“Kremlin yerində otuzdurulması prosesi davam edəcək”
Tarix: 17-11-2016, 08:47 | Çap et
 Son aylarda Qərb-Rusiya arasındakı qarşıdurmalarda rəsmi Moskvanın üstünlüyü nəzərə çarpır. Rəsmi Moskva digər dövlətlərdə hakimiyyətləri müəyyən edə bilir, özünə yaxın liderlər prezident edilir...
Oktyabrın əvvəllərində qonşu Gürcüstanda keçirilən seçkilərdə Putin Rusiyası rusiyameylli hakimiyyətin nəinki qələbəsində mühüm rol oynadı, hətta hazırkı gürcü hakimiyyətinə əsas alternativ müxalifət olan, Qərbin ən yaxın adamı sayılan keçmiş prezident Mixail Saakaşvilinin mövqelərinə sarsıdıcı zərbə endirdi. Bu proseslər Moldova və Bolqarıstanda da davam etdi...
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində də Rusiyaya daha çox sərf edən namizəd, seçkiöncəsi Rusiya ilə əlaqələrə önəm verəcəyini deyən Donald Tramp Amerikanın dövlət başçısı oldu.
Bütün bu amilləri nəzərə alaraq, Qərbin son iki ildə sanksiyalarına dirəniş göstərən və son zamanlar tükənən Putin Rusiyasının “kəfəni yırtdığı” görüntüsü yaranır. Siyasi şərhçilər də son aylarda Rusiyanın xarici siyasətdə ciddi uğurlar qazandığını və Qərblə siyasi mübarizədə gücləndiyini düşünürlər.
Politoloq Qabil Hüseynli yuxarıda qeyd etdiyimiz amilləri Rusiyanın nisbi üstünlüyü sayır: “Moldova və Bolqarıstan kimi ölkələrdə solçular daim güclü olurlar. Əhali arasında da onlara meyl hər zaman olur. Moldovanın yerləşdiyi bölgənin taleyini Rusiya ilə həll etməsi mümkün deyil. Bolqarıstan haqqında da eyni şeyləri demək mümkündür. Bolqarıstan Avropa Birliyinə üzv olmaq üçün cəhdlər edir. Lakin onun üçün qoyulmuş kriteriyalara əməl etmir. Ölkədə islahatlar həyata keçirilmir. Moldova və Bolqarıstan güclərini Rusiyaya qatmaq fikrində deyillər. Sadəcə manevr etməklə müəyyən mövqelər qazanmaq, əhalini Rusiyaya meylləndirməyə çalışırlar. Rusiyanın özünün vəziyyəti getdikcə ağırlaşır. Çünki Rusiyaya qarşı sanksiyalar azaldılmır, əksinə, Avropa bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları gücləndirmək niyyətindədir. Tramp Rusiyanın xeyrinə açıqlamalar versə də, Putinlə telefon danışıqlarında heç şübhəsiz ki, başqa söhbətlər aparır. Tezliklə onu da öz yoluna qoyacaqlar. Rusiyanın öz yerində otuzdurulması prosesi bundan sonra da davam edəcək”.
Politoloq Rusiyanın daxilində də ciddi proseslərin getdiyini söylədi: “İqtisadiyyat naziri artıq həbs edilib. Dövlət Ehtiyat Fondu da getdikcə tükənir. Rusiyada sənayedə demək olar ki, hər hansı bir irəliləyiş yoxdur. Rusiya çəpərinin genişlənməsini demək mümkün deyil. 2017-ci il bütün dünya üçün ağır il olacaq. Amma Rusiya üçün daha çətin il olacaq. Çünki iqtisadiyyatda hər hansı bir irəliləyişə nail ola bilmədiyindən, xüsusilə Qərbin neft və qazla bağlı mövqeyinə görə, Rusiyanın gəlirləri nəinki artacaq, əksinə, daha təhlükəli duruma gələcək. Bütün bunlara görə, Rusiyanın Qərblə qarşıdurmasında qabağa çıxmasını demək mümkün deyil.
Bundan əlavə, Suriya hadisələrində Rusiya ciddi zərbə ala bilər. Mosul Amerikanın köməyi ilə İŞİD-dən təmizləndi və Rakkada əməliyyatlar gedir. Bu şəhər də yəqin ki, ABŞ və ona yaxın qüvvələr tərəfindən azad ediləcək. Bundan sonra qalacaq Suriya problemi ki, bu da Trampın öhdəsinə buraxılacaq. Əgər o, Rusiyanın xeyrinə siyasət yürütsə, yaxud Rusiya ilə birlikdə bu problemi həll etmək üçün hərəkət etsə, o zaman Amerika Yaxın Şərq və ərəb dünyasını itirmiş duruma düşə bilər.
Bu amillər Trampın taleyində çox mühüm mənfi rol oynaya bilər. Düşünürəm ki, hakimiyyətə gələn Trampla seçkiöncəsi populist çıxışlar edən Tramp arasında ciddi fərqlər olacaq. Amerika elə bir dövlətdir ki, prezidentə tam müstəqil qərarlar qəbul etməyə imkan vermir. Oturuşmuş dövlətdə sistem işə düşəndə prezident ciddi təşəbbüslərə malik olmur. Rusiyanın küncə sıxışdırılması prosesinin uğurla başa çatdırılacağına inanıram”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
| • AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19 |
|
|
|
| • Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18 |
|
|
|
| • “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14 |
|
|
|
| • "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11 |
|
|
|
| • "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07 |
|
|
|
| • İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01 |
|
|
|
| • Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59 |
|
|
|
| • ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58 |
|
|
|
| • Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17 |
|
|
|
| • Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34 |
|
|
|
| • “Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26 |
|
|
|
| • Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24 |
|
|
|
| • Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
| • Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35 |
|
|
|
| • Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28 |
|
|
|
| • Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25 |
|
|
|
| • “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16 |
|
|
|
| • İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13 |
|
|
|
| • Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08 |
|
|
|
| • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07 |
|
|
|
| • BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04 |
|
|
|
| • Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57 |
|
|
|
| • Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50 |
|
|
|
| • Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45 |
|
|
|
| • Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
| • Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36 |
|
|
|
| • Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35 |
|
|
|
| • Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31 |
|
|
|
| • Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30 |
|
|
|
| • Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28 |
|
|
|
| • Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25 |
|
|
|
| • Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21 |
|
|
|
| • Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19 |
|
|
|
| • Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10 |
|
|
|
| • Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06 |
|
|
|
| • Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02 |
|
|
|
| • "Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14 |
|
|
|
| • Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12 |
|
|
|
| • Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05 |
|
|
|
| • Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02 |
|
|
|
| • 44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54 |
|
|
|
| • Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12 |
|
|
|
| • Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10 |
|
|
|
| • Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03 |
|
|
|
|