General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                 

AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
Tarix: 19-08-2013, 10:46 | Çap et
AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
57 yaşlı Fatma Əsgərova uzun illər yaşadığı Səbail rayonu, Hacıbabayev qardaşları küçəsindəki evindən bir günün içində köçməyə məcbur olub. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri 2011-ci ildə ona evindən çıxmaq üçün 1 gün vaxt veriblər. Onlar səbəb olaraq, Bayraq Meydanının ərazisinin genişləndirilməsini göstəriblər. Qadın da gecəyə qədər evinin mebellərini şəxsi vəsaiti ilə tutduğu maşınla kirayə evə daşıyıb:
“Köçəndən sonra mebellərimi satdım. 8-9 ay kirayə qaldım. Kirayə pulunu özüm ödədim. Indiyə kimi mən mebelsiz oturmuşam. Orada mən arxayın idim ki, mənim hər şəraitim var, bundan sonra ancaq xəstəliyimi müalicə etdirəcəyəm. Elə vəziyyətə gəlib çıxmışam ki, bilmirəm, evi düzəldim, yoxsa borca girim?”
F.Əsgərovanın 39 kvadrat metrlik evinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilib. O, bu pulla razılaşmasa da, məcburi şəkildə evindən çıxarılıb. Fatma xanım 7-ci mikrorayonda təmirsiz evdə yaşayır. Indi onun nə mebeli, nə də təmir üçün pulu var. Deyir ki, yaxınlarda bankdan kredit götürüb evinin təmirinə başlayıb: “Bu evə qeydiyyata da düşməmişəm. Imkanım da çatmır ki, qeydiyyata düşüm. Hələ də sökülmüş evimdə qeydiyyatdayam”.
Fatma xanım əvvəlki evindən danışanda şəraitindən razılıq edir. Deyir ki, günlərin birində 57 yaşında küçəyə atılacağını heç ağlının ucundan da keçirməyib: “Neft şirkətində çalışmasaydım, bəlkə yenə də küçələrdə idim.
50 yaşdan sonra şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Mən dəyişməmişəm deyə havadayam. Bu gün-sabah seçkilər olacaq, mən harada səs verəcəm, bilmirəm".
Fatma Əsgərova evdə tək yaşayır. Deyir ki, bu günə qədər şəraitini yaxşılaşdırmaq üçün borca düşüb və hələ də borc ödəyir: “Şəhər adamı olasan, köçəri kimi yaşayasan... Heç olmasa, oradan çıxardıqlarını müvəqqəti qeydiyyata alsınlar”.
Hacıbabayev qardaşları küçəsində yaşayan digər sakin Aytəkin Əliyeva da eyni səbəblə evindən çıxarılıb. O da bir günün içində mebellərini daşıyıb, yerləşməyə mənzil axtarıb. Evi 39 kvadrat metr olsa da, ona 37 kvadrat metrin pulunu veriblər: “Mən çıxarılanda məhkəmə qərarı yox idi. Mənim evimin 2 kvadrat metrinin pulunu kəsdilər, vermədilər. Texniki pasportda 39 kvadrat metr yazılmışdı, amma qeydiyyat şəhadətnaməsində 37 kvadrat metr qeyd edilmişdi deyə, pulumu vermədilər. Ev söküləndən sonra 2 ay kirayə qaldıq. Bir ayın pulunu dövlət verdi, o biri ayın kirayəsini mən verdim”.
A.Əliyeva indi Dövlət Statistika Komitəsinin arxasındakı binada yaşayır. 40 kvadrat metrlik mənzili var, amma təmirsizdir: “Ora öyrəşmişdik, şəraiti daha yaxşı idi. Uşaq da istəyir ki, ora getsin”.
F.Xoşginabi küçəsində yaşayan Natalya Vladimirovna qazı, suyu, işığı kəsiləndən sonra azyaşlı övladının xəstəliyinə görə evinin söküntüsü üçün təklif olunan məbləğlə razılaşmalı olub. Ona verilən 41 min manata 8-ci Kilometr qəsəbəsində 1 otaqlı mənzil alıb. Həmin mənzildə isə yalnız azyaşlı oğlu ilə yaşamaq məcburiyyətində qalıb. Digər iki övladına yaxın qohumu baxır. N.Polovinka sadəcə, kompensasiya istəyir. Bu pulla bir otaqlı mənzilini iki otaqlı edib digər övladlarını da yanına gətirmək üçün...
N.Polovinka sökülən mənzilinin ona nənəsindən qaldığını deyir. Onun evinin sahəsi mənzilin qeydiyyat şəhadətnaməsində 29 kvadrat metr olsa da, evin sahəsi azaldılaraq 27 kvadrat metr hesablanıb. Verilən vəsait də məhz azaldılan sahəyə uyğun olub.
Abdulxaliq Hüseynov Səbail rayonu, Aqil Quliyev küçəsi 5 ünvanında yaşayıb. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində evini itirən insanlardan biri də odur. Evinə gələn çoxsaylı bildirişlərdə adının və soyadının yazılmadığını deyir. Bayraq meydanı tikilən ərəfədə o, evindən köçürüləcəyindən xəbərsiz olub.
Səbail rayon Aqil Quliyev 5, Hacıbabayev qardaşları və F.Xoşginabi küçəsinin 19 nəfər sakini Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Onlar təzyiqlər altında alqı-satqı müqaviləsini imzaladıqlarını bildiriblər. Sakinlər məhkəmədən xahiş ediblər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, evin bərpası və dəymiş mənəvi zərərin əvəzi ödənilsin. Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a deyib ki, yerli məhkəmələrin heç biri sakinlərin iddiasını təmin etməyib: “Alqı-satqı müqavilələri məcburi şəkildə bağlanıb. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxsləri təhdid edərək, razılaşmayacaqları halda, işlərini itirəcəklərini deyib. Sakinlərin evlərinin hər kvadrat metri 1500 manatdan hesablanıb. Bu müqavilələrin ləğvini və hər kəsə 20 min manat mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdik. Amma iddiamız təmin olunmadı”.
Vəkil işlərin Avropa Məhkəməsinə hazırlandığını çatdırıb.
Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə “Azadlıq”a suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Hüquqşünaslarımız bu işlə məşğuldurlar. Onlar da məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru