Mədəniyyət Naziri dəyişdi, amma abidələrə münasibət dəyişmədi... - Bunun bir proqramı olmalıdır...
Tarix: 14-12-2020, 10:22 | Çap et
 Kimisi bu qalanı bir gəncin sevgi, kimisi də qəhrəmanlıq simvolu hesab edir. Üzərindən əsrlər keçməsinə baxmayaraq, qala tarixin bir parçası olaraq hələ də qalmaqdadır. Sputnik Azərbaycan Bakıda hər qarışından tarix boylanan ünvandan, Sabunçu rayon Kürdəxanı kəndində yerləşən Yamin qalasından reportajı təqdim edir.
Kürdəxanıda böyükdən kiçiyə hər kəs bu qalanın varlığından xəbərdardır. Hətta qalanın adı verilən Yaminlə bağlı məlumatlara da malikdirlər. 12 əsrə aid bu qala Kürdəxanı qəbiristanlığına yaxın yerləşir. Əvvəllər 8 metr hündürlüyü olan qalanın bir hissəsi uçub. Yamin qalasının baxımsız qaldığı göz önündədir. Sakinlərin dediyinə görə, mal-heyvan üçün örüş yerinə çevrilən qalanın ətrafı onun getdikcə uçub-dağılmasına səbəb olub.
Kürdəxanı kənd sakini Mirrahim dayı deyir ki, bu qala haqqında çox rəvayətlər var:
"Rəvayətə görə, Yamin yaraşıqlı, cüssəli bir gənc olub. O, qan düşməninin qızına aşiq olub. Aralarında ədavət olduğundan Yamin öz sevdiyinə qovuşa bilməyib. Bundan təsirlənən Yamin tərki-dünya olub insanlardan uzaqlaşır. O, dərviş həyatı keçirir. Elə sığındığı yerdə özünə qala tikir". Həmsöhbətimiz deyir ki, Yamin elə bu qalada da vəfat edir. O vaxtdan rəvayətə görə, qala nakam sevginin abidəsinə çevrilir.
Mirrahim dayı qalanın uçub dağılmasından hər bir kənd sakininin təəssüfləndiyini söyləyir: "Biz qədim tarixə malik abidələrimizə sahib çıxmayılıq. Bu qala Kürdəxanıya gələn hər kəsin marağına səbəb olur. Çox təəssüf ki, gələn qonaqlar Yamin qalasını uçuq-sökük vəziyyətdə görürlər.
Kənd sakinləri Yamin qalanı nakam sevginin abidəsi hesab etsələr də, qala haqqında digər rəvayətlər də var. Rəvayətlərə görə, bir vaxtlar Kürdəxanı kəndinin sakini olmuş Yamin sözünü açıq deyən, yoldaşlarından bir çox şeylərdə seçilən bir cavan olub. Yamin fiziki cəhətdən qüvvətli biri imiş. Kənd sakinləri deyir ki, o vaxtlar silah gəzdirmək qadağan olub. Amma Yaminin özünə məxsus kiçik çaplı silahı varmış. Buna baxmayaraq, Yaminin düşmənləri onu güdüb, tərk-silah edərək ona bədən xəsarəti yetirərək, başından ağır zərbələr vurublar. Bundan sonra Yamin başından aldığı zərbələrin təsirindən yaddaşını və həyatdakı mövqeyini itirib, doğru-dürüst nə işlə məşğul olduğunu da anlaya bilməyib.
Həyatda qala bilmək üçün kənd sakinləri ona maddi yardım edirmişlər. Lakin Yamin ona verilən bu sədəqəni yığıb təkbaşına simvolik bir qala ucaldıb. O, kimsəsiz olduğuna görə istəyirmiş ki, özündən bir xatirə olaraq nəsə qalsın. Yamin əvvəllər çöllərdə yaşayarmış. Uçulmuş, dağılmış evlərin daşını özü kürəyində daşımaqla o qalanı tikib. Bu qalanın hündürlüyü 8 metr, divarının qalınlığı bir metr yarımdır. Məlumatlara görə, Yamin “bunu divanə qalası kimi yadigar tikirəm” deyib. Elə o vaxtdan bu qala “Yamin qalası” adlandırılır. Amma kənd sakinləri birinci rəvayətə daha çox inanırlar.
Qeyd edək ki, "Yamin qalası" ilə yanaşı Kürdəxanıda əsrlər öncə tikilmiş, tarixin izlərini özündə qoruyub yaşadan abidələr çoxdur. Bu da Kürdəxanıda yaşayışın iki min ildən çox mövcud olduğunu deməyə əsas verir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsarrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri də təsdiqləyir. Kənddə habelə orta əsrlər dövrünü əhatə edən, köhnə qəbiristanlıqdan aşkar edilən və düzəldilmə tarixi 900-il əvvələ gedib çıxan qəbirüstü sinədaşı da var.
Bir sözlə, hər daşından tarix boylanan bu kənd ulu babalarımızın yaşam tərzini özündə qoruyub saxlayan tariximizin bir parçasıdır. Kürdəxanı sakinlərinin dili ilə desək, çox təəssüf ki, tariximizin izlərinin qorunub saxlanılması üçün lazımi işlər görülmür.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
|