"Hansısa xalq artistimiz şəhid də ola bilər, burada nə var ki?" - Bundan gözəl ölüm varmı?
Tarix: 15-10-2020, 17:22 | Çap et
 Vətən müharibəsi ərəfəsində minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gedərək, könüllü kimi orduda xidmət etmək üçün qeydiyyata düşürlər. Onlar arasında sənət adamları da az deyil. Xalq artisti Aygün Kazımova, Faiq Ağayev, Əməkdar artist Mehriban Xanlarova, reper “Qurd”, rejissor Kənan M.M, aparıcı Hacı Nuran, aktrisa Arzum Kərimova, idmançı Kamil Zeynallı bu ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı cəbhəyə getmək üçün könüllü kimi qeydiyyatdan keçiblər.
Bəs, mədəniyyət və şou əhlindən orduya çağırılan varmı? Onlar düşmənlə döyüşməyə gedərlərmi?
Musavat.com mövzu ilə bağlı sənətçilərin fikirlərini öyrənib. Türkiyə ilə hava yolları açıldıqdan sonra qardaş ölkəyə köçən Xalq artisti Miri Yusif cəbhədə döyüşlər başlayan kimi Bakıya dönüb. “Ya Qarabağ, ya ölüm” mahnısını Xalq artisti Alim Qasımovla duet formasında oxuyan müğənni cəbhəyə yollanmaq üçün qeydiyyatdan da keçib.
“Artıq Azərbaycan Respublikasının vətəndaşı olaraq könüllü kimi qeydiyyatdan keçmişəm. Orduya yazılan minlərlə vətəndaşımızdan biri də mənəm. Bu minlərlə insan kimi mən də Vətənin çağırışına səs verməyi özümə borc bilirəm və hər an ön cəbhəyə getməyə hazıram", - deyə Miri Yusif saytımıza açıqlamasında bildirib.
Xalq artisti Aygün Kazımova bildirib ki, 90-cı illərdə müharibədə olduğu üçün hərbi təcrübəsi var: "Hazırda təkcə sənət adamları yox, hər bir azərbaycanlı orduya yazılmağa can atır. Biz internetdə görürük ki, Ermənistanda insanları zorla cəbhəyə aparırlar, əsgərin ayağını zəncirləyirlər ki, postdan qaçmasın.
Bəzən bizi tənqid edirlər ki, cəbhəyə gedirsənsə bunu nümayiş etdirmə. Biz sənətçiləri qınamasınlar, başqa ruhda insanlarıq. Orduya boşuna könüllü yazılmamışam, təcrübəm var. Hansısa xalq artistimiz şəhid də ola bilər. Burada nə var ki? Bundan gözəl ölüm varmı?”
Rejissor Kənan M.M qeyd edib ki, cəbhəyə getmək üçün bu ilin iyul ayından müraciət edib:
“Prezidentimizin çağırışından sonra könüllü olaraq orduda xidmət etmək üçün adımı yazdırdım. Amma hələ ki, məni çağırmayıblar. Vətən üçün döyüşmək şərəfdir. Orduda xidmət etmək hamımızın borcudur. Hələ ki, əlimdən gələn odur ki, Qarabağ həqiqətlərini dünyaya çatdıraq. “Savaşçı” serialının ssenaristi Süleyman Çobandan xahiş eləmişəm ki, hazırda cəbhədə yaşananları, Qarabağ mövzusunu seriala salsınlar. O da mənimlə razılaşıb. Hələ ki, əlimdən bu gəlir”.
“Qurd” ləqəbli reper Fərid Eminov deyib ki, hər an vətən uğrunda döyüşməyə hazırdır:
“Cəbhədə yaşananları izləyirəm. Allah ordumuza qüvvət versin, şəhidlərimizə rəhmət eləsin. Vətən uğrunda döyüşmək, vətəni qorumaq borcumuzdur. Tovuz döyüşləri zamanı könüllü kimi qeydiyyatdan keçdim. Vətən uğrunda ölərik də, öldürərik də. Hər gün cəbhədən gözəl xəbərlər gəlir. Kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilir. Bu sevindirici haldır”.
Qarabağ savaşı başladıqdan sonra isə sənətçilərdən aktyor Emil Musayev, dicey Rövşən Həsənov (DJ Roşka) hərbi xidmətə yollanıblar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49 |
|
|
|
| • “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35 |
|
|
|
| • Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26 |
|
|
|
| • APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24 |
|
|
|
| • Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22 |
|
|
|
| • "Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17 |
|
|
|
| • İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14 |
|
|
|
| • "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03 |
|
|
|
| • Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01 |
|
|
|
| • Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58 |
|
|
|
| • Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56 |
|
|
|
| • Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54 |
|
|
|
| • Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48 |
|
|
|
| • Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46 |
|
|
|
| • Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39 |
|
|
|
| • "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36 |
|
|
|
| • ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25 |
|
|
|
| • Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21 |
|
|
|
| • Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54 |
|
|
|
| • "İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52 |
|
|
|
| • İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21 |
|
|
|
| • "Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27 |
|
|
|
| • Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23 |
|
|
|
| • İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04 |
|
|
|
| • Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41 |
|
|
|
| • Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37 |
|
|
|
| • Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33 |
|
|
|
| • "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29 |
|
|
|
| • Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26 |
|
|
|
| • "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22 |
|
|
|
| • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09 |
|
|
|
| • Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01 |
|
|
|
|