Talibləri gözləyən 4 əsas problem - TƏHLİL
Tarix: 9-09-2021, 17:01 | Çap et
 Dövlət çevrilişləri zamanı hakimiyyəti əli keçirmək işin ən asan tərəfidir. Ən vacibi və çətini onu idarə etməkdir. Hazırda Əfqanıstanda olduğu kimi... Bir müddət əvvəl Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi və son olaraq bütün gücü ilə ona qarşı dirənən Pəncşirin də inadını qırdı. Qısaca, “Easy level”i keçə bildi. Ancaq vəziyyətin təhlili göstərir ki, Taliban gələcəkdə bir çox problemlərlə üzləşəcək:
1. Ehtimal olunan vətəndaş qarşıdurması
Hazırda Talibanın taleyi ölkənin idarəetmə quruluşu ilə bağlı verəcəyi qərarlardan asılıdır. Hərakat bundan sonra bütövlüyünü qoruya biləcəkmi, yoxsa hakimiyyət uğrunda mübarizədə regional qruplaramı parçalanacaq? Hər halda, bunu verəcəyi qərarlar təyin edəcək. Xatırladaq ki, Taliban əslində təşkilatdan daha çox, heterogen bir hərəkatdır. Bundan başqa, Talibanın lideri Heybətulla Axundzadənin üç müavini, Molla Əbdül Qəni Baradar, Molla Məhəmməd Yaqub və Siracuddin Hakkani arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Əgər bundan sonra Baradar səhra və döyüş komandirləri üzərində təsirini qoruya bilməzsə, Hakkani və Yaqub ciddi gücə çevriləcəklər. Üstəlik, onların döyüşçüləri hazırda güclü silahlanıblar. Amerikanın Qəndahar, Şindad və Baqramdakı bazalarını da məhz Hakkani və Yaqubun silahlıları ələ keçirmişdilər. Onların ikisini müqayisə etsək, deməliyik ki, Siracuddin Hakkani müəyyən üstünlüyə malikdir. Onun, “Əl-qaidə” və Pakistanınn idarələrarası kəşfiyyatı ilə yaxın əlaqələri var. Bir sözlə, bu 3 lider hər an vətəndaş müharibəsinə hazırdır.
2. Xarici təsirlər
Bu gün dünya və regional oyunçuların Əfqanıstana münasibətdə aktivliyini müşahidə edirik. ABŞ, Avropa, Rusiya, Çin, İran və Pakistan Talibanın regional qruplaşmaları ilə əlaqələr qurur. Xarici qüvvələr, Taliban qruplaşmalarının hərəsi ilə ayrılıqda əlaqələr yaratmağa çalışırlar ki, bu da nəticə etibarilə qruplaşmanın parçalanmasına gətirib çıxara bilər. Bu tendensiya davam edərsə, bir azdan bir neçə Taliban qruplaşması – “Çin Talibanı”, “Pakistan Talibanı”, “İran Talibanı” və s. ortaya çıxacaq.
3. Yerli müqavimət
Pəncşir ələ keçirildi, ancaq həm orada, həm də şimalda Talibana qarşı narazılıq qalmaqdadır. İqtisadi böhran kəskinləşdikcə bu narazılıq daha da artacaq. Lokomativ olaraq gənclər, əhalinin təhsilli fərdləri çıxış edəcək. Taliblərin özlərini iqtisadi problemləri həll edə biləcək və digər dövlətlərlə beynəlxalq səviyyədə konstruktiv əlaqələr qura biləcək ciddi bir hökumət olaraq doğruldacaqları heç də, mümkün görünmür.
4. Terrorçu qrupların fəallığı
ABŞ hərbi kəşfiyyatının proqnozlarına görə, Taliblər mövqelərini gücləndirə bilməyəcəklər. Terrorçu qruplaşmalar da bundan istifadə edəcək. Xüsusilə, Əl-Qaidə güclənəcək, İŞİD, eləcə də çoxlu sayda digər qruplar daha da fəallaşacaqlar. Bir-iki ilə bölgədə terrorizm yenidən güclənəcək.
Sadaladığımız bu amillər Əfqanıstanda vətəndaş müharibəsi ehtimalının son dərəcə yüksək olduğundan xəbər verir. Qonşuları isə Əfqanıstanın qeyri-stabil əmirlik olacağından əmindirlər.
Azvision.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19 |
|
|
|
| • Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08 |
|
|
|
| • Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00 |
|
|
|
| • Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28 |
|
|
|
| • Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16 |
|
|
|
| • ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09 |
|
|
|
| • Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06 |
|
|
|
| • Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05 |
|
|
|
| • Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59 |
|
|
|
| • EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58 |
|
|
|
| • Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51 |
|
|
|
| • Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49 |
|
|
|
| • Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44 |
|
|
|
| • "Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31 |
|
|
|
| • BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29 |
|
|
|
| • Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21 |
|
|
|
| • Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17 |
|
|
|
| • Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14 |
|
|
|
| • Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12 |
|
|
|
| • Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09 |
|
|
|
| • Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07 |
|
|
|
| • Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05 |
|
|
|
| • Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56 |
|
|
|
| • "Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37 |
|
|
|
| • Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
| • "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32 |
|
|
|
| • ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23 |
|
|
|
| • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21 |
|
|
|
| • Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17 |
|
|
|
| • ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14 |
|
|
|
| • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09 |
|
|
|
| • 11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04 |
|
|
|
| • “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59 |
|
|
|
| • Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52 |
|
|
|
| • “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41 |
|
|
|
| • İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38 |
|
|
|
| • Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34 |
|
|
|
| • Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22 |
|
|
|
| • Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12 |
|
|
|
| • Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08 |
|
|
|
| • Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10 |
|
|
|
| • Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07 |
|
|
|
|