Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                 

“Artıq qaynana-gəlin mübahisəsi cəmiyyətə maraqlı deyil”
Tarix: 20-01-2021, 08:56 | Çap et
“Artıq qaynana-gəlin mübahisəsi cəmiyyətə maraqlı deyil”
Azərbaycanın 44 günlük Vətən müharibəsi noyabrın 10-da imzalanan üçtərəfli Qarabağ razılaşması və ölkəmizin qələbəsi ilə başa çatdı. Təbii ki, müharibənin və qələbənin təsirləri başqa sahələrdən də yan keçmədi. Bu sahələrdən biri də yaradıcılıq sahəsidir. Vaxtı ilə torpaqlarımızın işğal altında olması və məğlub xalq stereotipi baxımından, “vətənpərəvərlik”, “qələbə”, “müharibə” mövzularına müraciət edərkən, içimizdə bir sınıqlıq vardı. Amma artıq ordumuzun şücaəti sayəsində bu stereotip aradan qalxıb, daxilimizdəki məğlubiyyət sindromundan xilas olmuşuq.

AYNA-nın, “Vətən müharibəsində əldə edilən qələbənin yaradıcılığa təsirləri” mövzusunda növbəti müsahibi ssenarist Pərviz Seyidlidir.

- Pərviz bəy, bildiyiniz kimi, Azərbaycan 44 günlük müharibənin yekununda Ermənistan üzərində qələbə qazandı. Buna qədər isə, məlum səbəblərdən, yaradıcı insanlar vətənpərvərlik, qələbə mövzularına o qədər də ürəklə müraciət etmirdi. Bəs, bundan sonra?

- Məğlub insanların hekayəsi hər zaman bir-birinə oxşayır, qələbə isə fərqlidir. Çünki məğlubiyyətin bir yolu var, qələbənin isə müxtəlif. Məsələn, bizim son müharibəmizdə şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün əsgərlərimizin hərəsi bir hekayə ilə yadda qaldı. Yəni, qələbə hekayələri daha rəngarəngdir, nəinki məğlubiyyət. Ona görə də artıq bizim öhdəmizə böyük məsuliyyət düşür. Dünənə qədər məğlub xalqın hekayəsini danışırdıq, amma artıq qalib xalqın hekayəsini danışmalıyıq. Çünki, həqiqətən də mövzu olaraq çox fərqli hekayələr ərsəyə gəlib. Ən azından, mən öz üzərimə düşəni etməyə çalışacam. Sadəcə, bir məsələ var. Tutalım, mən 50 min manatlıq layihənin ssenarisini yazacam, amma həmin layihə 20 min manata ərsəyə gəlib, 30 min manatı mənimsənəcəksə, həmin iş məhv olacaq.

Ona görə də nə qədər ki, qələbə eyforiyasına köklənmişik, hərəkət etmək lazımdır. Yəni, mümkün qədər bu mövzulara dəstək verilməlidir ki, artıq biz də ailə-məişət mövzularından uzaqlaşıb daha yaxşı işlər ərsəyə gətirək. Çünki cəmiyyətin gündəmi artıq dəyişib və cəmiyyətə qaynana-gəlin mübahisəsi maraqlı deyil. Artıq cəmiyyətə maraqlı olan şəhidlərin, qazilərin, əsgərlərin hekayələridir. Ümid edirəm ki, bu işin də öhdəsindən gələ biləcəyik. Çünki 44 gün ərzində qələbə qazanan xalq, bu qələbəni öz yaradıcılığında da əks etdirə bilər. Sadəcə olaraq, bir olub, çalışmalıyıq.

- Hazırda bu istiqamətdə hansısa işlər görülürmü?

- Əslində, hal-hazırda mənə bu mövzuda heç bir sifariş verilməyib. Yalnız özümün iki layihəm oldu ki, onu da Şuşanın işğaldan azad olunduğu gün, heç bir maddi dəstək güdmədən internet resurslarında yayımladım. Ondan sonra yenə də öz vəsaitimizlə, Şuşanın azad edilməsi ilə bağlı 7-8 dəqiqəlik layihə hazırladıq, onu da yaxın günlərdə çəkməyə başlayacağıq. Yəni, maddi və texniki dəstək olmadan mənim edə biləcəyim, gücümün çatdığı budur. Bununla yanaşı, “Xüsusi təyinatlı əsgər” mövzusunda, 8-10 bölümdən ibarət mini serial yazmağı düşünürəm. Tamamlayandan sonra isə televiziyalara təqdim edəcəm ki, uyğun olsa, çəksinlər. Amma bu serial post-müharibə dövründən bəhs edir. Çünki müharibə prosesini göstərməyə maddi və texniki imkan olmadığı üçün, ssenari müharibədən qayıdan insanın hekayəsindən bəhs edir.

- Başqa hansı yaradıcılıq sahələrində bu mövzuya yer ayrılmalıdır?

- Mütləq şəkildə hər il film və teatr festivalları təşkil olunmalı, seriallar çəkilməli, rəsm müsabiqələri-sərgilər keçirilməli, mahnılar bəstələnməli, kitablar yazılmalıdır. Yəni, incəsənətin bütün sahələrində bu mövzuya müraciət edilərək, gündəmdə saxlanılmalıdır. Çünki bizim müharibə qəhrəmanları göstərdilər ki, ailə-məişət, ekzistensializm mövzularından çıxaraq, özümüzə qayıtmalı, öz hekayələrimizi yazmalı, özümüzdən bəhs etməliyik. Təbii ki, bunların hamısı zamanla həyata keçiriləcək, amma əsas məsələ düzgün seçim etməkdir. Mövzular ancaq populizm üzərində qurulmamalıdır. Çünki müharibə təkcə qələbə deyil, müharibə həm də qələbənin içində yaranan insan hissləridir. Çünki sənət bütünlüklə ehtiva ediləndə sənət olur. Mövzuya yalnız alqış üçün yanaşanda, o, populizmdən başqa bir şey olmur. Yəni, qələbə ilə yanaşı, şəhidlərin, qazilərin, bütün döyüşçülərin və onların ailələrinin də hisslərini göstərmək lazımdır.

- Söhbətimizin əvvəlində də vurğuladıq ki, məğlub xalqdan qalib xalqa keçid etdiyimiz üçün belə bir təcrübə bizdə formalaşmamışdı. Amma indi qalib xalqıq və bunu əks etdirməliyik. Bəs, sırf təcrübə baxımından bu mövzunu yaradıcılıqda əks etdirmək nə dərəcədə mümkün olacaq və nə dərəcədə keyfiyyətli işlər ərsəyə gələcək?

- Bizim şücaətli müharibə qəhrəmanlarımız 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında olduğu üçün həmin torpaqları görməmişdilər, yəni bu baxımdan təcrübə yox idi. Amma buna rəğmən, 44 günlük müharibə 30 ilə yaxın davam edən həsrətə son qoydu. Çünki iş baxımdan təcrübə var idi. Yəni, yaxşı yazmaq və göstərmək üçün də kifayət qədər baza var, amma onu artıq qələbə mövzusuna kökləmək lazımdır. Mənim də içimdə sıxılıb qalan məğlubluq kompleksi artıq yoxa çıxıb deyə, daha yaxşı hekayələr danışa və ərsəyə gətirə bilərəm. Çünki təcrübə onsuz da var, sadəcə bu təcrübənin istiqaməti dəyişəcək. Buna görə də iş eyni keyfiyyətdə görüləcək.

O ki, qaldı bunu filmə çevirməyə, onun üçün artıq böyük büdcə və texniki dəstək üçün xarici mütəxəssislər lazımdır. Çünki biz heç vaxt “Troya” filmi çəkməmişik. Ona görə də sırf özümüz yığışıb çəkməkdənsə, ortaq iş prosesi getsə, daha samballı olar. Ona görə də xarici mütəxəssislər dəvət olunmalıdır ki, biz də onlarla çalışıb, keyfiyyətli məhsul təqdim edə bilək. Təbii ki, sırf xarici mütəxəssislərin çəkdiyi də keyfiyyətli olmayacaq, çünki işin ruhu olmayacaq. Necə ki, biz bunun əvvəllər də şahidi olmuşuq. Yəni, biz öyrənmək mərhəsləsində hər şeyi özümüz etməyə çalışsaq, işin keyfiyyəti də az olacaq. Çünki filmin bəlli bir standartları var və o standartlardan kənara çıxanda, ərsəyə gələn iş səmərəli olmur. Məsələn, mənim bu mövzuda yazacağım ssenarilərdə dramaturgiya baxımından problem olmayacaq. Çünki ssenari təxəyyül məhsuludur deyə, ona büdcə və texnika lazım deyil. Amma onu filmə çevirəndə, yerli texniki heyət də illərdir bu təcrübədən məhrum qalıb deyə, təbii ki, birgə fəaliyyət lazımdır. Lakin təcrübə əldə edəndən və prosesi tam mənimsəyəndən sonra, sırf özümüz də fəaliyyət göstərməyə başlaya bilərik.

- Sizcə, lazım olan maddi və texniki dəstək göstəriləcəkmi?

- Bu, artıq dövlətin qərarından asılıdır ki, nə qədər vəsait ayıra biləcək. Sadəcə, bilirəm ki, kifayət qədər maddi vəsait ayrılmalıdır. Düzdür, bəzən deyirlər ki, işi yalnız minimalist formada da həll etmək olar. Hər şeyi minimalist şəkildə həll etmək olar, amma əsgərlərin, hərbçilərin çəkdiyi əziyyəti olduğu kimi göstərmək lazımdır axı. Çünki kino vizual həll deməkdir, yaxşı vəsait da ayrılmalıdır ki, həmin vizual həlli yaxşı da göstərə bilək.

Bu istiqamətdə bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Hərdən deyirlər ki, bizim kino-serial sektorunun ən böyük problemi yaxşı ssenarilərin yazılmamasıdır. Amma bunu deyənlər, əslində bu işə uzaq olan adamlardır. Çünki məsələnin mahiyyətini bilmirlər. Axı, biz illərdir ki, bu mövzuda film, yaxud serial çəkməmişik ki, yazaq, amma alınmasın. Yəni, bunu o vaxt demək olar ki, cəhd edəsən, amma yaza bilməyəsən. Yaxud yazasan, amma alınmaya. Bəs, ortalıqda olmayan işə görə, ssenarinin yaxşı, ya pis olduğunu necə müəyyən etmək olar? Biz sadəcə, məcbur qalıb ancaq ailə-məişətdən yazırıq, çəkirik. Bu da şablon mövzudur deyə, cəmiyyətə maraqlı gəlmir.

Elə situasiya da yaranır ki, ümumiyyətlə bacarmırıq. Məsələn, mənim yazdığım ssenari əsasında “Simurq” adlı, tamam fərqli formatda serial çəkilir və bir neçə gündür ki, çəkilişlərə başlamışıq. Serialın adından tutmuş mövzusuna qədər hər şey fərqlidir. Ümid edirəm, artıq ailə-məişət stereotipini sındırarıq ki, fərqli mövzulara da keçid edə bilək. Çünki etmək məcburiyyətindəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru