Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                 

Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Tarix: 25-01-2025, 03:19 | Çap et
Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı?
Bu həftə keçirilən inauqurasiya mərasimindən və ötən ilin noyabrında baş tutan prezident seçkisindən çox əvvəl Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün vasitəçi olacağını vəd etmişdi. Lakin o, üç ildən artıqdır ki davam edən bu müharibəni necə dayandıracağı barədə təfərrüatı demirdi.

Yanvarın 22-də, prezidentliyə başladıqdan iki gün sonra Tramp Rusiyanı danışıqlara cəlb etmək üçün əl atacağı vasitəni açıqlayıb: Moskva müqavimət göstərərsə, ona əlavə sanksiyalar tətbiq etmək.

ABŞ prezidenti "Truth Social" sosial media platformasındakı paylaşımında yazmışdı: "Əgər biz razılaşma əldə etməsək, tezliklə, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa bir seçimim qalmayacaq".

Trampın keçmişdə Putini tərifləməsi, ABŞ-nin Ukraynaya göndərdiyi yardımlara tənqidi yanaşması və döyüşlərin tez bir zamanda sona çatdırılmasına olan açıq həvəsi Ukrayna tərəfdarları arasında narahatlıq yaradıb. Onlar Trampın bir razılaşma uğrunda Kiyevin maraqlarını qurban verə biləcəyindən və nəticədə Rusiyanı gücləndirə biləcəyindən narahatdırlar.

Lakin bu həftə Tramp sərt danışıb. Onun yanvarın 22-də etdiyi paylaşımı Trampın Rusiya ilə bağlı kəskin şərhlərinin ən sonuncusudur. Daha əvvəl o, müharibənin Rusiyanı məhv etdiyini və Putinin sülh üçün gec olmadan addım atmalı olduğunu irəli sürən bir sıra kəskin açıqlamalar verib.

Kremlin laqeydliyi - "Düşmən bizim qapımızdadır?"
Trampın sərgilədiyi bu ton və məzmun Kiyevi və onu Rusiyaya təzyiq göstərməyə təşviq edən Qərb tərəfdarlarını məmnun salıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Trampın şərhlərinin "güclü siqnal" göndərdiyini bildirib.

Ancaq Moskva yeni sanksiya təhdidinin təsirli olmayacağı yanaşmasını nümayiş etdirir. Putinin sözçüsü Dmitri Peskov yanvarın 23-də bildirib ki, Kreml Trampın sanksiyalarla bağlı təhdidində "xüsusilə yeni bir element görmür".

Kremlə yaxın televiziya aparıcısı Vladimir Solovyov da eyni şəkildə, lakin daha sərt ifadələrlə məsələni kiçildib və rusiyalılara narahat olmamağı tövsiyə edib. O, "Telegram"da yerləşdirdiyi videoşərhdə belə deyib: "Nə, Rusiya ilə bu cür danışmaq olarmı? Nə, biz müharibəni uduzuruq? Düşmən qapılarımıza qədər gəlib?".

Solovyovun bu şərhi Putinin müharibənin Rusiyanın xeyrinə getdiyinə dair açıq-aydın özünəinamını təkrarlayır.

Lakin bu yanaşmanın altında hər iki məsələyə dair narahatlıqlar gizlənə bilər və bəzi mütəxəssislər Trampın yeni sanksiya təhdidinin bu narahatlıqları daha da gücləndirəcəyini bildirib.

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Quld-Deyvis AzadlıqRadiosuna verdiyi müsahibədə belə deyib: "Düşünürəm ki, bu, həqiqətən də, Kremli sarsıdacaq".

O bildirib ki, ABŞ prezidenti "demək olar, mümkün olan ilk anda öz mövqeyini ortaya qoyur".

Quld-Deyvis əlavə edib ki, Tramp son şərhlərində müharibəni sona çatdırma məsələsini "Putini güzəştə getməyə məcbur etmək" şəklində qurub: "Bu, Ukraynanı güzəştə getməyə məcbur etmək tonunda deyil".

"Onun üçün bu, mövcudluq məsələsidir"
Yanvarın 23-də "Reuters" "vəziyyətdən xəbərdar" beş mənbəyə istinadən bildirib ki, "Putin Rusiyanın müharibə iqtisadiyyatındakı saxtakarlıq və əyriliklərdən daha çox narahat olmağa başlayıb". Məlumatda Rusiya Mərkəzi Bankının direktorunun keçmiş müavini Oleq Vyuqinin fikrinə istinad edilib. "Rusiyanın, əlbəttə ki, münaqişəyə diplomatik son qoymaq üçün iqtisadi maraqları var", - o deyib.

Artan iqtisadi problemlər "Rusiyanın elitası arasında müharibənin diplomatik həllinin arzuolunan olduğu görüşünü gücləndirib", – "Reuters" anonimlik şərti ilə danışan iki mənbəyə istinadən yazıb.

Bəzi analitiklər isə bu məsələyə şübhəli yanaşırlar. Onların fikrincə, iqtisadi çətinliklər, hətta Ukraynanın işğal olunan 20 faizlik hissəsində qeyri-rəsmi nəzarətə fürsət verən atəşkəs və ya sülh müqaviləsi Putini Ukraynanı zəbt etmə məqsədindən əl çəkməyə vadar etməyəcək.

Karneqi Fondunun Rusiya və Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya X hesabındakı paylaşımında yazıb ki, Rusiya iqtisadiyyatındakı çətinliklərin Moskvanı müharibəni dayandırmağa sövq etməsi inandırıcı deyil: "Biz iqtisadi narahatlıqların Putinin Ukrayna ilə bağlı planlarına təsirini həddindən artıq şişirtməkdən qaçmalıyıq. Fikrimcə, iqtisadi vəziyyətdən asılı olmayaraq, Putin müharibəni Rusiya şərtləri ilə sona çatdırmağa davam edəcək. Onun üçün bu, mövcudluq məsələsidir. O, 'dost Ukrayna' olmadan Rusiyanın uzunmüddətli mövcudluğunun risk altında olduğuna dərindən inanır".

İkinci dərəcəli sanksiyalar və "kölgə donanması"
Skeptiklər Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücuma başladığı gündən bəri tətbiq olunan ardıcıl Qərb sanksiyalarının Rusiyanı zəiflətmədiyini vurğulayır. Başqa bir sual isə Bayden administrasiyasının Trampın inauqurasiyasından 10 gün əvvəl tətbiq etdiyi sanksiyalardan sonra daha hansı cəzalandırıcı addımların qalmasıdır. ABŞ rəsmiləri Baydenin son sanksiyalarını Rusiyaya qarşı ən əhəmiyyətli məhdudlaşdırıcı addımlar kimi qiymətləndiriblər.

Naycel Quld-Deyvis güclü potensial sanksiyaların hələ də mövcud olduğunu düşünür.

"Birləşmiş Ştatlar ikinci dərəcəli sanksiyalar kimi unikal və qorxulu bir silaha malikdir", - o deyib. Tədqiqatçı bildirib ki, bu sanksiyalar Rusiyaya deyil, digər ölkələrə və qurumlara yönəldilir. Bunun məqsədi isə həmin ölkələr və ya qurumların Moskvaya müharibəni sürdürməyə kömək edən əməliyyatlar aparmasına mane olmaqdır. Vaşinqton və Qərb həmçinin Rusiyanın "kölgə donanması" üzərində sanksiyaları artıra bilər. Bu, sanksiyalardan yan keçmək və neft gəlirlərini saxlamaq üçün istifadə edilən köhnə və sığortasız gəmilərdir.

Rusiya geniş sanksiyaları və texnologiya qadağalarını Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi üçüncü ölkələrdəki vasitəçilərin köməyi ilə yüngülləşdirə bilib. Yeni Amerika Təhlükəsizlik Mərkəzinin sanksiyalar üzrə mütəxəssisi Reyçel Ziemba bu ölkələrin ikinci dərəcəli sanksiyalara həssas və dayanıqsız ola biləcəyini qeyd edib. Xüsusilə Çin Rusiyaya ikili istifadə texnologiyalarının göndərilməsi və neft alınması sahəsində mühüm rol oynayıb.

"Tramp administrasiyası Rusiyanın hərbi təchizat zəncirlərinə dəstək verən və Rusiyadan neft alan Çin banklarına sanksiya tətbiq etməyə hazırdırmı və bu məsələdə Bayden administrasiyasından daha çox iş görəcəkmi? Bunun nə qədərini ritorika, nə qədərini real addım təşkil edir, bu, hələ açıq sualdır", –o əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru