"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                 

“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
Tarix: 30-10-2012, 10:32 | Çap et
“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
“BU QADIN MƏNİM TANIDIĞIM SAMİRƏ DEYİL”

Saleh Məmmədov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma şəhərdə keçib. 1980-ci ildə orta məktəbi bitirən Saleh Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1981-83-cü illərdə Rusiyanın Surqut vilayətində hərbi xidmət keçib. 1983-cü ildə “gənclər şəhəri”nə dönən Saleh texnikumda oxuya-oxuya ayaqqabı tikməyi də öyrənib. Hazırda Sumqayıt şəhərində yaşayan Saleh Məmmədov köhnə ayaqqabıları təmir etməklə dolanır.

Toy gecəsi uğursuz olub

Saleh deyir ki, tale heç vaxt onun üzünə gülməyib. Çoxuşaqlı ailədə doğulduğu üçün bir qarnı ac, bir qarnı tox böyüyüb. Yaxşı işi, imkanlı valideynləri olmadığı üçün bir qədər gec ailə həyatı qurub: “İlk dəfə evlənəndə 30 yaşım vardı. Anamdan olsaydı, məni 20 yaşında evləndirərdi. Amma mən razı olmurdum. Deyirdim ki, qızları ərə ver, sonra mənə toy edərsən. Yazıq arvad dörd qızı köçürənə kimi mən 30 yaşıma gəlib çatdım”.

Anası Salehə qız tapmaq üçün çox əziyyət çəkməyib. Simuzər arvad qonşu binada yaşayan Elnarəni evinə gəlin gətirib: “Mən o qızı yaxşı tanımırdım. Məndən 10 yaş kiçik idi. Anam dedi ki, başıaşağı uşaqdır, gözümün qabağında böyüyüb. Etiraz eləmədim. El adəti ilə toy edib, Elnarəni evimizə gəlin gətirdik. Elə həmin vaxtdan da mənim “qara günlərim” başladı”.

Elnarə Salehin münasibətdə olduğu ilk qadın olub. Saleh deyir ki, 30 yaşı olmasına baxmayaraq, o vaxta kimi əli heç bir qızın əlinə dəyməyib: “Toy gününün səhəri anam məni çağırıb dedi ki, a bala, gül kimi uşaqdır, niyə o qıza toxunmamısan? Əvvəlcə heç nə başa düşmədim. Üzüm ayağınızın altına, gecə Elnarə ilə yaxınlıq etmişdim. Amma anam məni inandırmaq istəyirdi ki, mən ona toxunmamışam. Anam məni zorla yenidən yataq otağına salıb, qapını da arxadan bağladı. Bir az sonra o, məni bayıra çıxarıb, Elnarənin yanına girdi. Otaqdan çıxanda anamın rəngi qaralmışdı. O, qorxa-qorxa üzümə baxıb, belə dedi: “İndi başa düşdüm ki, sən niyə evlənmək istəmirdin...” Açığını deyim ki, anamın nə demək istədiyini başa düşmədim. O, tez geyinib evdən çıxdı. Mən ondan hara getdiyini soruşanda dedi ki, Coratda yaxşı bir molla var, sənə dua yazdırmağa gedirəm. Mənə gülməyin, amm yenə onun nə etmək istədiyini başa düşmədim. Anam iki saat sonra geri qayıdıb, əlindəki duanı balışıma tikdi. Sonra isə məni yenidən yataq otağına itələdi. Bu minvalla Elnarə ilə növbəti dəfə münasibətdə olduq. Mənim qapıdan çıxmağımla anamın yenidən yataq otağına girməyi bir oldu. Təxminən yarım saat ondan səs-soraq çıxmadı. Mən onun arxasınca yataq otağına girəndə gördüm ki, anam başını əllərinin arasına alaraq, dərin fikrə gedib. O, daha mənə heç nə demədi. Beləliklə, aradan 3 gün keçdi. Bu üç gündə anam balışıma daha 3 dua tikdi. Hiss edirdim ki, qüssə anamı için-için yeyir. Axırda dözməyib, onunla açıq danışdım. Dədəmin goruna and içdim ki, heç bir xəstəliyim yoxdur. Bu sözləri eşidəndə anamın sifətində qəribə ifadə yarandı. O, sanki yuxudan ayıldı. Dedi ki, gəlinə xəbər elə hazırlaşsın, sizi həkimə aparacam. Anamın bizi həkimə aparmaq istədiyini eşidəndə Elnarə özünü itirdi. O, anamın ayağına düşüb dedi ki, qurbanın olum ay xala, məni biabır eləmə. Yalnız bundan sonra anam məsələnin nə yerdə olduğunu anladı. Arvad dərhal zəng vurub, Elnarənin ata-anasını çağırdı. Sən demə, valideynləri Elnarənin qız olmadığını bilirmişlər. Anası ağlaya-ağlaya dedi ki, ay Simuzər, bizi qonşuların içində rüsvay eləmə. Onlar anamdan xahiş etdilər ki, 3 ay Elnarəni qovmayaq, sonra özləri gəlib qızlarını aparacaqlar. Anam xeyli götür-qoy edəndən sonra Elnarənin 3 ay bizdə qalmağına razı oldu. Elə həmin gün mən evi tərk edib, kirayədə qalan bir dostumun yanına köçdüm. Elnarənin valideynləri sözlərinin üstündə dayanaraq, 3 ay sonra gəlib qızlarını apardılar”.

İkinci həyat yoldaşı doğuş zamanı ölüb

Bu hadisədən 6 ay sonra Saleh ikinci dəfə ailə həyatı qurub. O, indi haqq dünyasında olan Arzunu böyük ehtiramla xatırlayır: “Arzu əslən Quba rayonundan idi. Onu bizim ailə ilə anamın rəfiqəsi tanış etmişdi. Çox sakit, mədəni qadın idi. Biz 9 ay bir yerdə yaşadıq. Bu 9 ayda onun bir dəfə də yüksək səslə danışdığının şahidi olmadım. Bəzən bacılarım gəlib bir həftə bizdə qalırdılar. Arzu uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Arzu ilə yaşadığım 9 ayı həyatımın ən xoşbəxt dövrü sayıram. Təəssüf ki, bu xoşbəxtliyin ömrü uzun olmadı. Doğuş zamanı Arzu vəfat etdi. Valideynləri Arzunu Qubada dəfn etsələr də, ildə ən azı iki dəfə onun məzarını ziyarət edirəm”.

Saleh həyat yoldaşını itirsə də, həkimlər uşağı xilas edə bilirlər. O, dünyaya gələn qızının adını Arzu qoyur. İndi Arzu Məmmədovanın 17 yaşı bar. Dörd uşaq atası olan Saleh övladları içərisində ən çox Arzunun xətrini istədiyini etiraf etməkdən çəkinmir.

Ögey ananın qəzəbi

Həyat yoldaşını itirəndən sonra Saleh Məmmədov beş il subay qalır. Amma anası yaşlandığı, qohum-əqrəba isə çox israr etdiyi üçün Saleh üçüncü dəfə evlənməyə razı olur: “Üçüncü həyat yoldaşım kənd qızı olsa da, Bakıda yaşayırdı. Mən onun üzünü ilk dəfə toy günü görmüşəm. Bu işi bacımın baldızı düşüb-qoşmuşdu. Toy günü Samirəyə dedim ki, əgər sən Arzuya yaxşı baxsan, mən də sənə yaxşı baxacam. Bz üç il bir yerdə yaşadıq. Mən evdən səhər çıxıb axşam gəldiyim üçün onun anamla, Arzuyla necə rəftar etdiyini bilmirdim. Anam sakit arvaddır. Bilirəm ki, gəlin onu döysə də, səsini çıxarmaz. Elə bilirdim ki, evdə işlər qaydasında gedir. Bir gün işdən qayıdanda gördüm ki, Arzunun kefi yoxdur. Amma nə qədər elədimsə, mənə heç nə demədi. Hiss etdim ki, uşaq bərk ağlayıb. Birdən gözüm Arzunun əynindəki paltarlara sataşdı. Avqust ayı olsa da, o, uzunqol köynək geyinmişdi. Uşağın əynindəki köynəyi çıxaranda gördüm ki, qolları gömgöydür. Elə bildim ki, dünya başıma fırlandı. Samirənin qızımı döydüyünə zərrə qədər də şübhəm qalmadı. Həmin gün mən də Samirəni döydüm. O vaxta kimi birinci dəfəydi qadına əl qaldırırdım. Amma bununla da ürəyim soyumadı. Uşağı da qoltuğuna verib, onu Bakıya atasının evinə göndərdim”.

Salehlə Samirə bir ay küsülü qalırlar. Amma anası və bacıları çox israr etdiyi üçün bir gün Saleh həyat yoldaşının arxasınca gedir: “Dostumun maşını ilə Samirənin arxasınca getmişdim. Evdə ancaq qayınanam idi. Baxdım ki, uşaq ağlayır, arvad isə onu sakitləşdirə bilmir. Qayınanamdan Samirənin harda olduğunu soruşdum. Əvvəlcə dedi ki, dayısıgilə gedib. Sonra isə sözünü dəyişdi. Belə məlum oldu li, Samirəni 8-ci kilometr bazarına göndərib. Samirənin telefonunu yığsam da, ona zəng çatmadı. Bu işdən əməlli-başlı şübhələnməyə başladım. Dostuma gecə qayınanamın evində qalacağımı deyib, onu Sumqayıta göndərdim. Özüm isə oturub Samirəni gözləməyə başladım. O, gecə saat 12-də evə gəldi. Sərxoş olduğu üçün ayaq üstdə güclə dayanırdı. Bu bir ayda onun geyimi, hərəkətləri xeyli dəyişmişdi. Başa düşdüm ki, bu qadın mənim tanıdığım Samirə deyil. Elə həmin gecə ordan çıxıb, bir də geri qayıtmadım. Samirəni atdığım üçün əvvəllər vicdan əzabı çəkirdim. Bir gün eşitdim ki, Samirə bir İran vətəndaşı ilə ailə həyatı quraraq, Tehrana köçüb. Uşağı anasına vermişdi. Məhkəmə yolu ilə uşağı qayınanamdan aldım. Samirin indi 11 yaşı var”.

...və xoşbəxt sonluq

2003-cü ildə Samirədən ayrılan Saleh Məmmədov 2004-cü ildə yenidən ailə həyatı qurub. Bu izdivacdan bir oğlan, bir qız doğulub. Müsahibimiz deyir ki, həyatının axarını dəyişdiyi üçün Çimnaz xanıma borcludur: “Çimnazla 8 ildir evliyik. O, ilk gündən Arzuya da, Samirə də öz doğma övladı kimi baxır. Arzu ali məktəbə hazırlaşdığı üçün onu çox yormuruq. Amma Samir özündən kiçik qardaş və bacısının dərslərinə kömək edir. Elvin 2-ci, Gülçin isə 1-ci sinif şagirdidir. Həmişə Allaha yalvarıram ki, bu mehribançılığı bizim əlimizdən almasın. Axı, mən xoşbəxt bir yuva qurmaq üçün düz 11 il mübarizə aparmışam...”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru