RAMİZ MEHDİYEVLƏ PAŞAZADƏNİN GÖRÜNƏN FƏRQİ
Tarix: 20-05-2013, 09:57 | Çap et
 RƏSMİ TEHRAN BAKIYA BİLDİRDİ Kİ, DANIŞIQLARDA 3-CÜ TƏRƏFİ İSTƏMİR
DİA.AZ: - Əslində İranda həbs olunan alimimizin və onun sürücüsünün Allahşükür Paşazadənin rəhbərlik etdiyi heyətin səfəri ərəfəsində azad edilməsi rəsmi Tehranın В«morze dilindəВ» Bakıya nələrisə çatdırma niyyətlərini də ortaya qoymuş oldu. Xatırladaq ki, Xalidə Xalid və onun sürücüsü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səfəri zamanı həbs edilmişdi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin səfəri zamanı isə azad edilir.
Bu, İranın Ramiz Mehdiyevlə danışıqlar masasından hansı ovqatda ayrılmasının və Paşazadə ilə danışıqlar masasına hansı əhvalda oturmasının işarəti idi. Elə Paşazadənin İranda bəh-bəhlə, marçıltı ilə qarşılanmasından da duymaq olurdu ki, İran tərəfi Azərbaycanın dini liderinə jest edir. Amma deyəsən, İranda bir çox mətləbləri unudurlar. Və unudurlar ki, Azərbaycanda dini hakimiyyət mövcud deyil. Əslində heç İranda da dini hakimiyyət yoxdur. Sadəcə olaraq fars millətçiliyi din pərdəsindən sui-istifadə edərək, öz maraqlarını dövlətləşdirib. Necə ki, zaman-zaman qoca rus imperiyası müxtəlif pərdələr maskalanmış şəkildə qarşımıza çıxıb.
Təbii ki, Şeyxin İran səfəri mühüm əhəmiyyət daşıyırdı. Elə Tehrana göndərilən heyətin tərkibindən də bunu sezmək olardı. Hətta tərkibə Mübariz Qurbanlı kimi fəal YAP-çının da daxil edilməsi rəsmi Bakının Tehrana yolladığı növbəti elçi eşalonunun həm də həlleidici danışıqlar masasına əyləşməsini ortaya qoyurdu. Çünki zaman-zaman İranın Azərbaycana qarşı basqılarını, hücumlarını çox sərt formada dəyərləndirən Mübariz Qurbanlı təbii ki, Şeyxin yanında İrana В«razılaşmayacaqları təqdirdə yaranaca biləcək situasiyanıВ» nəzərə alaraq göndərilmişdi. Yəni bizim üzümüz təkcə Şeyxin tüklü simasından ibarət deyil.
DİA.AZ bildirir ki, bu səfər İranla Bakını yalnız seçkiqabağı dönəm üçün əldə edilən В«atəşkəsləВ» diqqətə gələ bilər. Hər halda, bundan artıq nəticənin hasil olacağını iddia edə bilmərik. Hətta В«AvroviziyaВ» yarışmasında belə Azərbaycana özünün ən yüksək olan 12 balını göndərən İsraillə Azərbaycanın sıcaq münasibətləri fonunda İranla hansısa dərin anlaşmanın əldə edilməsi imkansızdır. Bunu elə Tehranda da yaxşı başa düşürlər. Tehranın isə ən əsas istəyi rəsmi Bakının Qərbin İranla bağlı planlarında nəzərdə tutulan fəallığını ləğv etməkdir. Çünki dəyişən şərtlərdən də aydın olur ki, ABŞ bu dəfə İranın üzərinə В«millətlərin azadlığıВ» şüarı ilə gəlir.
Əgər Vaşinqton Əfqanıstanın və İraqın fəthi öncəsi Ben Ladenin, nüvə silahının peşində idisə, ərəb ölkələrini bir-birinin ardından В«demokratiya mələyiВ» kimi işğal etdisə, İrana artıq В«sənin atom bomban olmamalıdırВ» hədəsi ilə daxil olmanın qeyri-mümkünlüyünü də anlayıb və ABŞ tərəfinin bu gün İranla bağlı masasında başlıca resept məhz Güney Azərbaycan türklərinin milli azadlıq yolunda mübarizələrinə dəstək aksiyasından ibarətdir.
Bunu yaxşı dərk edən İran tərəfi də gözəl bilir ki, bu prosesdə əsas açar da məhz Bakıdır. Elə buna görə də İrana Bakının izoləsi lazımdır. Bakıya isə 2013-cü il prezident seçkilərini sakit şəkildə yola vermək, həmçinin ABŞ-İran toqquşmasında döyüş meydanına çevrilməmək.
Ramiz Mehdiyev İrana getdi, amma əliboş döndü. Hətta girov belə verdi. Şeyx isə İrana gedər-getməz В«nailiyyətВ» əldə etdi. Bunun bir jest olması şübhəsizdir. Və bu jest həm də İranın artıq Azərbaycanla danışıqlarda arada başqa birisini görmək istəməməsi, birbaşa olaraq Bakı ilə danışmaq niyyətini də ortaya qoymuş oldu. Çünki Ramiz Mehdiyev İranda Azərbaycan dövlətindən daha çox, bir rus canişini olaraq Kremli təmsil edirdi. Bunu Tehrandakılar da anladılar. Və Xalidə Xalidin simvolik həbsi ilə Bakıya işarə elədilər ki, В«bizimlə danışığa azərbaycanlı göndərin»…
Danışıqlar hansı nəticəni verib? Hələlik Tehran öz addımını atdı… Bakı nə edəcək? Bunu zaman göstərəcək… Çünki Bakının eyni qaydada məhbəsi dindarlardan boşaltması heç də inandırıcı görünmür. Unutmayın ki, Mehdiyevin səfərində olduğu kimi, bu səfərdə də danışıqlar zamanı Azərbaycan bayrağı gözə dəymədi...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Dünən, 11:37 |
|
|
|
| • "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34 |
|
|
|
| • "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28 |
|
|
|
| • Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25 |
|
|
|
| • “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21 |
|
|
|
| • Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10 |
|
|
|
| • "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50 |
|
|
|
| • Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37 |
|
|
|
| • “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35 |
|
|
|
| • “Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33 |
|
|
|
| • Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31 |
|
|
|
|