İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                 

“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını” - TƏHLİL
Tarix: 2-01-2021, 11:06 | Çap et
“Türk axını” kritik mərhələni keçdi: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanatın ən önəmli maddələrindən biri də Naxçıvan dəhlizinin açılması idi. Faktiki olaraq, Azərbaycan hakimiyyətinin gündəliyində olmayan bu məsələnin birdən-birə üçtərəfli bəyanata salınması təsadüfi ola bilməzdi. Belə aydın olurdu ki, zahirən nə qədər üçtərəfli bəyanat kimi görünsə belə, bu sənədin ərsəyə gətirilməsində rəsmi Ankaranın da mühüm rolu vardı. Zira Naxçıvan dəhlizi ilk növbədə Türkiyənin Orta Asiyaya açılan ən qısa və regional əməkdaşlıq baxımından strateji önəm daşıyan qapısıdır.

Daha çox Türkiyənin perspektiv strateji maraqlarını nəzərə alan bu maddənin bəyanata salınması, təbii ki, qarşılıqsız ola bilməzdi. Ən azı ona görə ki, bəyanat Moskvanın diktəsi altında qəbul edilmişdi və dəhlizin rus təhlükəsizlik orqanlarının nəzarəti altında fəaliyyət göstərməsi perspektivinin qanuniləşdirilməsi də bundan xəbər verirdi.

Bəs Türkiyə bunun qarşılığında Rusiyaya nə verirdi?

Zənnimizcə, bu sualın cavabı dünən aydınlığa qovuşdu. Ovqat.com-un məlumatına görə, “Türk axını” çərçivəsində dünən Rusiyanın Şərqi Avropadakı əsas müttəfiqi Serbiyaya qaz nəqlinə başlanılıb. Rus qazı Qara dənizi keçərək Türkiyəyə, ordan isə Bolqarıstan üzərindən Serbiyaya daşınacaq.

Məsələ burasındadır ki, planlaşdırıldığı gündən bəri “Türk axını” çərçivəsində Cənub-Şərqi Avropa ölkələrinin, o cümlədən Serbiyanın qazla təmini nəzərdə tutulsa da, Dağlıq Qarabağdakı son döyüşlər başlamamışdan əvvəl layihənin perspektivi şübhə altında düşmüşdü. ABŞ Dövlət Departamenti dəfələrlə açıq şəkildə layihə iştirakçılarını “Türk axını”ndan imtina etməyə çağırmış, əks halda “sözəbaxmayan” müttəfiqlərə ağır sanksiyalarla hədə-qorxu gəlmişdi.

Ən əsası isə “Türk axını”nın ən böyük müştərisi Türkiyə ötən ilin ilk günlərindən aldığı rus qazını ciddi şəkildə azaltmış və bu ildən isə alışları tamamilə dayandıracağını bildirmişdi. Ankaranın rus qazı yerinə Azərbaycan qazını tərcih etməsi Moskvanı qəzəbləndirməyə bilməzdi. Məhz bu səbəbdən bir çox ekspertlər iyul ayında ermənilərin TANAP qaz kəmərinin keçdiyi Tovuza hücumunun arxasında Moskvanın dayandığını, məqsədin isə “Türk axını”na alternativin sıradan çıxarılması olduğunu düşünürlər.

İstər Tovuz hücumları, istərsə də son Qarabağ müharibəsi zamanı Türkiyənin açıq şəkildə Azərbaycanı dəstəkləməsi də onu göstərir ki, rəsmi Ankara bütün bu hərbi həmlələri özünə qarşı edilmiş təcavüz aktı kimi qiymətləndirmiş və proseslərə laqeyd qalmamışdır. Qardaş dövlətin mənəvi dəstəyi və silahları ilə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan həm də Rusiyaya “sənin silahların döyüş meydanı üçün deyil, tarix muzeyi üçün məna kəsb edir” mesajı vermişdi. Məhz bu mesajdan sonra Rusiya öz “sülhməramlı”larını Dağlıq Qarabağa göndərmiş və dövlətlərarası çəkişməni hərb meydanından diplomatik masaya daşımışdı. Naxçıvan dəhlizi də bu danışıqlar nəticəsində ortaya çıxmışdı.

Türkiyənin öz hərbi qüvvələrini müşahidə üçün Dağlıq Qarabağa göndərdiyi ərəfədə “Türk axını” xəttilə Serbiyaya qaz verilməsi də Dağlıq Qarabağ ətrafında aprılan diplomatik danışıqlarda iki əsas prinsipdə qarşılıqlı razılığa gəlindiyini göstərir: Naxçıvan dəhlizi əvəzinə “Türk axını”.

Zənnimizcə, sözügedən qarşılıqlı razılaşmada Türkiyə rus qazını almaq öhdəliyini yenidən öz üzərinə götürmədən sadəcə onun Balkanlara ötürülməsinə yaşıl işıq yandırıb. Qardaş ölkənin rus qazından imtinasının isə çox haqlı səbəbi var. 1997-ci ildə Rusiya - Türkiyə arasında bağlanan “Mavi axın” müqaviləsinə görə, qardaş ölkə şimal qonşumuzdan 25 il ərzində alacağı təbii qazın hər min kub metrinə 250-280 dollar ödəməlidir. Artıq neçə ildir qlobal enerji bazarında təbii qazın qiymətləri durmadan ucuzlaşır. 2019-cu ildə 110-120 dollara enən təbii qaz üçün Türkiyə ikiqat, 2020-ci ildə isə (85 dollar) 3 qat artıq pul ödəyirdi. Müqaviləyə görə, Ankara bu ədalətsiz alış-verişdən imtina da edə bilməzdi. Əks halda, almadığı qazın pulunu verməli idi.

Sözsüz ki, bu ədalətsiz alış-veriş sonsuzadək davam edə bilməzdi. Türkiyə müqavilənin bitməsi dövrünü gözləyirdi və son müddət bu il yanvarın 1-dən sona çatdı. Ankara da bundan sonra Rusiya kimi dünya bazarındakı qiymətləri nəzərə almayan etibarsız tərəfdaşla bir daha hər hansı uzunmüddətli müqavilə bağlamaz. Üstəlik, qardaş ölkənin Qara dənizdə kəşf etdiyi qaz sahəsi sayəsində bir neçə ildən sonra ixracatçı ölkəyə çevrilmə ehtimalı böyükdür. Hələlik isə Azərbaycan qazı ilə kritik dövrü keçirə bilər.

Bununla belə, Türkiyənin “Türk axını” layihəsindən tranzit ölkə kimi imtina etməsini gözləməyə dəyməz. Ankara həmin layihəyə regional münasibətlərin formalaşmasına təsir edən şans amili kimi baxır. Bu şans təkcə Türkiyəyə ciddi tranzit pulu qazandırmır. Həm də regionun ən güclü dövlətlərdən birinin – Rusiyanın boğazını və tez-tez təzyiqlərinə məruz qaldığı Avropa İttifaqının enerji təhlükəsizliyini öz ovcunda tutmasına şərait yaradır. Rusiya da görünür, daha etibarlı tərəfdaşlıq üçün Türkiyənin Orta Asiyaya açılacağı nəzərdə tutulan Naxçıvan boğazına hakimi olmaq istəyir, bununla da Türk kozırına qarşı rus kozırını irəli sürür.

Onu da vurğulamaq yerinə düşər ki, bu strateji poker oyununda Türkiyənin əli daha güclüdür. Qardaş ölkənin kozırları arasında rus hərbi donanmasını məhv edəcək gücə sahib olan Bosfor boğazı da var. Qara dənizi Aralıq dənizinə bağlayan bu boğazın bağlanması Rusiyanı isti dənizlərə açılan yeganə qapıdan məhrum etməklə yanaşı, həm də onun ən güclü hərbi donanmasını işləksiz hala gətirə bilər.

Bəs “Türk axını” layihəsində Serbiyaya çıxış Rusiyanın enerji strategiyasında niyə bu qədər böyük əhəmiyyətə malikdir?

Fikrimizcə, Serbiyanın əhəmiyyəti Qara dəniz sahilində yerləşən və rus qazının Avropaya əsas keçid məntəqələrindən sayılan Bolqarıstanın Moskvanın maraqlarına cavab verməyən mövqeyi ilə bağlıdır. 2014-cü ildə Avropaya inteqarsiya xətti tutan Ukraynanı cəzalandırmaq istəyən Rusiya bu ölkədən yan keçən qaz kəməri çəkmək qərarına gəldi. Yeni marşrutunun başlanğıc nöqtəsi isə Bolqarıstan olacaqdı. Bu layihə baş tutsaydı, hər il 65 milyard kub metr qaz ixrac etdiyi Ukrayna asılılığından qurtulan Moskva tranzit pulunu digər slavyan ölkəsi Bolqarıstana qazandıra bilərdi.

Di gəl ki, Bolqarıstanın daha böyük hədəfləri vardı: Qərbə inteqrasiya və öz təhlükəsizliyini qorumaq üçün ABŞ-la tərəfdaşlıq. Sofiya heç bir zaman bu iki hədəfi Rusiyanın enerji strategiyasından qazanacağı kapitala qurban verə bilməzdi. Üstəlik, Qərbə inteqrasiya xətti tutduğu üçün Kremlin qəzəbinə gələn Ukraynanın cəzalandırılması müqabilində. Odur ki, Vaşinqtonun və Brusselin təzyiqləri ilə müxtəlif bəhanələr taparaq bu layihəni xeyli gecikdirdi. Baxmayaraq ki, Avropa İttifaqının Almaniya və Fransa kimi nəhəng dövlətləri 2016-cı ildə hakimiyyətə gələn Tramp administrasiyasının müttəfiqlərinə xor baxan xarici siyasətinə qarşı çıxmaq üçün açıq və ya gizli şəkildə Rusiyanın enerji layihələrinə qoşulmağa qərar verəcəkdilər. Amma hələ 2014-cü ildi və böyük fədakarlıqlar edərək Rusiya ilə yollarını ayıran Ukraynaya arxa çevirmək Qərb alyansına xəyanət kimi qiymətləndirilirdi.

Moskva isə Bolqarıstanın nazı ilə oynayacaq halda deyildi və Sofiyanın bəhanələrinin xeyli uzanacağını görüb “Türk axımı” layihəsinə yönəldi. Amma bu layihədə də ən kritik ölkə olaraq Bolqarıstan yer alırdı. Layihəyə əsasən, təbii qaz Qara dəniz üzərindən Türkiyəyə nəql olunacaq, Türkiyədən Bolqarıstana, ordan Serbiyaya, Macarıstana, Avstriyaya göndəriləcəkdi. Bolqarıstan yenə layihəyə qarşı çıxardısa, kəmər onun yanından keçərək Yunanıstan üzərindən marşrutuna davam edə bilərdi ki, bu da yolu uzadır və təbii qazın maya dəyərini artırırdı.

Bu gün Serbiyaya rus qazının çatdırılması xəbəri “Türk axını” projesində kritik mərhələnin – Bolqarıstan üzərindən nəqlinə davam edilməsi probleminin aşıldığını göstərir.

Qeyd edək ki, Serbiya rus qazını daha əvvəl Ukrayna və Macarıstan üzərindən alırdı. İndisə onun “Türk axını” layihəsindən faydalanmağa başlaması Ukraynanın dövriyyədən çıxarılmasının ilk mərhələsi anlamına gəlir. Daha sonra bu qazın Macarıstana, Slovakiyaya və Avstriyaya göndərilməsi mərhələsi başlaya bilər ki, bu da Ukraynanın beynəlxalq bir layihədəki payını tamamilə itirməsi deməkdir. “Qazprom”-un 2019-cu ildə yaydığı məlumatına görə, Ukrayna 5 il ərzində rus qazının nəqlindən 15 milyard dollar qazanacaqdı. İllərə böləndə Ukraynanın hardasa hər il 3 milyard dollar tranzit haqqını əldə etmək imkanından məhrum olduğunu anlaya bilərik.

Türkiyənin faktiki olaraq rus təbii qazının Avropaya nəqli yolunda ən böyük əngəlin ortadan qaldırılmasında oynadığı bu ciddi rol, əlbəttə, qarşılıqsız ola bilməzdi. Üstəlik, nəzərə alsaq ki, Rusiyaya yandırılmış yaşı işıq onun üçün həm də köhnə müttəfiqləri ilə arasının açılması, xüsusilə ABŞ-dan gələn sanksiyalara sinə gərməsi ilə nəticələnir. Bütün bu cəsarətli addımlar Türkiyənin 500 ildən bəri daim müharibələr apardığı ən güclü düşməni uğrunda göstərdiyi qarşılıqsız fədakarlıq örnəyi deyil və ola da bilməz. Son vaxtlar dünya siyasətinin müəyyənləşdirilməsində layiq olduğu yeri almaq istəyən Ankaranın regional əməkdaşlıqda öz geopolitik maraqları var və Orta Asiyaya qədər uzanan bu strateji xətt Naxçıvan dəhlizindən keçir. Rusiya da Türk iradəsi qarşısında öz imperialist siyasətindən tədricən geri çəkilməli və regional tələblərlə ayaqlaşmalıdır. Unutmamalıdır ki, yeri gələndə Türkiyənin Orta Asiyaya və Çinə uzanan “Bir Kəmər, Bir Yol” layihəsində başqa alternativləri də var. Rusiyanın Qərbə açılan bir çox yollarda boğazı isə Türkiyənin əlindədir. Məhz bu səbəbdən dalana sıxışdırılmış Kremlin regionun önəmli güc mərkəzlərindən sayılan Türkiyə ilə müttəfiqliyə daha çox ehtiyacı var. Ən azı indiki mərhələdə.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru