AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

BANKİRLƏRİN YENİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXIR
Tarix: 16-04-2012, 13:41 | Çap et
BANKİRLƏRİN YENİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXIR

MTN POLKOVNİKİNİN ADININ HALLANDIĞI QALMAQAL

(Əvvəli ötən gün verilib)

...Qeyd etmişdik ki, bankirlər "Unileazing" şirkətinin direktoru Zəki Sadıqov, "BTB-bank"ın direktoru Elşad Məmmədov, "Muğanbank"ın direktoru Firuz Qurbanov köçkün Bəkir Qasımovu məhkəməyə veriblər. Səbəb də budur ki, aldadaraq və etibarından sui-istifadə edərək adına 2 firma, "Azərtexnika-M" MMC və "Avtomatquraşdırma" MMC açdırdıqları B.Qasımov sonradan onlardan qanunun tələbləri çərçivəsində əməllərinə cavab vermələrini tələb edib. Amma...

***

Son vaxtlar bank sektorundan bir-birinin ardınca bəd xəbərlər gəlir. çünki yoxlamalar nəticəsində bir çox banklarda çox ciddi pozuntular aşkara çıxıb. Məsələn, MTN-nin son bir həftədə "Texnikabank"ın rəhbərliyini həbs etməsi, adı çəkilən Bankın Yasamal filialının müdir müavininin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmçinin "Royalbank", "Bank of Azerbaycan", "Zaminbank" və başqa banklardakı qaranlıq əməliyyatlarda iştirak edənlərin nəzarətə götürülməsi faktdır.

II qrup Qarabağ əlili bankirlərlə mübarizədə

Son günlərdə müxtəlif bank işçilərinin birləşərək Laçın köçkünü, II qrup Qarabağ əlili Bəkir Qasımovun adına 2 firma yaradaraq milyonlar mənimsəməsi və külli miqdarda dövlətə ziyan vurmaları barədə yazılar dərc olunmuşdur. Yazılarda vaxtilə "Parabank"da şöbə mudir işləmiş, indi isə "Unileazing" şirkətinin direktoru olan Zəki Sadıqov, əvvəllər "Unibank"da işləmiş, indi isə "BTB-bank"ın direktoru olan Elşad Məmmədov və "Muğanbank"ın direktoru, hazırda səhhəti ilə əlaqədar müalicədə olan Firuz Qurbanovun Laçın köçkünü, II qrup Qarabağ əlili Bəkir Qasımovun adına "Azərtexnika-M" MMC və "Avtomat-Quraşdırma" MMC yaradaraq bir çox alqı-satqı əməliyyatları həyata keçirmələri barədə maraqlı faktlar yer alıb. O da məlum olur ki, B, Qasımovun imzaları bütün sənədlərdə saxtalaşdırılıb. Məsələn, ötən sayımızda "Bankirlərin "ı" əməliyyatı" başlıqlı yazıda surətini dərc etdiyimiz 2 müqavilə artıq hər şeyi deyirdi. Yəni, firma sahibi kimi (bəxtəvər başına, özündən xəbərsiz olsa da, adı dəftərlərə firma sahibi kimi düşüb- E.M.) B.Qasımovun əvəzinə edilmiş imza ilə onun öz həqiqi imzasının eyni olmadığını əyani surətdə göstərdik.

