SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                 

"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər" - GƏLİŞMƏ
Tarix: 21-10-2021, 07:51 | Çap et
"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxışında dünya ictimaiyyətinə bir sıra mesajlar verib. Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib. Prezident deyib ki, pandemiya dövründə G-20 ölkələri problem yaşayarkən, Türkiyə sürətlə böyüyən ikinci ölkə olub: “2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram”.

Ərdoğan Türkiyənin yeni və müasir texnologiyalar sahəsində də böyük məsafə qət etdiyini bəyan edib. Əlavə edib ki, gələn ilin sonunadək ölkədə elektrikli avtomobillərin istehsalı başa çatacaq: “Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik. Pilotsuz uçuş aparatları sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram”.

Türkiyə rəhbərinin Afrikanın üç ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfəri Qərb ölkələri tərəfindən diqqətlə izlənilir. Avropa dövlətlərinin nüfuzlu media qurumları Ərdoğanın Afrika turunu manşetlərinə daşıyıblar. Mətbuat orqanlarında dərc olunan əksər xəbərlərdə Qərbin narahatlığı gözə çarpıb. Fransanın “Le Monde” qəzeti Ərdoğanın Anqola səfəri ilə bağlı məqaləsində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadakı nüfuzunu genişləndirmək istəyir. Məqalədə Ərdoğanın Afrika səfərinin dekabr ayında İstanbulda keçiriləcək üçüncü Türkiyə-Afrika Zirvəsindən iki ay öncə baş tutmasına diqqət yetirilib. Fransa Beynəlxalq Əlaqələr İnstitutunun Yaxın Şərq üzrə proqram meneceri Dorot Şmid isə vurğulayıb ki, Türkiyə bu gün yumşaq və sərt gücü (silah satışı) birləşdirən tam güc siyasətini nümayiş etdirir.

Qardaş ölkə rəhbərinin Afrika ölkələrinə səfərini və verdiyi açıqlamaları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfəri Qərbdə böyük narahatlıq doğurub. Çünki Qərb siyasi dairələrində belə qənaət var ki, Türkiyə dünya üzərində öz nüfuz coğrafiyasını genişləndirmək strategiyasını reallaşdırmağa çalışır. Analitik bəyan edib ki, hazırda Türkiyə Orta Asiyada, Şərqi Avropada, ərəb dünyası kimi xarakterizə olunan Şimali Afrikada öz təsir dairəsini kifayət qədər genişləndirə bilib:

“Son vaxtlar isə rəsmi Ankara Afrikanın dərinliklərinə doğru irəliləməyə başlayıb. Buna qədər Afrikanın cənub hissəsində Fransa başda olmaqla, bəzi Qərb ölkələri ilə Çin arasında ciddi rəqabət mövcud idi. Onu da nəzərə almaq lazımdır ki, Afrika ölkələri yaxın keçmişdə Avropa dövlətlərinin kaloniyası olub. Hətta son vaxtlara qədər də həmin Avropa ölkələri öz keçmiş kaloniyalarında öz mövqelərini qoruya bilmişdilər. Afrika ölkələrinin təbii sərvətləri Avropa dövlətləri tərəfindən dəyər-dəyməzinə daşınıb, aparılırdı. İndi Türkiyənin də bu bölgəyə maraq göstərməsi Avropa dövlətlərinin soyğunçuluq fəaliyyəti üçün ciddi problemlər yarada bilər. Ona görə də Avropada Türkiyə prezidentinin Afrika turnesindən ciddi narahatlıq keçirirlər. Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər. Xüsusilə də bəzi Afrika ölkələrinin sahib olduqları zəngin enerji resursları ehtiyatlarının və digər təbii sərvətlərin soyğunçu Avropa dövlətlərinin inhisarından çıxma ehtimalı mövcuddur. Üstəlik, Avropada yaşanan enerji böhranı dövründə belə ehtimallar böyük narahatlıqla qarşılanır”.

E.Xalidbəyli qeyd edib ki, Türkiyənin Afrikaya yerləşməsi rəsmi Ankaranın beynəlxalq mövqelərini möhkəmləndirəcək faktordur:

“Avropa dövlətlərindən fərqli olaraq, Türkiyənin bərabərhüquqlu əməkdaşlıq təklif etdiyi Afrika ölkələrinin beynəlxalq məkanda rəsmi Ankaranı dəstəkləyə biləcəkləri də şübhə doğurmur. Yəni Türkiyə Afrika qitəsində mövqelərini möhkəmləndirməklə, yeni kontinental güc mərkəzinə çevrilə bilər. Nəhayət, bu prosesin iqtisadi-ticari istiqaməti də var. Türkiyə Afrikada özü üçün yeni bazar qazana bilər. Rəsmi Ankara Türkiyə istehsalı olan məhsulları Afrika ölkələrinə satmaqla və həmin dövlətlərin dünya bazarına çıxartdığı təbii sərvətlərin əsas alıcısına çevrilməklə, öz iqtisadiyyatını daha da gücləndirmək imkanına malikdir. Eyni zamanda, soyğunçu Avropa dövlətlərindən fərqli olaraq, iqtisadi-ticari şərtlərə əməl edən Türkiyə ilə əməkdaşlıq Afrika ölkələri üçün də daha sərfəlidir. Türkiyə Afrika ölkələri ilə ticarət əlaqələrini artıq xeyli müddətdir ki, nizama salmağa başlayıb. Bəzi Afrika ölkələri hazırda Türkiyə hərbi-sənaye kompleksinin məhsullarına xüsusi maraq göstərirlər. Çünki Avropa ölkələri onlara müasir silahlar satmırlar. Satsalar belə, çox bahalı olduğundan almaq imkanları da yoxdur. Ancaq Türkiyə Afrika ölkələrinə artıq müasir hərbi texnika satmağa başlayıb. Bəzi Afrika ölkələri Türkiyədə istehsal olunan zirehli döyüş maşınlarını böyük həvəslə alırlar. İndisə, rəsmi Ankara zəif Afrika ölkələrinin müasir PUA-lar satmaq niyyətindədir. Bu hərbi əməkdaşlıq Türkiyəyə külli miqdarda maliyyə vəsaiti qazandıracaq. Afrika ölkələri isə güclənərək, Avropa dövlətlərinin soyğunçuluq vərdişlərinə müqavimət imkanları qazanacaq”.

Politoloq diqqətə çatdırıb ki, Türkiyə prezidentinin Afrikaya səfərindən narahat olmaq üçün Avropa dövlətlərinin kifayət qədər səbəbləri var:

“Avropa dövlətləri Türkiyənin Afrika qitəsinə yerləşməsindən sonra bu qitə üzərində əsrlər boyu qoruyub saxladıqları mövqelərini itirə biləcəklərindən narahatdırlar. Üstəlik, Türkiyə prezidentinin PUA-lara diqqət çəkməsi Qərbə yönəlik üstüörtülü mesajdır. Rəsmi Ankara bununla yeni savaş texnologiyaları sahəsində Qərb ölkələrindən daha üstün durumda olduğuna eyham vurur. Çünki Avropa ölkələri hələlik PUA-lar da daxil olmaqla, yeni savaş texnologiyaları sahəsində elə də ciddi irəliləyiş əldə edə bilməyiblər. Halbuki, Türkiyə artıq pilotsuz savaş təyyarəsinin yaradılması istiqamətində son mərhələyə keçid edib. Bu, Avropa ölkələrinin ordularında olan müasir döyüş təyyarələrini müəyyən mənada, əhəmiyyətdən sala bilər. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidentinin Afrikaya səfər turnesinin Qərb siyasi dairələrində narahatlıq doğurması qətiyyən təəccüblü deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru