağa qaldırmaqla almaq istədilər. Azərbaycan iqtidarı da bunu yaxşı başa düşür. Ona görə də Avropa Parlamentinin Avropa Komissiyasına əlavə təzyiqlərinin qarşısını almaq üçün Mehman Hüseynov məsələsində belə göstərişlər verdi. Bu baxımdan müxalifət, ekspertlər kiçik, yanlış bilgiləri ilə hökumətə gələn dünyaca geniş informasiya axınının qarşısında durmaq istəyirlər. Ola bilər ki, hökumətin Mehman Hüseynovla bağlı sözügedən səbəbdən atdığı addımı kimlərsə iqtidarın geri çəkilməsi kimi qələmə verər. Yaxud da bundan ölkədə mitinq aktivliyinin artması istiqamətində istifadə edə bilərlər. Müxalifət deyir ki, hakimiyyət insan hüquqlarını pozur. Ancaq biz gördük ki, həmin iqtidarın Avropadan nə qədər pul aldı. Qərb siyasətində dəyərləndirmənin pul vahidi çox vacib məsələdir”.

Politoloq bildirib ki, Qərb Azərbaycan iqtidarının siyasətini bəyənməsə, bu cür addımlar atmaz: “Paşinyandan əvvəl də Ermənistan hakimiyyəti Avropadan pul almaq üçün min oyundan çıxıblar. Görün ki, Ermənistanın bu qədər yalvarışı fonunda ona nə qədər az miqdarda vəsait ayırıblar. Bu, Avropanın regionda gedən proseslərə dəyər ölçüsüdür. Bundan əlavə, onu da deyim ki, Qarabağ məsələsinin həlli həlledici mərhələyə yaxınlaşıb. Ona görə də Avropada bu münaqişədən uzun illər pul yeyənlər narahatdırlar. Müxalifətdə olan qardaşlarımıza deyirəm ki, bunu da nəzərə alsınlar. İndiki zaman Dağlıq Qarabağ məsələsində, Azərbaycanın Avropa ilə münasibətlərində çox vacib bir dövrdür. Ölkə prezidenti Davos Forumunda vacib söz dedi ki, Azərbaycanın KTMT-yə üzv olmaq niyyəti yoxdur. Bu da indiki dövr üçün vacibdir. Ona görə də Azərbaycanın hər bir vətəndaşı atdığı addımın məsuliyyətini dərk etməlidir. Müxalifəti ən azından aprel ayına qədər baş verən prosesləri ciddi proqnozlaşdırmağa, onun mahiyyətini dərk etməyə və Qarabağ məsələsində hakimiyyətin yanında olmağa çağırıram”.

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, siyasi məhbuslar üzərindən siyasət qurulmasının əleyhinədir:

“Hakimiyyət onları haqsız yerə həbs edib, sonra buraxmaqla dünya siyasəti qarşısında humanizmini, liberallığını göstərmək istəyir. Müxalifətdəki bəzi qüvvələr isə bu şəxslərin həbsindən siyasi məqsədlər üçün istifadə edirlər. Müxalifət olaraq çalışmalıyıq ki, həmin insanlar həbsdən çıxsınlar. Onlar üzərindən siyasət qurub, hakimiyyətlə mübarizə aparmaq, yaxud da bu şəxslər üzərindən hakimiyyətə təzyiq etmək doğru deyil. Hər kəsin bir nömrəli məqsədi onların azad edilməsi olmalıdır. Bu yolda kim nə fədakarlıq lazımdırsa, etməlidir. Müxalifət deyir ki, bu adamları buraxmasan mitinq edəcəyəm, təzyiq edəcəyəm və sairə. Hakimiyyət də cavab verir ki, sən bunu prinsip edirsənsə, heç buraxmıram. Nəticədə həbs olunanlar 5-6 il haqsız yerə məhbəsdə yatırlar. Bu məsələlərdə daha diqqətli və həssas olmaq lazımdır. Çünki insan taleyindən, ömründən söhbət gedir. Ümumiyyətlə, yaxşı olardı ki, siyasi fəaliyyətinə görə kimsə həbs edilməsin. Hər iki tərəf bu məsələdə diqqətli olmalıdır. Təbii ki, ən böyük məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki həbs edən tərəf odur. Müxalifət isə bundan bəzən sui-istifadə edir. Nəticədə məhbuslar əziyyət çəkir. Belə olmalı deyil”.

Faktiki olaraq deyilənlərdən və müşahidələrdən aydın olur ki, son dövrlərdə iqtidarın humanist davranışları qətiyyən onun geri çəkilməsi deyil, əksinə, onun daxildəki və xaricdəki rəqibləri, eyni zamanda bədxahları üzərində gerçəkdən irəliləməsi, qələbəsidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru