Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                 

Cəbhə bölgəsində təhsil bərbadlığı... - İTTİHAM
Tarix: 24-01-2019, 09:40 | Çap et
Cəbhə bölgəsində təhsil bərbadlığı...
Azərbaycanda təhsilin vəziyyətinin acınacaqlı olduğunu ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin 50 faizdən çoxunun keçid balını belə toplaya bilməməsi rəsmən təsdiq edir. Vəziyyətin belə acınacaqlı olmasının bir çox səbəbləri olsa da, həmin səbəblərin önündə qanunvericiliyin tələblərinə əməl olunmaması gəlir. Təhsillə bağlı qanunvericiliyin və hüquqi aktların tələblərinə riayət edilməsinin aşağı səviyyədə olması ərazisi işğal olunmuş rayonlarda daha qabarıq şəkildə müşahidə olunur.

Ağdam rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Ramiz Talış oğlu Qədirov dövlət orqanlarına müraciət edərək Ağdam rayon Təhsil Şöbəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı faktları araşdırmağa çağırıb. Bu faktların nədən ibarət olduğuna bir qədər aşağıda aydınlıq gətirəcəyik. Hələlik isə Ağdam rayon Təhsil Şöbəsində hansı hüquqi aktların pozulması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün bir məqamı oxucuların diqqətinə çatırmaq istərdik.

Azərbaycanda şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, sinifdən-sinifə keçirilməsi Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun aparılmalıdır. Bununla bağlı yerli təhsili idarəetmə orqanlarına Təhsil Nazirliyinin 19 fevral 2015-ci il tarixli, 46-14-1127/16 nömrəli təlimatı da göndərilib. Həmin tarixdən dörd ilə yaxın keçsə də, bəzi təhsil idarəetmə orqanları "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əməl etmirlər. Qeyd edək ki, adı keçən sənədin 4-cü maddəsi ilə məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbulu, habelə yerli məktəblərdə təhsil alan məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsi qadağan edilir. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yerdəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Ağdam rayonunda məlumatlı şəxslərdən hesab olunan, İcra hakimiyyətinin ümumi şöbəsinin uzun müddət müdiri olmuş Ramiz Qədirovun araşdırılmaq üçün dövlət orqanlarına ünvanladığı faktlara nəzər salaq. Həmin məlumata görə, Ağdam rayonun İmamqulubəyli qəsəbəsində 6 məktəb fəaliyyət göstərir və onlar təxminən 2 km-lik radiusda yerləşir. Həmin təhsil müəssisələrindən biri müasir dövrün tələblərinə cavab verən İmamqulubəyli qəsəbə tam orta məktəbidir. Qəsəbədə həmin təhsil müəssisəsi ilə yanaşı 440 şagirdlik 135 saylı köçkün tam orta məktəbi də fəaliyyət göstərir. Çox maraqlıdır ki, həmin 440 şagirdlik məktəbdə bu gün cəmi 280 nəfər şagird təhsil almasına baxmayaraq, həmin məktəbdə əlavə olaraq daha iki məktəb də fəaliyyət göstərir. Bu təhsil müəssisələri isə 87 saylı köçkün orta məktəb və 92 saylı köçkün ümumi orta məktəbidir. Bu dörd məktəbdən əlavə həmin ərazidə 5 saylı köçkün orta məktəbi də fəaliyyət göstərir. Bu məktəb əvvələr Bərdə rayon ,Şirvanlı kəndində yerləşirmiş. Həmin ərazidə yaşayan məcburi köçkünlər Ağdam rayonu ərazsində salınmış qəsəbələrə köçürüldüyü üçün 5 saylı köçkün orta məktəb də yerləşdiyi ərazini dəyişmək məcburiyyətində qalıb. İddialara görə, həmin təhsil müəssisəsinin "binası” məktəbin direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədovun şəxsi vəsaitləri hesabına bir qat mişar daşından tikilib. Məktəb direktoru Ətayə Şükürovanın həyat yoldaşı Bayram Məmmədov Təhsil Şöbəsində məsləhətçi işləyir.

İndi Ağdam rayon sakinləri dövlət orqanlarının həmin müraciəti araşdıracağı günü səbirsizliklə gözləyirlər.

Bu müraciət Təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinin qənəatbəxş olmadığını da üzə çıxarıb. Məlum olur ki, 2013-cü ildən ötən ilin aprelinə kimi nazir müavini, ötən ilin aprelindən isə təhsil naziri olan Ceyhun Bayramov Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarının icrasını təmin edə bilmir. Əgər təmin edə bilsəydi Ağdam rayon Xındırıstan kəndində köhnə hamam binasında fəaliyyət göstərən 66 saylı köçkün tam orta məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilərdi. Çünki, köhnə hamam binasında fəaliyyət göstərən məktəblə Xındırıstan kəndində yerləşən müasir tələblərə cavab verən məktəb arasındakı məsafə bir neçə yüz metrdir. Beləliklə də Ceyhun Bayramovun vəzifəsinin öhdəsindən gələ bilməməsinin nəticəsində Təhsil Nazirliyinin 06 noyabr, 2014-cü il tarixli, 1/3 nömrəli Kollegiya Qərarı icra olunmamış qalır.

Təhsil Nazirliyində qanunvericiliyə əməl olunmasında müşahidə olunan boşluqlar kadr siyasətində də özünü biruzə verir. Məsələn, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Səbahər Vəzirxan qızı Əmirova Ağadm rayon 87 nömrəli tam orta məktəbin, Mətanət Elman qızı Əliyeva Ağdam rayonu 102 saylı tam orta məktəbin, Sövqiyyə İsfəndiyar qızı Quliyeva Ağdam rayon Paşabəyli kənd tam orta məktəbin, Sevinc Kəriş qızı Quliyeva Ağdam rayonu Həsənxanlı kənd tam orta məktəbin, Əkrəm Oruc oğlu Mirzəyev Ağdam rayon 152 saylı tam orta məktəbin 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə direktor təyin ediliblər. Redaksiyamıza daxil olan məlumata görə, bu şəxslərin məktəb direktoru təyin edilmələri də Təhsil nazirinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş məktəb direktorlarının işə qəbulu qaydalarına ziddir. Həmin qaydalara görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir.İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir. Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Məlumata görə, Təhsil nazirinin 15.10.2018-ci il tarixli, K-1065 saylı əmri ilə Ağdam rayonunun beş orta məktəbinə direktor təyin edilməsi zamanı bu qaydalara əməl olunmayıb. Bu məsələdə isə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun xüsusi rol oynadığı iddia olunur. Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq.
"Yeni Sözçü"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru