Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                 

Mərhum Əflatun Piriyevin qurduğu "Volbak-H"-da payçılarının hüquqlarını kim pozub? - Rizvan Vahabov ittiham olunur
Tarix: 30-05-2015, 13:01 | Çap et
Mərhum Əflatun Piriyevin qurduğu "Volbak-H"-da payçılarının hüquqlarını kim pozub?
Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi, 145 saylı binanın sakinləri, "Volbak-H" MTK-nın payçıları- Rzayev Ramiz Tələt oğlu, Bayramova Arzu, Qayıbova Fədayə, Əhədova Afət, Abdullayeva Sima Zəhra qızı, Davudov Yaşar Azad oğlu, Davudova Xoşqədəm (şəhid ailəsi), Xamiyev Rəşad Nərçə oğlu, Əhmədov Zamiq, Kazımov Adil Arif oğlu, Əsədov Anar Mahid oğlu, Hüseynova Təranə Həbib qızı və Hacıyeva Sevinc Nemət qızı redaksiyamıza şikayət məktubu göndəriblər.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft Kəmərləri İdarəsinin keçmiş rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü Rizvan Vahabovun özbaşına əməllərindən şikayətçidirlər. Məktub müəllifləri yazır ki, iş adamı Rizvan Vahabovun qanunsuz əməllərinin nəticəsində onların mülkiyyət hüquqları kobud şəkildə pozulub: "Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443-cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində "Günəş" İKF-ya təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan "Volbak" MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir". Tikintini aparan "Volbak-H" MTK şikayətçilərlə müqavilə bağlayıb və vətəndaşlar tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər. Şikayətçilər daha sonra yazır ki, "Günəş" İKF Rizvan Vahabovun 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirilib: "Buna baxmayaraq, "Günəş" İKF keçmiş rəis tərəfindən idarə olunur. Daha əvvəl isə bu şirkət sabiq məmur tərəfindən başqa bir sahibkardan qeyri-qanuni yolla alınıb. Sözün həqiqi mənasında milyonçu olan keçmiş məmur sərmayəsinin və mülklərinin böyük bir hissəsini qayınanasının adına rəsmiləşdirərək idarə edir. Rizvan Vahabovun Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villaları məhz 80 yaşlı Anna Qoloveşkinanın adına sənədləşdirilib. Lakin bütün bu varidatlar keçmiş rəisin mal varlığının heç də hamısı deyil. O bütün bu vəsaitləri ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəisi işlədiyi zaman dövlət vəsaitlərini mənimsəməklə əldə edib. Elə bu üzdən də tutduğu vəzifədən azad olunub. Amma buna baxmayaraq, hamilərinin səyləri nəticəsində cinayət məsuliyyətindən yaxa qurtararaq milyonlarını qoruyub saxlaya bilib. Onun adı həmçinin "AzərRoss" cinayətində hallanıb. Cinayətin sifarişçisi olaraq həbs olunan Hümmət Məmmədovun, cinayətin qurbanı Əflatun Piriyevin və "Avesta" Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim İbrahimovun şərikli biznesi olub. Yuxarıda adı çəkilən "Volbak" MMC-nin və "Volbak-H" MTK-nın təsisçiləri "AzərRoss" cinayətində öldürülən Əflatun Piriyev və Rizvan Vahabov olublar. Əflatun Piriyev öldürüldükdən sonra isə onun biznes ortağı təsisçiliyi qayınanasının adına keçirib. Bundan sonra isə digər payçılarla bağlanmış müqavilələrin qüvvədən düşməsi haqqında saxta sənəd əldə edib. Məsələ ilə bağlı çoxsaylı məhkəmə proseslərinin keçirilməsinə baxmayaraq, mülkiyyət hüquqlarımız bərpa olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2013-cü tarixli 17297/17471 saylı rəyində Anna Qoloveşkinanın "Volbak" MMC-nin hesabına köçürdüyü 3 482 000 manat və 200 000 ABŞ dolları ilə bağlı kassa-mədaxil orderi saxta elan olunsa da, payçıların mülkiyyət hüququ məhkəmə tərəfindən təmin olunmayıb". Payçılar bildirirlər ki, Qoloveşkina Anna Sergeyevna Yasamal Rayon Məhkəməsinin vasitəsilə onların mülkiyyətlərinə qanunsuz həbs qoydurub: "Məhkəmə hakimi ilə birləşən həmin qadın bizə əməlli-başlı divan tutdu. O, Yasamal Rayon Məhkəməsində bir müddət öncə saxta iddia qaldırdı, indiyə qədər mülkiyyət hüququmuzu pozur. Əlində heç bir hüquqi sənədi olmayan bu qadının əsassız ərizəsi və vəsatətləri əsasında neçə müddətdir ki, mülkiyyətimizə həbs qoyulub və bunun nəticəsində mülkiyyət hüququ ilə bizə məxsus olan əmlaklarımız üzərində sərəncam verə bilmirik. İşin gedişində həmin vaxt Yasamal Rayon Məhkəməsinin hakimi işləmiş şəxs bizim heç bir ərizəmizi, vəsatətlərimizi, etirazlarımızı qəbul etmədi. Hakim faktiki olaraq həmin qadına vəkillik etməklə məşğul idi. Heç bir vəsatətimizi təmin etməyən hakim öz təşəbbüsü ilə yaşlı qadına sübutlar toplamaqla məşğul oldu. Hakim Rizvan Vahabovla həmyerli olduğundan işi birtərəfli araşdırdı". Narazı vətəndaşların dediyinə görə, bir illik məhkəmə çəkişməsindən sonra hakim iddiaçının saxta iddiasını təmin etmək istəyib: "Biabırçı məhkəmə prosesinə dözməyib zalı tərk etdik. Bütün bunlara bəlkə də dözmək olardı. Amma sonuncu məhkəmə iclasında hakim göz görə-görə bütün hüquq normalarını aşkar və kobud surətdə pozdu. O hakim etikasına sığmayan bir hərəkət etdi. Təsəvvür edin, bir il ərzində işi mahiyyəti üzrə araşdırmayan, tərəfləri dindirməyən, yalnız qarşı tərəfə saxta və dolayısı sübutlar toplamaqla məşğul olan hakim birdən-birə işin yekunlaşdığını bildirdi. Bununla çəkişmə prinsipini pozaraq bizim məhkəmədə özünü müdafiə hüququmuzu tanımadı. Nə bizi, nə də vəkillərimizi dinləmədi. Onun qərəzli hərəkətinə etiraz olaraq məhkəmə zalını tərk etdik. Sabiq məmur min bir əzab-əziyyətlə aldığımız əmlakları öz havadarlarının köməyi ilə bizdən qoparmağa çalışır. Həmin əmlakın dəyərini tam olaraq ödəmişik. Əlimizdə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı var. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlə əlaqədar qəbul olunmuş qərarda göstərilib ki, A.S.Qoloveşkina adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri həqiqətən də, saxtadır. Bu qadın tərəfindən "Volbak" MMC-yə bir qəpik belə ödənilməyib. Lakin buna baxmayaraq o, eləcə də kürəkəni qanuni əsası olmayan müqavilələrdən istifadə edərək bizə hədə-qorxu gəlirlər. Əmlakımızı Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun qəbul etdiyi qanunsuz qətnamə əsasında əlimizdən almaq istəyirlər. Hakim qəbul etdiyi qətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bizə verdiyi çıxarışları ləğv etdi və əmlakımız A.S.Qoloveşkinanın tabeliyinə keçdi. Ədalətli, təmiz mövqeli məhkəmə hakimlərinə sonsuz güvənimiz olsa da, ayrı-ayrı yarıtmaz şəxslərin məqsədli fəaliyyəti dövlətçiliyimizin təməl ideyalarına xəyanət kimi qiymətləndirilməlidir. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Qəzetiniz vasitəsilə cənab prezidentdən və digər səlahiyyətli dövlət qurumlarının rəsmilərindən kömək istəyirik. Xahiş edirik ki, hüquqlarımızı pozan, əmlakımızı özbaşına olaraq ələ keçirən Rizvan Vahabovu, onun qayınanasını və bu adamlara havadarlıq edən hakimləri cəzalandırsınlar".

Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru