“İRAN VƏ İSRAİL MÜHARİBƏYƏ RİSK ETMƏYƏCƏK”
Tarix: 4-11-2011, 13:42 | Çap et
HƏQİQƏTİ DƏRK ETSƏNİZ, HƏQİQƏT SİZİ AZAD EDƏCƏK
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr. Vüqar Zifəroğlunun müsahibəsi.
- Vüqar bəy, Qəddafi öldürüldü. Bundan sonra bölgədə baş verəcək hadisələri necə dəyərləndirirsiniz? - Ümumiyyətlə, ərəb baharı ilə Yaxın Şərq öz simasını dəyişməkdədir. Bir zamanlar qərbin ya birbaşa, ya da dolayı yolla hakimiyyətə gətirdiyi rejimlər indi son dərəcə mürəkkəb sosial-siyasi proseslərin təsiri, eləcə də qərbin iştirakı ilə hakimiyyətdən getməkdədirlər. ABŞ prezidenti Ruzveltin Nikaraquanın diktatoru Samosa haqqında dediyi məşhur kəlamı yəqin ki, çoxları bilir. Bu bir acı həqiqətdir. Dəyişikliklər Liviya ilə nöqtələnməcəyək. Hazırda proseslər hər şeyin diktatura rejimlərinə qarşı yönəlik bir xalq hərəkatı olması şəklində təqdim edilir. Lakin çox keçməyəcək ki, əslində bütün bu proseslərin pərdəarxasında başqa niyyətlərin və hədəflərin durduğunu birlikdə görəcəyik. Hətta sərhədlərin dəyişdirilməsinin və yeni dövlətlərin yaranmasının da şahidi ola bilərik. Xatırlayırsınızsa, Misirdə gedən proseslər zamanı hamının diqqətindən kənarda qalan, lakin son dərəcə ciddi bir hadisə baş verdi. Sudan bölündü və yeni xristian dövləti yaradıldı, Yaxın Şərqin göbəyində. Misir hadisələrini eninə-boyuna şərh edən media, nədənsə, bu məsələni bir o qədər işıqlandırmadı. Bu gün Yaxın Şərq son dövrlərinin ən qanlı və həssas tarixini yaşayır. Lakin biz həqiqətləri hələ görə bilmirik. İncildə də deyildiyi kimi, "Həqiqəti dərk etsəniz, həqiqət sizi azad edəcəkdir". Tunis, Misir hadisələrində özünü kənarda göstərən qüvvələr Liviyada tam mənası ilə özlərini göstərdilər zatən. Qəddafi neft qaynaqlarını milliləşdirərək işə başlamışdı. Bu, əslində çox şey deməkdi. Sonrakı hədəf isə Suriyadı.
- Bəs İrana qarşı Liviya variantı tətbiq oluna bilərmi? - İran nə Liviyadır, nə Tunis, nə də Misirdir. İranda proseslər başqa formada gedə bilər. Bu gün İranın dövlət idarəetmə sistemində bu gün kifayət qədər ciddi ixtilaf yaşanır. Bu ixtilaf prezidentlik institutunun ləğvinə qədər gedib çıxa bilər. Qərb və ya ABŞ-ın nə dərəcədə buna müdaxilə edə biləcəyini söyləmək isə indi hələ tezdir. İran son dərəcə qapalı bir yerdir. Bu səbəbdən ora müdaxilə də olduqca çətindir. Əgər azacıq bir boşluq olsaydı, bu gün çoxdan ABŞ ora artıq hansısa formada müdaxilə etmişdi. İraqda olduğundan fərqli olaraq, İranda kürdlər bir o qədər geniş nüfuz və gücə malik də deyillər ki, ABŞ burada da onlardan istifadə etsin. Zatən, İran son əməliyyatlarla PKK-nın İran uzantısı PJAK-a kifayət qədər ciddi zərbələr endirdi və bir növ özünü sığortaladı. ABŞ-ın Azərbaycan türklərinə istinad edəcəyinə isə az ehtimal vermək olar. Bu bir həqiqətdir ki, bu bölgədə ABŞ-ın və qərbin müttəfiqi türk deyil. Türklərin də onlara müttəfiq və ya azadlıq gətirəcək ilahi qüvvə gözü ilə baxması yanlış olardı. İraqdakı türklər bu gün də bunun acısını yaşayırlar. İranda Azərbaycan türkləri böyük çoxluq kimi özləri öz hüquqları uğrunda mübarizəyə qalxmalıdırlar. Heç bir xarici müdaxilə olmadan da onlar öz hədəflərinə çata bilərlər.
- İran-İsrail münasibətləri getdikcə pisləşir. İki dövlət arasında münasibətlərin gərginliyi nəticə etibarilə müharibə vəziyyətinə gətirib çıxara bilərmi? - Xeyr! İran və İsrail yaxın zamanlarda müharibə etməyəcək. Bu sadəcə, diplomatik savaşdan ötəyə getməyəcək. Hər iki tərəf biri-birini nə qədər kəskin şəkildə hədələsə də, müharibəyə risk etməyəcəklər. çünki tərəflər bu müharibədən qalib tərəfin çıxmayacağını çox gözəl anlayırlar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09 |
|
|
|
| • Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05 |
|
|
|
| • Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57 |
|
|
|
| • AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50 |
|
|
|
| • Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23 |
|
|
|
| • “Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17 |
|
|
|
| • Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10 |
|
|
|
| • Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16 |
|
|
|
| • “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12 |
|
|
|
| • Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09 |
|
|
|
| • Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02 |
|
|
|
| • Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56 |
|
|
|
| • "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47 |
|
|
|
| • AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43 |
|
|
|
| • Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38 |
|
|
|
| • BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33 |
|
|
|
| • ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
| • Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19 |
|
|
|
| • "Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15 |
|
|
|
| • İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11 |
|
|
|
| • Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08 |
|
|
|
| • Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02 |
|
|
|
| • Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59 |
|
|
|
| • Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56 |
|
|
|
| • Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49 |
|
|
|
| • QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46 |
|
|
|
| • 16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39 |
|
|
|
| • Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17 |
|
|
|
| • Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14 |
|
|
|
| • Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05 |
|
|
|
| • Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01 |
|
|
|
| • Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59 |
|
|
|
| • "BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
| • Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40 |
|
|
|
| • Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31 |
|
|
|
| • Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25 |
|
|
|
| • Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22 |
|
|
|
| • Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14 |
|
|
|
| • Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13 |
|
|
|
| • ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06 |
|
|
|
| • “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59 |
|
|
|
| • Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53 |
|
|
|
| • Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44 |
|
|
|
| • "Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36 |
|
|
|
|