Əvvəlki yazıların birində Ağcabədi şəhəri 19 aprel 2006-cı ildə Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən və gülünc doğuran məhkəmə qətnaməsindən də sitat gətirərək qeyd etmişdik ki, vurma cədvəlini bilməyən 2 firmanın adından vergi bəyənnaməsini və mühasibat işlərini necə apara bilərdi? Ona görə də ötən sayımızda qeyd etdiyimiz kimi, vergi bəyannamələrindən birinin surətini dərc etməklə Laçın rayon Məhkəməsinin çıxardığı qərarın ədalətsiz olduğunu bir daha göstərmək istəmişdik. Əgər hakim Mirbahəddin Hüseynov elə məhkəmə zalındaca bir ağ kağıza Bəkir Qasımovun imza atmasını xahiş etsəydi, onda əlavə heç bir məhkəmə istintaqına da ehtiyac qalmazdı. Şəkildə sağ tərəfdə yuxarıda verilən bəyannamələrdəki imzaların aşağısında B.Qasımovun əsl imzasını yenə qara çərçivədə veririk. Bəyannamədəki imzanın saxta olduğu açıq-aşkar görünür. Ona görə B.Qasımov indi üç bankirlə pul davası çəkir. Daha doğrusu, dövlət büdcəsinə ötürülməli pulun davasını...

Bu, ətdirsə, bəs pişik hanı?

İndi nə edək? Hakim öz işini yerinə yetirməyibsə, biz bu işdə ona kömək etmək məqsədi ilə B.Qasımovun adından tərtib olunmuş və əvəzinə imza edilmiş həmin bəyannamələrin birini dərc edirik. Artıq bəyənnamədən də göründüyü kimi firma əməlli-başlı vergi haqq-hesabı aparırmış. Belə yerdə yaxşı deyiblər, "bu ətdirsə, bəs pişik hanı, pişikdirsə, bəs ət hanı?" Əgər bankirlər Z.Sadıqov, E.Məmmədov və F.Qurbanov doğrudan da dövlətin vergisini vaxtlı-vaxtında ödəyiblərsə, bəs onda 121 min manat vergi borcu haradan yaranıb? Yox əgər vergini ödəməyiblərsə, bəs bu saxta bəyənnamələr nə deməkdir?

İnanırıq ki, həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həm də MTN bu çirkli pulların necə yuyulması faktını araşdıracaq.

Bankirlər narahat olurlar

Aldığımız məlumatlara görə adları çəkilən bankirlər və MTN-in polkovniki Vüqar Güləliyev bu yazılardan bərk narahat olublar. Bankirlər hələ ki, özlərini o yerə qoymurlar. Sanki bununla demək istəyirlər ki, bu yazıların onlara dəxli yoxdur. Əslində isə aldığımız məlumatlar tam əksini deyir. Bununla belə, bankirlərin hüquqi nümayəndəsi Elmir Hüseynov bizimlə redaksiyada görüşündə belə demişdi: "Hüquqlarını müdafiə etdiyim Z.Sadıqovun, E.Məmmədovun və F.Qurbanovun bu işlərdə heç bir günahı yoxdur. Bunu indiyə qədər keçirilən 9 məhkəmə instansiyası da təsdiq edir. Bütün bu məhkəmələrdə sübut olunub ki, Bəkir Qasımov günahkardır və cəzasını da çəkməlidir".

Bu yerdə E.Hüseynova sual verdim ki, B.Qasımovu görmüsünüzmü? Cavab verdi ki, görüb. Onda digər sual ortaya çıxdı:

-II qrup Qarabağ əlili olan, özü də kirayədə yaşayan bir köçkün 2 firma təsis edərək, bu qədər əməliyyatlar apara bilərmi?

Təbii ki, E.Hüseynov bu suala cavab verməkdən yayındı. Daha doğrusu, verdiyi cavab heç bir məna kəsb etmədi. çünki onların özlərinə də gün kimi aydın idi ki, biçarə köçkünü özləri bəlaya salıblar. Adına firma yaratdıqları faktdır, qazancları da ki, "n" qədər olub. B.Qasımova isə ayda 200 ABŞ dolları məbləğində əmək haqqı veriblər, işləri dolaşanda, məhkəmə Qasımovun pensiyasından kəsib büdcə borcuna yönəldəndə isə həmin ödənilən pulu artıqlaması ilə Qasımova ödəyiblər. özü də uzun müddət. Niyə ödəyirdilər, əgər günahları yox idisə...

Əks tərəf kimi, bankirlər məsələyə münasibət bildirdilər, amma....

Bütün baş verən bu hadisələrə səbəbkarların özləri ilə əlaqə saxlayıb aydınlıq gətirmək istədim. Zəki Sadıqov mənimlə telefon söhbətində çox ürəyi geniş olduğunu bildirdi: "Bilirsiniz, bu məsələ mənim üçün çoxdan qapanıb. Artıq bir neçə məhkəmə də olub və subut edilib ki, mənim heç bir günahım yoxdur. Bəkir Qasımov çox bədbəxt adamdır. Gedib problemlərini həll etmək əvəzinə, bizdən ora-bura yersiz və haqsız şikayətlər yazır".

Bu yerdə Z.Sadıqova bir neçə sual vermək fürsəti qazandım:

- Zəki müəllim, bəs nəyə görə məhkəmənin B.Qasımovun təqaüdündən tutduğu 70 faiz pulu nağd şəkildə neçə illərdir aybaay ona ödəmisiniz? Xeyir ola?

- Bilirsiniz, mən çox ürəyi yumşaq adamam (?). Baxmışam ki, imkansız, kasıb adamdır, özü də mənə ağız açıb, ona görə də əl tutmuşam. Burada heç bir qanunsuzluq yoxdur...

- Bəs onda indi niyə əl tutmursunuz? Həm də maraqlıdır, əgər ürəyiyumşaqsınızsa, elə mənə də əl tuta bilərsinizmi, xəstə adamam, mən də məcburi köçkünəm...

- Yox, Bəkir Qasımov elə bir iş tutdu ki, daha heç kəsə yaxşılıq eləmək istəmirəm... O söyüş söyərək, şərəf və ləyaqətimi təhqir edib. Bundan sonra daha heç kəsə yaxşılıq etməyəcəyəm...

***

Görürsünüzmü, bu cavabdan hər şey aydın olur. Zəki Sadıqovdan isə soruşan yoxdur ki, niyə ürəyiyumşaqlıq edib, bir şəhid ailəsinə və ya hər hansı imkansıza kömək etmirsən, ancaq Bəkir Qasımova guya ürəyi yanır... Necə deyərlər, inanan daşa dönsün.

Zəki müəllim telefonla söhbətimizdə bildirdi ki, onun hazırda rəhbəlik etdiyi "Unileasing" şirkəti Qafqazda yeganədir. Burada 300-dən çox insan çalışır, şirkətin 20-dən çox hüquqşünasları, ekspertləri və güclü mütəxəssisləri var. Onun belə xırda şeylərə sərf etməyə vaxtı yoxdur. Ona görə də məni öz hüquqşünasları ilə calaşdırıb, lazımı informasiya ala biləcəyimi bildirdi.

"BTB- bank"dan bəd xəbər gəldi

Daha sonra "BTB- bank"ın direktoru Elşad Məmmədovla da telefon bağlantısı yaratdıq. Elşad müəllim əsl iş adamı kimi konkret oldu: "Mən bu məsələ barədə qətiyyən danışmaq istəmirəm. Məhkəmələr olub, hər şey də aydınlaşıb. Bu adam başdan ayağa şər və böhtançıdır. Ona görə bu barədə danışmağa ehtiyac görmürəm. Əgər Elçin Məmmədlinin və ya "Təzadlar" qəzetinin konkret olaraq bir problemi varsa, kömək etməyə hazıram. Xahiş edirəm, bir daha məni bu məsələ ilə bağlı narahat etməyin. Dediyiniz o KİV qanununa görə əks tərəf kimi mənim də fikrimi bilmək istəyirsinizsə, sizi bizim hüquqşünaslarla calaşdıraram və nə sualınız varsa, onlara verə bilərsiniz. Bir daha təkrar edirəm, Elçinin və ya "Təzadlar"ın hər hansı problemi varsa, mən sizin qulluğunuzda hazıram".

Təbii ki, bir neçə gün gözləsək də Elşad müəllim bizi heç bir hüquqşünasla calaşdırmadı. Yalnız Zəki Sadıqov Elmir Hüseynov adlı yuxarıda qeyd etdiyim hüquqşünasla bizim görüşümüzü təşkil etdi. Bir neçə gündən sonra Elşad Məmmədovla təkrar əlaqə saxladıqda isə bildirdi ki, elə onun da hüququ nümayəndəsi Elmir Hüseynovdur və əlavə deməyə heç bir sözü yoxdur. Elmir Hüseynovun dedikləri ilə o tam razıdır. Vəssalam!

"Muğanbank"ın direktoru Firuz Qurbanov nə dedi?

"Muğanbank"ın direktoru Firuz Qurbanovla da Novruz bayramından əvvəl əlaqə saxladıq. Məlum oldu ki, o hazırda Azərbaycanda deyil, səhhəti ilə əlaqədar müalicədədir, Bakıya isə martın 26-da gələcək və o zaman bizimlə əlaqə saxlayacaq. Mən də öz növbəmdə ona can sağlığı və Allahdan şəfa dilədim ki, görüşəndə lazımı məsələlərə aydınlıq gətirərik. Lakin F.Qurbanovdan bu günə qədər səs çıxmadı. Hər halda yenə də onun və digər adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

MTN-in polkovnikindən polkovnikə yaraşmayan cəhd

MTN-in polkovniki Vüqar Güləliyevlə də telefon danışığımız oldu. Nə məqsədə onu narahat etdiyimi biləndə, telefonda xeyli pauza yarandı. Sonra isə belə bir cavab verdi: "Mən bu məsələdən bezmişəm, ona görə də daha heç nə danışmaq istəmirəm".

Belə olan surətdə bildirdim ki, Vüqar müəlim, sizin susmağınız Bəkir Qasımovun bütün dediklərinin təsdiqi demək olacaq. Ona görə də danışıb müəyyən məsələlərə aydınlıq gətirməyiniz vacibdir. O, xeyli təkiddən sonra bildirdi ki, yaxşı, bu barədə fikirləşər.

Söhbətimizdən 20 günə qədər vaxt keçir, polkovnik V.Güləliyev isə hələ də fikirləşir. Yəni indiyə qədər heç bir münasibət bildirməyib. Amma onun da verdiyimiz yazıdan bərk narahat olduğunu bilirik. Onsuz da bankirlərin əməlləri, həmçinin polkovnik Vüqar Güləliyevin "qara maxinasiyaları" barədə xeyli materiallar əldə etmişik. Yaxın vaxtlarda onların dərcinə başlayacağıq. çünki bankirlər Z.Sadıqovu, E.Məmmədovu və F.Qurbanovu təmsil edən hüquqşünas Elmir Hüseynov qoyulan məsələlərin heç birinə konkret olaraq aydınlıq gətirə bilmədi, sənəd təqdim etmədi. Əksinə, bizə hədə gəlməyə də imkan tapdı.

Yalnız B.Qasımovun bizə təqdim etdiyi məhkəmə sənədlərindən başqa, bankirlərin günahsız olduğun sübut edə biləcək heç bir sənəd ortaya qoyulmadı. Belə çıxır ki, üç bankirin bir hüquqşünası araşdırmada nəticə etibarı ilə heç sıfır nəticə də ala bilmədi.

Ona görə də özümüz ciddi araşdırmalar apardıq və adları çəkilən bankirlərin əvvəlki maxinasiyaları və indiki işlərində qoyduqları "qara izlər" barədə elə içəridən xeyli məlumatlar, sənədlər ötürüldü. Bunları MTN-ə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcəyik. Hazırda bu məlumatların sənəd və şahid ifadələri əsasında dəqiqləşməsi prosesi gedir.

Mövzuya qayıdacağıq. / Təzadlar /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru