AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                 

Kreml Tatarıstanın “xüsusi statusunu” ləğv edir
Tarix: 12-08-2017, 09:24 | Çap et
Kreml Tatarıstanın “xüsusi statusunu” ləğv edir
Rusiyanın RBK xəbər agentliyi yazır ki, Kreml Moskva ilə Tatrıstan arasında səlahiyyətlərin bölgüsünə dair sazişin müddətini uzatmaq niyyətində deyil.

Avqustun 11-də müddəti başa çatan müqavilənin uzadılmasını Rusiya prezidenti Vladimir Putindən Tatarıstan Respublikası Dövlət Şurasının deputatları xahiş etmişdilər.

2007-ci ilin 11 avqustunda imzalanmış bu müqavilənin müddəti 10 il idi. Lakin indi Rusiya rəsmiləri bildiriblər ki, Moskva nə bu müqavilənin müddətini uzatmaq, nə də yeni müqavilə imzalamaq niyyətində deyil.

Bu da bildirilir ki, Kreml hüquqi məsələlər üzrə xüsusi komissiyanın yaradılması fikirndə də deyil. Kremldəki mənbələr RBK agentliyinə bildiriblər ki, hüquqi uyğunsuzluqlar Tatarıstan Respublikasının öz konstitusiyasına bağlıdır və bu məsələləri Kazanın özü həll edə bilər.

Yeni müqavilənin imzalanması məqsədilə hüquqi komissyanın yaradılması üçün Vladimir Putinə iyulun 11-də Tatarıstan Respublikası Dövlət Şurasınımn deputatları müraciıət etmişdilər.

Deputatlar bildirirdilər ki, müqavilənin olmaması Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müəyyən problemlər yaradır.

Söhbət Tatarıstan Konstitusiyasının 1-ci maddəsindən gedir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır.

Konstitusiyaya görə bu maddə parlament tərəfindən dəyişdirilə bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələbi mövcuddur.

Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin RBK agentliyinə deyib ki, bu məsələ sakit, qarşılıqlı hömət və etimad şəraitində federal mərkəz olan Moskva ilə subyekt Tatarıstan arasında müzakirə olunmalıdır.

O deyib ki, bu məsıələ referenduma çıxarılarsa respublika əhalisinin əksəriyyəti Konstitusiya maddəsinin dəyişidirilməsinin əleyhinə səs verəcək.

Muxametşin deyib ki, Tatarıstan bu məsələni istər Moskvada, istərsə də Kazanda müzakirə etməyə hazırdır.

Tatarıstan rəsmiləri deyirlər ki, Moskva məsələyə hələ də baxılmamasını Putinin dövlət-hüquq idarəsinin rəisi Larisa Brıçevanın yay məzuniyyətindən qayıtmaması ilə izah ediblər.

Respublika statusundan quberniyaya gedən yol

Lakin BBC-nin Rus xidməti yazır ki, Moskvanın müqaviləni təzələmək istəməməsi daha dərin və fundamental səbəblərlə bağlıdır.

Tatarıstan və Çeçenistana xüsusi status vermək qərarı hələ Sovet İttifaqı çökəndə verilmişdi. Çünki Rusiyanın bu iki subyekti yeni federasiya müqaviləsini imzalmaq istəmirdi.

Beləliklə, 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində “xüsusi status” əldə etmişdilər.

Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başlamışdı.

Nəhayət 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında “idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşılmasına” dair müqavilə imzalanmışdı.

Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın hətta vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı.

Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli haklimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutmuşdu.

2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu saat mexanizmi olan bomba ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır.

Həmin vaxtdan etibarən Kreml tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.

2003-cü ildə qəbul edilmiş qanuna görə, Moskva və regionlar arasındakı müqavilələr təkrar olaraq federal qanunlarla təsdiqlənməlidir.

Bundan sonra Tatarıstan tədricən özünün simvolik hüquqlarından məhrum edilməyə başladı. Məsələn, Tatarıstan prezidentinin iki dili bilməsinin icbariliyi və Tatarıstan vətəndaşlığı barədə maddələr ləğv olundu.

2000-ci illərin ortalarında Tatarıstanın xüsusi statusu ilə mübarizəyə Rusiyanın Volqaboyundakı xüsusi nümayəndəsi Sergey Kiriyenko da qoşulmuşdu. Nəhayət elə onun vaxtında, 2007-ci ildə uzun müzakirələrdən sonra 10 il müddətinə yeni müqavilə imzalanmışdı. Bu müqavilədə artıq Yeltsinin verdiyi azadlıqlardan çox azı qalırdı.

Hətta Kadırov da qəbul edib ki, ölkədə bir prezident olar

RBK agentliyi isə yazır ki, indi Moskva ola bilsin Tatarıstan hökumətinə “prezident” termininin saxlanmasında güzəştə gedə bilər. Tatarıstan millət vəkilləri Putinə məktubda bu məsələnin mühümlüyünü xüsusi vurğulayıblar.

Lakin Kremldə adının çəkilməsini istəməyən mənbə RBK-ya bildirib ki, Tatarıstan başçısı üçün “prezident” termini yalnız hazırkı prezident Rustam Minnixanovun hakimiyyəti dövrünün başa çatmasınadək saxlana bilər. Minnixanovun prezidentlik müddəti 2020-ci ildə qurtarır.

RBK-nin təhlilində deyilir ki, Tatarıstan hazırda başçısı prezident olan yeganə federasiya subyektidir.

Rusiyada qəbul edilmiş qanuna görə bütün federasiya subyektləri prezident postunu 2015-ci ilədək ləğv etməli idilər.

Lakin daha sonra bu möhlət 2016-cı ilin yanvarınadək uzadılmışdı. Bunu məxsusi olaraq Tatarıstan üçün etmişdilər.

Buna baxmayaraq Tatarıstan da güzəştə getmək niyyətində olana oxşamır. Kazan hələ də respublika başçısını prezident adlandırır.

Yenə də adının çəkilməsini istəməyən Kreml rəsmisi RBK-ya bildirib ki, Tatarıstan prezident Putinin verdiyi siqnalı eşitməlidir.

2015-ci ilin dekabrında Putin bildirmişdi ki, hətta Çeçenistan da “ölkədə bir prezident olar” prinsipini qəbul edib.

Bununla yanaşı, Putin əlavə etmişdi ki, “biz tatar xalqının istədiyi seçimi qəbul etməyə hazırıq”.

Politoloq Vitali İvanov RBK agentliyinə müsahibəsində deyib ki, Moskva prezident titulunu Şaymiyevə, 70 illik yubileyində hədiyyə etmişdi, lakin Minnixanov Putin qubernatorundan başqa bir şey deyil.

Kazan Federal Universitetinin konfliktologiya kafedrasının müdiri Andrey Bolşakov RBK-ya deyib ki, 1994-cü ildə Moskva və Kazan arasında müqavilə imzalananda vəziyyət tamam başqa idi, amma indi mərkəz güclənib və subyektlərlə münasibətlərini müqavilələr üzərində qurmağı düşünmür.

Amma Bolşakov bunu da qeyd edib ki, söhbət həssas məsələdən gedir. Əslində müqaviləni uzatmaqla Moskva heç nə itirməzdi. Bir də unutmaq olmaz ki, tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq bütün hallarda mümkün olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru