ABŞ-ın sanksiyalarına baxmayaraq Türkmənistan neftinin ilk partiyası İranda boşaldılıb
Tarix: 7-08-2017, 10:07 | Çap et
 Rusiya bayrağı altında üzən “VF Tanker 20” gəmisi avqustun 3-də İranın Neka limanına “Dragon Oil” şirkətinin istehsalı olan 6 min ton həcmində Türkmənistan neftinin boşaldılması məqsədi ilə daxil olub. "Report" xəbər verir ki, qeyd olunan partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a (İran Milli Neft Şirkətinə) məxsus və şirkət tərfindən idarə olunan terminalda həyata keçirilib. Bu, tamamilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Milli Neft Şirkətinə (ENOC) məxsus olan “Dragon Oil” şirkətinin Sinqapurdakı törəmə şirkəti "ENOC Trading" ilə birlikdə uzun müddət ərzində İrana təkbaşına neft tədarükü həyata keçirdiyi ilk haldır. Bu vaxta qədər “Dragon Oil” bütün neft ixraclarını FOB Alaca (Türkmənistan) şərtləri ilə tenderlərdə həyata keçirib. İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar 2011-ci ildən etibarən ixrac yalnız Azərbaycan (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və ya Bakı-Batumi dəmir yolu xətti ilə) və ya Rusiya (Mahaçkala-Novorossiysk neft boru kəməri vasitəsilə) ərazisindən keçməklə Avropaya istiqamətlənirdi. “Dragon Oil” və ENOC-un İrana neft tədarükünü bərpa etmək qərarı bazar iştirakçılarını təəccübləndirib. Xatırladaq ki, 2016-cı ildə İrana qarşı tətbiq olunan sanksiyaların bir qismi götürülsə də, bir çox məhdudiyyətlər bugünə qədər qüvvədədir. Əksər şirkətlər İranla hansısa biznes işi aparmazdan əvvəl ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) ətraflı tövsiyələrini gözləməyi üstün tuturlar. “Dragon Oil” şirkətinin Türkmənistan nefti üzrə bütün hüsablamaları ABŞ dolları ilə apardığı, amerikalı podratçılarla (məsələn, ABŞ-ın neft xidməti üzrə nəhəng “Schlumberger” şirkəti ilə) uzunmüddətli əməkdaşlığının olduğu və rəhbər vəzifələrdə ABŞ vətəndaşlarının olduğu məqamda şirkətin İrana neft ixracını bərpa etməyə qərar verməsi tələsik və riskli görünür. Eyni zamanda, BƏƏ-nin ABŞ-ın regiondakı əsas tərəfdaşı olmasına baxmayaraq, ölkənin Milli Neft Şirkəti olan ENOC-un ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla yeni biznesi aktiv şəkildə inkişaf etdirməsi faktı təəccüb doğurur. Qeyd olunan neft partiyasının İrana çatdırılmasının “Dragon Oil” şirkəti tərəfindən əvvəlcədən heç planlaşdırılmaması da istisna deyil. Belə ki, “VF Tanker 20” gəmisi əvvəlcə Bakı limanına gəlib və iyulun 25-dən avqustun 1-nə qədər yoxlanışda olub. Lakin gəmidə sənədsiz yükün (bəlkə də qaçaqmalçılıq) aşkar olunması ilə əlaqədar neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC şirkəti tankeri yükün sənədlər təqdim olunmadan başaldılması mümkün olan İranın Neka limanına istiqamətləndirib. Hazırda bazar iştirakçıları hadisələrin sonrakı inkişafını gözləyir: ya bu neft partiyası sənədləşmədə yaranmış problem səbəbindən Nekada boşaldılmış təsadüfi yükdür, yaxud da, bu, Türkmənistan neftinin İrana çatdırılması üzrə planlaşdırılmış proqramın başlanğıcıdır. ENOC-un fraxt (yük) bazarında hazırkı aktivliyi və Rusiyanın “VF Tanker” şirkətinin bir neçə gəmisini Xəzər dənizində Alaca limanına istiqmətləndirməsi ikinci versiyanin xeyrinə olan məqamlardır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19 |
|
|
|
| • Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08 |
|
|
|
| • Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00 |
|
|
|
| • Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28 |
|
|
|
| • Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16 |
|
|
|
| • ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09 |
|
|
|
| • Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06 |
|
|
|
| • Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05 |
|
|
|
| • Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59 |
|
|
|
| • EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58 |
|
|
|
| • Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51 |
|
|
|
| • Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49 |
|
|
|
| • Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44 |
|
|
|
| • "Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31 |
|
|
|
| • BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29 |
|
|
|
| • Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21 |
|
|
|
| • Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17 |
|
|
|
| • Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14 |
|
|
|
| • Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12 |
|
|
|
| • Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09 |
|
|
|
| • Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07 |
|
|
|
| • Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05 |
|
|
|
| • Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56 |
|
|
|
| • "Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37 |
|
|
|
| • Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
| • "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32 |
|
|
|
| • ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23 |
|
|
|
| • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21 |
|
|
|
| • Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17 |
|
|
|
| • ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14 |
|
|
|
| • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09 |
|
|
|
| • 11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04 |
|
|
|
| • “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59 |
|
|
|
| • Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52 |
|
|
|
| • “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41 |
|
|
|
| • İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38 |
|
|
|
| • Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34 |
|
|
|
| • Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22 |
|
|
|
| • Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12 |
|
|
|
| • Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08 |
|
|
|
| • Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10 |
|
|
|
| • Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07 |
|
|
|
|