Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? .....                     Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? .....                     Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir .....                     “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                 

İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Tarix: 28-11-2016, 08:41 | Çap et
İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Madrid prinsiplərinin içində Dağlıq Qarabağı Azərbaycandan ayırmağın mexanizmi göstərilib, o da statusla bağlı referendum keçirilməsidir. Namazovun fikrincə, əgər bu fikir orda varsa, deməli, hansısa qüvvələr Azərbaycanı Dağlıq Qarabağdan imtinaya vadar etməyə çalışacaqlar.

“Həmin mexanizmlə bağlı addım çox yanlışdır, Azərbaycan diplomatiyası gərək bunun qarşısını alaydı. Razıyam ki, Azərbaycana belə bir təzyiqlər olub. O təzyiqlərin nəticəsidir ki, Madrid sənədində referendum məsələsi əksini tapıb...

Azərbaycan diplomatiyasının səhvləri olub. Ancaq indiki dövrdə Qarabağla bağlı aparılan siyasət ümumən düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda, ona müəyyən təzyiqlər olub. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq” - Namazov bildirib.

İqtidaryönlü deputat Zahid Oruc isə Eldar Namazovun Madrid prinsipləri ilə bağlı Azərbaycan diplomatiyasının səhvlərə yol verdiyi iddiasının yanlış olduğunu dedi. “Yeni Müsavat”a açıqlamasında o, fikrini belə əsaslandırdı: “Eldar Namazov 1999-cu ilə qədər Qarabağla bağlı aparılan danışıqların içərisində olub. Ən azı prezident köməkçisi kimi müxtəlif məxfi məlumatlar həm poçt vasitəsilə, həm xüsusi xidmət orqanlarının təqdim etdiyi hesabatlardan tam əmin idi ki, Qarabağ danışıqları hansı mexanizmlər, hansı əsas baza prinsipləri üzərində qurulub. Xatırlayırsınızsa, 2001-ci ildə ermənilər ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş 3 sənədi öz xeyirlərinə cəmiyyətə çıxarmağa çalışdılar. Ulu öndər Heydər Əliyev bu məqama və diplomatik danışıqların açılmaması prinsipinin pozulmağına görə mühüm addım atdı, həmin üç variantın hamısı cəmiyyətə açıqlandı və parlamentdə də Qarabağ dinləmələri keçirildi. Xatırlamıram ki, Eldar Namazov həmin tədbirə qatılmışdı. Amma Azərbaycan ictimai-siyasi qüvvələrinin böyük hissəsi o tədbirdə iştirak edirdilər və həmin müzakirələrin faydası ondan ibarət oldu ki, Azərbaycan dövləti xalqın maraqlarına uyğun olaraq güzəşt mövqeyini tutmadı - baxmayaraq ki, ermənilər 1994-1995-ci ildə MDB formatında atılmış addımları və razılaşmaları bu gün üçün də Qarabağın müstəqilliyinin mühüm hüquqi bazisi hesab edirlər. Əgər siz Minsk Qrupunun o dövrkü həmsədri Kazimirovun öz adı ilə yaratdığı müxtəlif informasiya portallarına baxsanız, dediklərimizi görəcəksiniz. Ermənilər də hər zaman Kazimirovla birgə hərəkət ediblər. Mən bu tarixçəni ona görə xatırlatdım ki, ondan sonrakı dövrdə istər Madrid prinsipləri, istərsə də Kazanda görüşlər zamanı razılaşdırılacağı deyilən məsələlər əsas tezislərin bu və ya digər modellərinin uzlaşdırılmış, uyğunlaşdırılmış variantları olub. Diplomatik siyasi həyata bələdçiliyi olan Eldar Namazov üçün belə bir mövqe ilə çıxış etməsi ciddi təəccübə səbəb olur. Çünki əvvəla, məsələ heç bir halda son variant deyil. Azərbaycan tərəfindən hansı şərtlər altında nəyə razılıq verildiyini təyin etmək çox çətindir və düşünmürəm ki, bu tənqidin arxasında kimsə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağı güzəştə getməkdə qınasınlar. Buna əsas yoxdur”.

Deputat xatırlatdı ki, Eldar Namazov və onun bir neçə siyasi həmfikri dəfələrlə Tatarıstan modelini irəli sürürdülər: “Bilirsiniz ki, Rusiya federal ölkə olsa da, bir neçə respublikanın, onun tərkibində olan qurumların dövlətə bərabər səlahiyyətləri var. Onların sırasında Tatarıstan xüsusi fenomendir, bir neçə məqamı çıxmaq şərtilə demək olar əksər müstəqillik atributlarına malikdir. Xaricdə təmsilçilik, müstəqil gömrük siyasəti aparmaq və bir neçə hüquqları da əldə etsə Tatarıstan tamamilə müstəqil dövlət olur. Ona görə də belə hesab edirəm ki, bəlkə də hakimiyyət müəyyən aralıq dövrdə, Madrid prinsiplərində qeyri-müəyyən dövr üçün referendumun keçirilməsi prinsipinə razılıq verməklə oradakı şəraiti dəyişəcəyini hədəf edib. Bu gün Dağlıq Qarabağdan çıxan azərbaycanlıların sayı ilə 1989-cu ilin statistik göstəriciləri arasında fərq bəlkə də artıq bizim xeyirimizə dəyişib. Çünki demoqrafik artım baxımından azərbaycanlılar ermənilərdən fərqlənir. 1989-cu il statistikası Dağlıq Qarabağda 90 min erməni, 45 min azərbaycanlı şəklində əksini tapıb. Bugünkü statistikanın isə bizim xeyirimizə dəyişdiyini düşünürəm. Əgər azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqları təqdirdə o bölgədə vəziyyət tamamilə dəyişə bilər. Azərbaycanın Madrid prinsiplərinin müzakirəsi getdiyi bir zamanda strateji hədəf olaraq nəyin nəzərdə tutduğunu bilmədən iqtidarı qınamaq yanlışdır. Zatən də göründü ki, Azərbaycan həmin danışıqlara problemin köklü şəkildə çözülməsi yolu kimi yanaşmayıb. Bu gün siyasi danışıqlardan daha kəskin hərbi qüvvənin daha gücləndirilməsi prosesi getməkdədir. Qarabağ məsələsinin həllinə dövlətin, ölkə rəhbərinin hansı variant üzrə hazırlıq gördüyünü bu şəraitdə görməmək qeyri-mümkündür. Aprel savaşı, bundan sonrakı dövrdə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, beynəlxalq durum ona qədərki bütün danışıqların üzərindən sanki xətt çəkib və sıfır vəziyyətinə qayıdılıb. Ona görə də hesab eləmirəm ki, Azərbaycan prezidentinin imzası olmayan sənədin əsasında uzağa gedən nəticələr çıxarılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru