Çin Ermənistana hərbi əməkdaşlığa niyə maraq göstərir? - İNCƏLƏMƏ...
Tarix: 18-08-2023, 11:43 | Çap et
 Çinin Ermənistandakı hərbi attaşesi An Tyan avqustun 17-də İrəvanda jurnalistlərin suallarına cavab verərkən iki ölkə arasındakı hərbi əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb. Hərbi attaşe eyni zamanda hərbi texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının da mövcud olduğunu bildirib. Hərbi attaşe bu haqda danışarkən maraqlı cümlə də işlədib: “Birgə əməkdaşlıq sayəsində sülhə nail olacağıq”. Görəsən hərbi attaşe hansı sülhü nəzərdə tutub? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmayana qədər İrəvanın hansı böyük dövlətlə əməkdaşlıq etməsinə baxmayaraq, sülhə nail olmaq mümkün deyil. Çinli hərbi attaşe Ermənistanın ünvana başqa təriflər də söyləyib: “Ermənistan və Çin mədəniyyət və tarix sahəsində ortaq nöqtələrə malikdirlər, hər iki dövlət müxtəlif çətinliklərdən keçiblər. İki ölkə arasında əməkdaşlığı gücləndirməyə ehtiyac var”. Maraqlıdır ki, Çin Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri bugünlərdə Ermənistana səfər etmiş, İrəvanda hərbi əməkdaşlığın inkişafı yolları müzakirə etmişdi. Pekin erməni hərbçilərin Çində təhsil almalarına da maraq göstərir. Çini Ermənistanla hərbi əməkdaşlığa iki amil sövq edə bilər. Birincisi, Çin Rusiyanın hərbi müttəfiqləriylə sıx əlaqələrə malik olmaq istəyir. Misal üçün Çinin müdafiə naziri bugünlərdə Rusiyanın iki əsas müttəfiqi sayılan – İrana və Belarusa səfər edib. O, əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparıb. Pekin eyni məntiqlə Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Pekin bu yolla Ermənistanı həm də Qərbdən uzaq tutmağa çalışır. İkincisi, Pekin Ermənistan-Hindistan yaxınlaşmasından və hərbi əməkdaşlığından narahatdır. Pekin Hindistanın bölgədə istənilən fəallığını diqqətlə izləyir və bunun qarşısını almaq yollarını araşdırır. Pekin bu iki amildən çıxış edərək Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək istəyirsə, bunun Azərbaycanda mənfi qarşılacağını da anlamalıdır. İyulun 24-də Bakıda Çin ordusunun yaradılmasına 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Van Ley daim dəyişən dünyada iki ölkənin silahlı qüvvələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinin köklü maraqlara cavab verdiyini söyləmişdi. Ancaq dəyişən Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlığı genişləndirməyə maraq göstərən dövlətin Azərbaycanla dərin əlaqələr qurması problematikdir. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
| • Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38 |
|
|
|
| • Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35 |
|
|
|
| • Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30 |
|
|
|
| • Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23 |
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
| • Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33 |
|
|
|
| • Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12 |
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
|