Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                 

Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq? - Replika
Tarix: 27-01-2022, 09:04 | Çap et
Sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, necə olacaq?
Bakıda Aygün Kazımovanın 51-ci doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib, Hövsanda müğənninin fanatları zeytun ağacları əkiblər. Əraziyə də “Aygün bağı” lövhəsi yerləşdirilib.

Necə xəbərdir? Doğma diyarımızın bir guşəsi abadlaşdırılıb. Papağımızı səmaya tolazlayıb, sevincimizdən çəpik çalmağın əsl zamanıdır! Yox?..

Əslində proses və təşəbbüs olaraq baş verənlərdə hər hansı problem yoxdur. Həqiqətən də, vətəninin sabahını düşünən hər bir vətəndaşa yaraşan bir işdir. Sözümüz bunda deyil, məramımız başqadır. İradımız, necə deyərlər, çərçivəyə salınan portretədir...

Bəzən belə fikir söylənilir: sənətkarın insani xüsusiyyətləri əhəmiyyətli deyil, əsas onun istedadı, yaradıcılığı, gələcək nəsillərə ötürdüyü mirası, irsidir. Həqiqətən də, ilk baxışda bu postulatda reallıq toxumları sezmək olar. Məsələn, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Sara Qədimovanın, Hacıbaba Məmmədovun, Mirzə Babayevin, digər korifeylərimizin şəxsi həyatları, zövqləri, qarderobları müasir insanı, gələcək nəsli nə dərəcədə maraqlandıra bilər? Bu göstəricilərin qənaətbəxş olmaması bu sənətkarların yaradıcılığına kölgə sala, onları unutdura bilərmi?

Əlbəttə ki, xeyr. Biz onların şəxsi həyatlarından, hətta hansısa mənfi məlumatı aldıqda belə, onu yaddaşımızdan siləcək, hətta silməsək də, onların əsrarəngiz və məlahətli səslərinin sehrinə düşüb olub-keçənləri arxa plana atacağıq. Amma bu, qeyd etdiyimiz kimi, məsələyə ilk baxışdır. Biz isə səthi nəzərlə kifayətlənməyək, bir qədər bu mövzu üzərində dayanaq.

Məsələ burasındadır ki, sadalanan və digər ustad sənətkarlar artıq bizim üçün tarixin bir parçasıdır. Məgər Puşkinin qadın düşkünü olması onun dahiliyindən nə isə azaldır? Və ya Cəfər Cabbarlının spirtli içkilərə həddindən artıq aludə olması onu klassik ədəbiyyatımızdan kənarlaşdıra bilər?

Amma və lakin! Zamanında, öz müasirləri üçün bu şəxslər nümunə, ülgü olublar. Onların davranışları, nitqləri, həyat tərzləri, geyimləri, hətta sifət ifadələri bir çoxları tərəfindən təqib edilib, onlara bənzəmək istəyiblər, onlara təqlid ediblər. İndi bu etalonlar da, onları ikona halına gətirənlər də artıq haqq dünyasındadırlar. Gəldilər, oldular, getdilər.

Ancaq bir proses olaraq nəql etdiklərimiz mövcud olub. Rəşidlər, Şövkətlər, Saralar, Müslümlər bütöv bir nəslin formalaşmasında, mənəviyyatının və incəsənət zövqünün təşəkkül tapmasında bilavasitə və yaxından iştirak ediblər. Biz, bugünkü fərdlər, məhz onların formalaşdırdığı nəslin tərbiyə verdiyi cəmiyyətik.

Bəs, yaxşı, sabah, bizdən sonra bu məmləkətdə yaşayacaqların zövqlərini kimlər formalaşdırır? Kimdir bugünkü kumirlər? Kimi kim əvəzləyib? Şövkət Ələkbərovanı - Aygün Kazımova, Rəşid Behbudovu – Nadir Qafarzadə, Sara Qədimovanı – Röya Ayxan, Mirzə Babayevi – Rəhim Rəhimli...

Bu sıralamanı görəndə tam daşlaşmamış qəlb ağlamasın, bəs neyləsin? Biz hələ oxucuların əsəblərini nəzərə alaraq Bayram Nurlunun, Tolikin kimləri əvəz etdiklərini yazmırıq. İndi bu “yenilər” dəstəsinin sabaha hazırladığı gəncliyin necə görkəmdə olacağını təsəvvür edək... Əlbəttə ki, buna fantaziyamız yetirsə...

Çox təəssüf ki, bu gün qeyd olunan məsələlərlə ciddi surətdə heç kim məşğul olmur. Hər şey və hər kəs öz ixtiyarına, öz axarına buraxılıb. “Rəşid bağı”, “Şövkət parkı” yoxumuzdur, əvəzində “Aygün bağı”mız var. Bəs sonra? Bu suala da cavab verəcəyik. Amma öncə bir mümkün irad barəsində.

İndi kimsə durub desə ki, bəs, bu bağın təşəbbüsü “Aygün Fan Club”a məxsusdur, qoy başqaları da belə bir təşəbbüsdə bulunsunlar, çox məntiqsiz olacaq. Çünki hər təşəbbüsü dərhal həyata keçirməzlər. Maraqlıdır ki, sözügedən təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib. Yaxşı, sabah Elton Conun fanatları da Bakıda 10-15 ağac əkib bu əraziyə “Elton Con bağı” adı versələr, ətrafını isə LGBT rənglərinə boyanmış hasara alsalar, onda da Nazirlik dəstəyini əsirgəməyəcək? Səhəri gün də Bülənt Ərsoyu ilahiləşdirənlər paytaxtımızı abadlaşdırmaq fikrinə düşə bilərlər... Açığı, bu perspektiv baş verənlərdən sonra elə də qeyri-real görünmür.

Əslində, yuxarıda qoyduğumuz “bəs sonra?” sualına da cavab vermiş olduq. “Sonra”sı acınacaqlı perspektivdir, sözsüz. Amma ümid sonuncu ölür. Ümidimiz isə can üstədir, xırıltılı səslə fəryad edir. Lakin ölməyib. Biz də ümidliyik ki, nəhayət bu xalqın, bu nəslin mənəviyyatının formalaşmasına cavabdeh olan şəxslər, buna görə babat məvacib alan məmurlar qəflət yuxusundan ayılacaqlar, yalançı, süni surətdə yaradılan bütləri qırıb əvəzinə həqiqi dəyərlərimizi bərqərar edəcəklər. Bəlkə onda xalqın qəlbində özlərinə əbədi taxt qurmuş həqiqi sənətkar korifeylərimizin də ruhu şad oldu...
//ayna.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru