Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                 

ETİBAR MƏMMƏDOV ARTIQ BİTMİŞ FİKİRDİR
Tarix: 2-11-2011, 12:40 | Çap et
ETİBAR MƏMMƏDOV ARTIQ BİTMİŞ FİKİRDİR

ONUN HEÇ BİR ZAMAN HAKİMİYYƏTƏ GƏLMƏYƏCƏYİ İLK GÜNDƏN DEYİLİB

DİA.AZ: - Bir zamanlar özünün kiçik boyu ilə ortada çox görükən Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov artıq böyüklərin məşğul olduğu siyasət meydanından qeybə çəkilib. Yalnız adda-budda şəkildə Azərbaycandan kənardakı azərbaycanlıların yaşamına diqqət yönəldən AMİP liderini isə deyəsən, diriltmək qeyri-mümkün olacaq. Bu baxımdan onun siyasi yoxluğuna hətta salavat çevirərək fatihə oxumaq da mümkündür.

Onun yeri əbədi müxalifətdir

Etibar Məmmədov hələ siyasi proseslərə qatılan ərəfədən özünün stabil imicini nümayiş etdirməkdə yetərincə çətinlik çəkdiyini nümayiş etdirib. Məsələn, AXC iqtidarına qarşı müxalifətdə dayanan Etibar Məmmədov bir müddət Heydər Əliyevlə əməkdaşlıq etsə də, sonradan bu alınmadı. Etibar Məmmədov Heydər Əliyev tərəfindən vəzifəyə yox, təkrarən müxalifətə yola salındı.

Xatirinizdədirsə, həmin ərəfədə bu məsələyə münasibət bildirən mərhum eks-prezident Heydər Əliyev qeyd etmişdi ki, Etibar Məmmədov ondan böyük səlahiyyətlər istəyir: “Mənə deyir ki, onu baş nazir təyin edib, habelə müdafiə və daxili işlər nazirliklərini birləşdirib onun tabeçiliyinə verim”. Təbii ki, Heydər Əliyev belə bir iştah sahibi ilə uzun yol gedə bilməyəcəyini yaxşı anladığından elə ilk addımdaca ona öz yerini - əbədi müxalifət statusunu göstərdi. Bununla da Heydər Əliyev bir zamanlar digər mərhum prezident - Əbülfəz Elçibəyin atdığı addımı təkrarlamış oldu. AMİP-ə, daha doğrusu Etibar Məmmədova əbədi müxalifət yerini tanıtdı.

Vəziyyət dəyişir və...

Heydər Əliyevin hakimiyyətinin ilk aylarında özünü bir qədər fəal göstərən Etibar Məmmədov sonradan təkrar olaraq qınına çəkilməli oldu. Və uzun müddət siyasi məkandan silindi. Doğrudur, ara-sıra onun baş verən hadisələrə bəyanat şəklində münasibətləri mətbuat səhifələrinə və partiyasının təsisçisi olduğu “Millət” qəzetinə yol tapsa da, sonradan bunlara da rast gəlinmədi. Və Etibar Məmmədovun siyasi taleyinin ayrılmaz hissəsinə çevrilən bu aqibət onu 1998-ci ilin prezident seçkilərinə qədər daşıdı.

Həmin ərəfədə ölkənin siyasi mühiti çox dəyişmişdi. Artıq Heydər Əliyevin ölkə ictimaiyyəti arasında olan nüfuzu kifayət qədər xərclənmişdi və xalq Heydər Əliyevin beş illik hakimiyyətindən əvvəlcədən vəd şəklində verilən Qarabağ probleminin həllini və sosial durumun yaxşılaşmasını ala bilmədiyindən bütün ölkə miqyasında böyük narazı eloktorat ordusu yaranmışdı. Bir sözlə, nə xalq Heydər idi, nə də heydər xalq.

Yəni əgər müxalifət partiyaları Heydər Əliyevin hakimiyyətinin ilk aylarında əgər hansısa aksiyanın keçirilməsi üçün adam qıtlığı yaşayırdısa, beş illik hakimiyyət dönəminin acı təcrübəsi müxalifətin eloktoratının böyüməsinə və bu eloktoratın ictimai rəyin əhəmiyyətli hissəsini təşkil etməsinə səbəb olmuşdu.

...və meydana köhnələr daxil olur

Bunlara paralel olaraq, artıq ölkənin siyasi mühiti də kifayət qədər ciddi çalxalanmaları yaşamalı olmuşdu. Dünənə qədər Bakıya girişi yasaqlanmış mərhum sabiq dövlət başçısı Əbülfəz Elçibəy artıq Bakıda idi. Bu isə mövcud vəziyyətin xeyli dərəcədə dəyişməsi anlamını daşıyırdı. Hər halda, inandırıcı deyildi ki, nəinki Etibar Məmmədov, ümumiyyətlə kimsə Elçibəyin bütün müxalifət düşərgəsinin vahid lideri olması statusunu əlindən ala bilsin.

Doğrudur, sonradan Elçibəyin bu haqqı haqqı çatmayanlar tərəfindən əngəlləndi, amma bu da əsl reallıqların gizlədilməsinə səbəb ola bilmədi. Bununla yanaşı, Etibar Məmmədovun artıq bir siyasi fiqur olaraq işini çətinləşdirən Rəsul Quliyev və Lalə Şövkət Hacıyeva faktorları da yaranmışdı. Bir zamanlar Heydər Əliyevlə çiyin-çiyinə işləmiş bu simalar da artıq müxalifətin aparıcı fiqurları olaraq meydanda idilər və onlar məhz Elçibəylə bərabər addımlamaq qərarını vermişdilər. Və bu bərabərlik də son nəticədə ortaya 1998-ci ilin ən möhtəşəm olayını - Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkatı (SİDSUH) ortaya çıxardı. Diqqət yetirsəniz, müxalifət düşərgəsi SİDSUH-a qədər və ondan sonrakı dövr ərzində, elə günü bu gün də həmin birlikdən daha möhtəşəməni ortaya qoya bilməmişdi və bunu indi də bacarmır.

Divlərin yanında cırtdanın nə işi?

Belə bir şəraitdə Etibar Məmmədovun özünün müxalifətçi imicini qoruma cəhdləri və ümumiyyətlə, siyasi güc olaraq meydana çıxma istəkləri, təbii ki, daşa dəyəcəkdi. Çünki meydanda artıq siyasətin divləri var idi. Divlərin oyun olduğu məkanda isə Etibar Məmmədov heç vaxt oyunçu ola bilməzdi. Çünki onun oyunçu kimi uğursuz bir sima olması, elə buna qədər dəfələrlə sübuta yetirilmişdi ki, nəticədə bu adam əbədi müxalifətçi statusuna yiyələnmişdi.

Lakin 1998-ci ildə keçirilən prezident seçkilərində gözlənilməz şəkildə SİDSUH tərəfindən verilən boykot qərarı bütün proseslərə öz mənfi təsirini göstərdi. Elə bu təsir nəticəsində Etibar Məmmədovun əvvəlki statusuna qayıtma şansları birə beş artmış oldu. Artıq ortalıqda iddiaçı tərəf kimi SİDSUH adlı bir qurum yox idi, SİDSUH prezident seçkilərini boykot qərarını vermişdi. Bu addım isə nə qədər hakimiyyətin əsas namizədi olan Heydər Əliyevin durumunu yaxşılaşdırırdısa, elə eyni dərəcədə də müxalifətin seçkilərə qatılan əsas namizədi hesab olunan Etibar Məmmədova əlavə nəfəslik rolunu oynadı. Etibar Məmmədov yenidən bir lider kimi meydana atıldı, yenidən bütün Azərbaycan miqyasında Etibar Məmmədovun bir siyasətçi imici çözələndi.

Fürsətcil və şanslı Məmmədov

1998-ci ildə yaranmış müxalif boşluqdan ustalıqla yararlanmağı bacaran Etibar Məmmədov həlledici olmasa belə, hakimiyyəti ciddi şəkildə narahat edə biləcək bir fəaliyyət ortaya qoya bildi. Bu, etiraf olunmalıdır. Etiraf olunmalıdır ki, Əbülfəz Elçibəy, İsa Qəmbər, Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev və İlyas İsmayılov kimi namizədləri özündə cəmləşdirən SİDSUH-un divlər adından verilmiş boykot qərarından sonra yaranmış situasiyadan AMİP lideri ustacasına yararlana bildi. Amma faktdır ki, boykot qərarı vermiş hər bir lider, hətta İlyas İsmayılovun özü belə həmin ərəfədə Etibar Məmmədovdan qat-qat nüfuzlu idi.

Elə bu səbəblərdən də günü bu gün də Etibar Məmmədovun tərəfdarları 1998-ci ildən xüsusi bir “ah”la danışırlar və öz namizədlərinin qələbə qazandığına əmindirlər. Əslində belə bir qələbənin əldə olunmasını inandırıcı edən ciddi arqumentlər yetərincə idi. Çünki həmin ərəfədə Heydər Əliyev gerçəkdən də nüfuz itkisi yaşayırdı, hətta onun əsas dayaqlarından hesab olunan Qərbi Azərbaycan eloktoratı da dövlət başçısından üz döndərmişdi ki, bu da daha kompakt və əlaqəli, az qala təşkilatlanmış şəkildə yaşayan həmin eloktoratın nəhayətdə Heydər Əliyevin əleyhinə, yəni Qərbi Azərbaycandan olan Etibar Məmmədovun lehinə səs verməsinə gətirib çıxarmışdı.

Hədsiz şişirdilən şar tez də partlayar

Etibar Məmmədovun bu fironluğunun ömrü o qədər də uzun çəkmədi. Bir yandan Heydər Əliyevin seçkilərdən sonra öz komandası ilə bağlı ciddi islahatlar aparması və komandasına aid olan Qərbi Azərbaycan kökənli məmurlara məlum regionla işləmələri üçün ciddi tapşırıqlar verməsi get-gedə Etibar Məmmədovun həm siyasi cəhətdən, həm də eloktoral baxımdan dilinin qısalmasına aparan faktorlar idi. Və bu arada Etibar Məmmədova qarşı bir kampaniyanın da startı verildi. Onun qərargahı əlindən alındı.

Qərargahsız qalan AMİP eyni zamanda təşkilatlanma işlərində də axsamağa başladı və bu da tədrici olaraq AMİP-in bir partiya olaraq, Etibar Məmmədovun isə bir lider olaraq diqqət mərkəzindən yığışması ilə müşaiyət olundu. Etibar Məmmədova isə ən böyük zərbə 2000-ci ilin parlament seçkilərində vuruldu. Artıq Heydər Əliyev 1998-ci ildə ona ciddi şəkildə maneçilik törətmiş Etibar Məmmədovu hətta bir deputat kimi görmək istəmədiyini də nümayiş etdirdi.

Bundan sonra isə Etibar Məmmədov amili Azərbaycanın siyasi mühitindən yoxa çıxdı. Doğrudur, bu arada da AMİP bir partiya olaraq mətbuat səhifələrində görükürdü. Lakin bu görükmələr heç də Etibar Məmmədovun bir siyasi fiqur olaraq və yaxud da AMİP-in bir siyasi güc olaraq maraqlı olma səbəbindən irəli gəlmirdi. Səbəbsə başqa idi. Çünki həmin ərəfədə müxalifətin əsas güclərindən olan Xalq Cəbhəsi Partiyası liderini itirdikdən sonra parçalanma dövrünü yaşayırdı. AMİP-sə jurnalistlərə hansı tərəfi AXCP kimi tanıdığı üçün lazım idi. Həmin ərəfədə Etibar Məmmədovu mətbuata daşıyan ən aktual mövzu məhz həmin məsələ idi. Çünki aktiv siyasətdən imtina edən Etibar Məmmədovdan qələm sahiblərinin soruşacağı bir başqa məsələ yox idi. Və bu mövzu ilə, AXCP-nin hazırkı lideri Əli Kərimlinin sayəsində Etibar Məmmədov bir həftəlik, bir aylıq olsa da, gündəmlərdə qaldı, şəkli qəzetlərdə göründü.

Beləcə, AXCP-dən aldığı süni nəfəs hesabına özünü 2003-cü ilin prezident seçkilərinə qədərki ömrünü başa vuran Etibar Məmmədov Əli Kərimliyə etdiyi siyasi yaxşılığın qarşılığı olaraq 2003-cü ilin prezident seçkilərində bir siyasi fiqur obrazını müvəqqəti olsa da, özünə qaytara bildi.

Öz boşqabında olmayan siyasi aşbaz

Əli Kərimlinin, cəbhəçilərin dəstəyi həmin seçkilərdə ən güclü müxalifət namizədi olan İsa Qəmbərin iştirakına baxmayaraq, Etibar Məmmədovun da kifayət qədər ciddi dəstək qazanmasına səbəb oldu. Az qala müxalifətin səsləri yarı-yarıya bölünürdü. Lakin buna mane olan amillər var idi ki, bunun da ən əsası bir tərəfdən Müsavatın güc olaraq xeyli şişməsi idisə, bir ucu da Etibar Məmmədovun şəxsi keyfiyyətlərinin seçkiləri udacaq qədərində yetərli olmaması idi. Yəni Etibar Məmmədov əslində stavka olunası, qələbə gətirən lider olmaması səbəbindən, onun əslində malik olduğu eloktoral dəstək son nəticədə İsa Qəmbərin xeyrinə işləməyə başladı.

Sirr deyil ki, həmin seçkilərdə hətta liderləri Əli Kərimli tərəfindən Etibar Məmmədovun xeyrinə çalışılma göstərişini alan sıravi cəbhəçilər onlara əslində rəqib kimi görükən İsa Qəmbərin xeyrinə fəaliyyət göstərdilər. Hətta cəbhəçilər İsa Qəmbərin rayonlardakı görüşlərinə belə həvəslə qatılırdılar ki, bunun da günahı cəbhəçilərdə və yaxud da Əli Kərimlidə yox, məhz Etibar Məmmədov da idi. Çünki Etibar Məmmədov öz boşqabında deyildi, öz xörəyini yeməyə girişməmişdi.

Və nəhayət əlvida...

2003-cü ilin prezident seçkilərinin qanlı sonluğu isə Etibar Məmmədov barədə az öncə dediklərimizi qətiləşdirdi. İsa Qəmbərin qələbəsini tanıyan cəbhəçilərdən fərqli olaraq Etibar Məmmədov sürətlə geri çəkildi. Hətta Bakıda axıdılan qanın hesabının müxalifətdən sorulmasının vacibliyini də ortaya qoydu ki, bu da sonradan onun müxalifətçi obrazını darmadağın etməklə yanaşı, həm də birdəfəlik olaraq siyasətdən getməsini şərt halına çevirdi.

Artıq Etibar Məmmədov bir siyasi fiqur olaraq yoxdur. Çünki onun heç belə bir iddiası da yoxdur. Əgər bu gün AMİP lideri mətbuata açıqlama verərək “2008-ci ilin prezident seçkilərinin onun üçün gündəmdə olmadığını” bildirirsə, deməli, Etibar Məmmədov gündəmdə yoxdur. Başınız sağ olsun, Etibar Məmmədov bir siyasi fiqur olaraq gömüldüyünü etiraf etdi. O, çünki hakimiyyət tərəfindən cızılan müxaliflik sərhədini aşacaq qədərində qəhrəman ola bilmədi. Onu təkrar olaraq siyasi gündəmə gətirmək isə qeyri-mümkündür. Hər halda, kimsə xarakiri etmiş yaponun dirilməsinə şahidlik etməyib...

“Dünya” Strateji Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru