Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                 

"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Tarix: 14-09-2013, 13:25 | Çap et
"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Azərbaycanda bankların əksəriyyətinin müştəriləri aldatması artıq adi hal alıb. Çünki dəfələrlə ölkədə fəaliyyət göstərən bəzi bankların müxtəlif vasitələrlə necə fırıldaqlar etdiyini, vətəndaşları aldatmaları barədə araşdırma yazıları dərc etmişik. Araşdırmalar zamanı faktlarla təsdiq olunurdu ki, banklar çox vaxt insanları aldatmaqla məşğuldur. Lakin banklardan şikayət bitmir. Nədən ki, vətəndaşların hüquqları pozulsa da, həmin banklara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də redaksiyamıza banklar haqqında yenə də şikayət dolu məktublar daxil olur.

“Bank of Baku” tərəfindən hüququnun pozulduğunu bildirən məcburi köçkün Ə.Məmmədov bankın aldadıcı kampaniyaya start verdiyini söylədi. Onun sözlərinə görə, “Bank of Baku” yeni qazanc yolu tapıb, indi də paytaxtın marketlərində “Box'ça” satdırır.

Yəqin bəzi oxucular üçün maraqlı olar ki, bu “Box'ça” nədir? Bu kampaniyanın nə qədər cəlbedici olduğunu bildirmək üçün “Box'ça”nın nə olduğunu elə bankın öz şərtləri ilə təqdim edəcəyik. “Bank of Baku”nun sözügedən kampaniyasında bildirilir ki, “”Box'ça” - sizlərin gündəlik ehtiyaclarını qarşılamaq və rahatlığınızı təmin etmək məqsədilə “Bank of Baku” tərəfindən təqdim olunan yeni məhsuldur. 20 yaşı tamam olmuş hər bir şəxs cəmi 1 AZN ödəməklə “Box`ça” adlı xüsusi qutu ala biləcək”.

“Box'ça”nın daha cəlbedici olması üçün üzərində yazılıb: “Cəmi 1 manata 500 AZN-i cibinizə qoyun”.

“Box'ça”nın içində nə var?

“Box'ça”da hələlik aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya Pul kredit kartı, kartların aktivləşdirmə şərtləri və aktivləşdirmək üçün ünvanlar var.

“Box'ça”da hansı güzəştlər var?

“Box'ça”nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

Kartı necə aktivləşdirmək olar?

Kartı aktivləşdirmək üçün bankın filiallarına yalnız şəxsiyyət vəsiqəsilə müraciət olunmalıdır.

“Box'ça”nın içindəki məlumatda bildirilir ki, 500 AZN “Box'ça”sı sizə 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 AZN məbləğli kredit kartı təqdim edir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə (5000 AZN-dək) pul kredit kartı əldə edə bilər. Kreditdən imtina olunarsa, karta görə ödədiyiniz 1 AZN-i ödəniş etdiyiniz məntəqədən ödəniş çekini təqdim etməklə 14 gün (! - red.) ərzində geri ala bilərsiniz.

Mətləbə keçməzdən öncə qeyd edək ki, arayışsız (guya - red.) bolkart və nağd pul krediti “Səbət”, “Bizim Market”, “Fresco”, “Marko Market”, “Əminə Market”, “Bolmart Market”, həmçinin “Computex” və “Ev Elektronics” mağazalarında satılır...

“Bank of Baku”nun “Marko Market”də satdırdığı 500 AZN-lik “Box'ça”nı alan Ə.Məmmədov səhərisi günü bankın Atatürk pr.42 ünvanındakı Baş ofisinə yollanıb: “Bankdakı məlumat bürosuna yaxınlaşıb Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Bankın xanım işçisi dedi ki, Pul kredit kartını aktivləşdirmək üçün Bakıda daimi qeydiyyatda olan vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsini, məcburi köçkünlər isə “Qaçqınkom”dan arayış təqdim etməlidir. Dilxor halda evə qayıtdım. Həftənin şənbə günü olsa da, yaşadığım ərazinin Mənzil-Kommunal İstismar Səhəsində arayışların verilmə günü idi. Odur ki, vaxt itirmədən MKİS-ə yollandım. Ancaq burda da bəxtim gətirmədi. MKİS rəisinin ərazidə olduğunu dedilər. MKİS bazar günü işləmədiyi üçün daha bir gün də gözləməli oldum. İki gündən sonra arayışı əldə edib, nəhayət, ehtiyaclarımı ödəyəcək pulu almaq həvəsilə banka gəldim. Növbəyə durmaq üçün bilet götürüb və 1 saatdan artıq gözləməli oldum. Nəhayət, növbəm çatdı. Sevinclə tabloda stol nömrəsi göstərilən bank mütəxssisinə yaxınlaşıb, 500 AZN-lik “Box'ça”nın Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Və şəxsiyyət vəsiqəsini, MKİS-dən aldığım arayışı (qeyd edək ki, arayışda Ə.Məmmədovun həqiqətən yaşadığı ünvanda müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşdığı təsdiq edilib - red.) və Pul kredit kartını bank mütəxəssisinə təqdim etdim. Bank mütəxəssisi qarşısındakı sənədləri nəzərdən keçirdikdən sonra sorğu-suala keçdi. Məndən soruşduğu ilk sual “harada işləyirsiniz” oldu. Harada işlədiyimi, ev telefonunun öz adıma olduğunu, ailə üzvlərimin sayını və “Bank of Baku”dan indiyədək kredit götürmədiyimi dedim. Bu sorğu-sualdan sonra qarşısındakı kompüterdə araşdırma aparan bank mütəxəssisi bildirdi ki, bu kampaniya çərçivəsində mənə kredit verə bilməyəcək. Səbəbini soruşanda bank mütəxəssisi qayıtdı ki, vaxtilə həyat yoldaşınız bizdən götürdüyü kreditin ödənişində gecikmələr edib. Bu adamı başa salmağa çalışdım ki, “həyat yoldaşımın vaxtilə kredit ödənişindəki gecikmənin bu məsələyə nə aidiyyəti var axı?! Həmin kredit çox-çox öncə ödənilib qurtarıb. Bir də ki, mən bu müstəqil ölkənin bir vətəndaşıyam. Belə çıxır ki, mənim vətəndaşlıq hüquqlarımı “Bank of Baku” müəyyənləşdirir? Lap deyək ki, ailəmdən kimsə vaxtilə bu bankdan kredit götürüb və ödənişində gecikmələr edib. Onun mənim vətəndaşlıq hüquqlarıma nə dəxli var? Bu gün vaxtilə hansısa bir cinayəti törədən və uzun müddət həbsdə cəzasını çəkərək, azadlığa çıxmış adamın yenidən cəmiyyətdə bir vətəndaş olaraq yer tutmasına çalışıldığı bir ölkədə siz bir bank işçisi kimi mənim hüquqlarımı məhdudlaşdırırsınız ki, kredit verə bilmərik. Bu barədə niyə reklamımızda qeyd etmirsiniz ki, bu krediti kimlər ala bilər, kimlər yox. Reklamınızda bu məlumatı yazsaydınız, vaxtımı sizin yalançı reklamınıza sərf etməzdim... Nə isə... Mən çox dedim, o, az eşitdi. İki ayağını bir başmağa dirədi ki, yox, sizə kredit vermək mümkün deyil. Əlacsız qalıb, əsəblərim tarıma çəkilmiş halda bankı tərk etdim... Onu da deyim ki, bu yalançı reklama aldanan tək mən deyildim. Məndən əvvəlki digər müştəri də bankın “Box'ça” kampaniyası ilə onu aldatdığından şikayətlənirdi ki, bankda müştərilərə arayışsız kredit verildiyini reklam etsələr də, indi məndən işlədiyimi təsdiqləyən sənəd göstərməyimi tələb edirlər, reklamda bütün şərtləri yazsaydılar işimizi bilərdik...”

Əcəba, bəlkə Ə.Məmmədov, elə digər vətəndaşlar da iradlarında haqsızdırlar?

Ancaq müraciət etdiyimiz ekspertlər bankların müştəriləri yalançı reklam kampaniyaları ilə aldatdığını təsdiqlədilər. Ekspertlərin sözlərinə görə, bu gün bankların mütləq əksəriyyəti reklamlarında ya düzgün məlumat yazmırlar, yaxud da natamam məlumat verirlər: “Bu isə istehlakçı hüququnun pozulmasıdır. Çünki reklamı oxuyan müştəri həmin reklama inanıb banka yollanır. Bankda isə məlum olur ki, bu, sadəcə, reklamdır. Çünki bankların həyata keçirdiyi kredit siyasətinin əsasında müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı qeyd olunanlarla reallıq arasında olduqca böyük fərq var”.

Halbuki bank bir qəpiyini belə, itirməmək üçün müştərilərini seçərkən onları süzgəcdən keçirir, özü də çox xırda gözlüsündən. Ancaq vətəndaşların hüquqlarına gələndə... Sabir demişkən, “qoy mən tox olum, özgələr ilə nədi karim, dünyavü cahan ac olur olsun, nə işim var?!”

İndi yazıq Ə.Məmmədov marketdən aldığı 500 AZN-lik “Box'ça”nı qaytardıqdan sonra 14 gün gözləməlidir ki, 1 manatını geri ala bilsin. Bəs”Bank of Baku”nun 500 AZN-lik “Box'ça”sına sahib olmaq üçün Ə.Məmmədovun arayışa verdiyi 1 manatı, sərf etdiyi zamanı, gərilən əsəblərini, sağlamlığını kim geri qaytaracaq?! Bu barədə pulunuzu sayıb qurtarandan sonra da düşünməyə dəyər, cənablar!..
\ tezadlar \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru