Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                 

Vətəndaş "Vital Klinika"da başına açılan oyunlardan şikayətçi düşüb... - Nazirlik müdaxilə etməlidir...
Tarix: 7-03-2015, 11:51 | Çap et
Vətəndaş "Vital Klinika"da başına açılan oyunlardan şikayətçi düşüb...
Hadisə 2014-cü il noyabr ayının 12-də baş verib. Səhər işə getdiyim zaman yaxın qohumdan gələn zəng məni diksindirdi. Mənə elə gəldi ki, pis xəbər eşidəcəm. Əllərim əsə-əsə telefonu açdım. Xanımın ağlar səsi məni daha da sarsıtdı. Öz düşüncəmdə nəyin baş verdiyini anlamışdım. Xanım ağlaya-ağlaya dedi ki, “Səmayəni təcili xəstəxanaya çatdırmalıyam. Bətnindəki uşaq iki gündür tərpənmir. Qızın da halı özündə deyil. Tez gəl Vital Klinikaya”.
İşə getmədim, marşurutu dəyişərək yollandım Vital Klinikaya. Zəng edən xanım ailəmizə yaxın olduğu üçün tələsik xəstənin vəziyyəti haqqında həkimlərlə əlaqə yaradaraq nə baş verdiyini anlamağa çalışdım. Xəstə göz yaşları içərisində olsa da, onunla söhbət edib hadisənin təfsilatını tədricən başa düşməyə başladım. Nəzərinizə bir məsələni çatdırım ki, həmin gəlin uzun illər övlad üzünə həsrət qalıb. Elə bu səbəbdən birinci ailəsindən rəsmi şəkildə ayrılmış, bir neçə il ötdükdən sonra yenidən ailə qurmuşdu. Az keçməmiş Tanrı öz payını əsirgəməmiş və hamilə qalmışdı. Onu da qeyd edim ki, ilk hamiləliyi olduğu üçün inkişaf dövrü çox çətin keçirdi və bu səbəbdən dolayı, Səmayəgilin evi klinikaya yaxın olduğu üçün sözügedən xəstəxanın adlı-sanli həkimərindən olan Afaq Məcidovanı və Zemfira Məcidovanı hamiləliyə nəzarət etmək, həm də doğuş üçün özünə həkim seçmişdi. Səmayə həmin həkimlərlə çox sıx əlaqə saxlayırdı ki, təki Allahın verdiyi körpəsini dünyaya gətirib qucağına ala bilsin. Ona görə də o, həkimlərin bütün dediklərinə əməl edirdi. Bətnindəki döl isə artıq 6 ayı keçmişdi. Döğuşa çox az müddət qalırdı. Səmayə hətta onu qeyd edir ki, həkimlərlə sıx əlaqə saxlamağıma baxmayaraq, özünü yaxşı hiss etmirdi. Hər dəfə yoxlamaya gələndə “səndə heç nə yoxdur” deyərək sanki onu başdan etməyə çalışıblar, bütün yoxlamalar ödənişli olmasına baxmayaraq. Elə vəziyyətin dəyişməsinə təkan verən də həkimlərin laqeydliyi və biganəliyi olub. Səmayə qeyd edir ki, uşaq inkişafdan qalmamışdan öncə ayın 8-də USM aparatından keçərək, bəzi analizləri vermişdi. Yoxlama nəticəsində həkimlərin verdiyi məlumat isə “arxayın ol, səndə heç nə yoxdur və hər şey normaldır” sözləri olub. Qəribə cəhət budur ki, belə naşı həkimlər xəstənin durumuna nəzər yetirəndə məgər dərk edə bilmirlər ki, hamiləlik müddəti xəstənin üz-gözü, ayaqları şişərsə, demək, təhlükədən xəbər verir?! Zemfira Məcidova isə nəzarətinə götürdüyü xəstəsinə deyir ki, “ayaqların şişib, get, doplerə saldır”. Mən başa düşə bilmirəm, görəsən, onun savadı bu qədərdir, yaxud özü bilərəkdən yönləndirir ki, onun doplerdə işləyən qohumu ya nəyidi bilmirəm, birgə mənfəət əldə etsinlər?! Amma xəstəni başa salmaq istəmir ki, sənin böyrəklərin normal işləmir, səndə zülal var.
Nə isə, məsələni burada qoyuram, gəlirəm xəstənin düşdüyü duruma. Xəstə artıq həkimin qəbulundadır və həkimin dediklərini maraqla dinləməyə çalışıram. Həkim məsləhət verir ki, “gəl, sənə süni doğuş edək, amma 5 günlük müalicə təyin edirəm”.
Bir düşünün, xəstə bu vəziyyətdə olarkən həkimin ona verdiyi məsləhətə baxın! Sizcə, bətndə ölən döl beş gün müddətinə ananı hansı vəziyyətə salar?! Demək, həkim Afaq Məcidova gözümüz görə-görə ananın ölümünə çox münbit şərait yaradır. Çox səs-küydən sonra başa salmağa çalışdıq ki, ödəniş cəhətdən narahat olmayın, təcili keysəriyyə əməliyyatı edin, xəstənin halı get-gedə pisləşir. Nə isə, çox danışıqdan sonra həkim razılaşadı ki, “gedin qeydiyyata düşdüyü poliklinikadan göndəriş gətirin. Amma elə edin ki, növbətçi həkim mənimlə əlaqə yaradıb qeydiyyatı mən deyən kimi aparsın”.
Burada bir məsələnin qaranlıq üzü açılır. Niyə məhz qeydiyyat Afaq Məcidovanın istədiyi kimi aparılmalı idi? Deməli, Afaq Məcidova məsələnin nə yerdə olduğunu bildiyindən gələcəkdə özünü sığortalamaq üçün bu addımı atmağa məcbur idi. Bu sualı açıq qoyuram. Nəzərinizə çatdırım ki, bütün hadisələr bundan sonra başlayır.
Nəhayət, xəstənin qeydiyyatda olduğu poliklinikadan göndəriş gətirilir və həkimi axtarıb tapırıq. Verilən göndərişi ona təqdim edərkən səs-küy salır ki, bəs xəstə haqqında olan məlumat niyə mən deyən kimi qeyd edilməyib?! Çalışdıq ki, həkimlə dil tapaq, o isə fikrində israrlı idi ki, “əməliyyatı etmirəm! Götürün xəstənizi, hara istəyirsiniz aparın”. İndi sizlər xəstənin keçirdiyi həyəcanı təsəvvür edin. Amma xəstə də kimsəsiz deyildi. Çox böyük qalmaqaldan sonra Səmayənin güvəndiyi həkim Afaq Məcidova və qızı Zemfira Məcidova əməliyyat etməyə razılaşdılar. Dedilər ki, əməliyyat üçün 1050 manat pul ödəməlisiniz. Biz isə heç bir tərəddüd etmədən kassaya ödəniş edib qəbzi aldıq. Deyə bilmərəm əməliyyat pis keçdi. Yox! Hər halda, bu qalmaqaldan sonra, səhv etmirəmsə, Hippokrat andı unudulmadı...
Nəhayət, qızımız uzun illər gözlədiyi övlad həsrətindən Məcidovaların əli ilə göz yaşı tökə-tökə azad oldu. Buna da şükür etdik. Bizi isə düşündürən ana bətnində uşağın hansı səbəbdən iki günün içərisində inkişafdan qalmağı idi. Əməliyyat bitdikdən sonra tələb etdik ki, həkim Afaq Məcidova xəstənin vəziyyəti haqqında məlumat versin görək özü nəzarət etdiyi hamiləlik hansı səbəbdən inkişafdan dayanıb və uşaq ana bətnində niyə tələf olub? Həkimin dediklərindən belə məlum oldu ki, qanda zəhərlənmə və böyrəkdə zülalın kəskin qalxması nəticəsində uşaq məhv olub. Bəs həkim xəstəni ayın 8-i yoxlayıb, deyib ki, “get, səndə heç nə yoxdur”. Əgər hər şey normaldırsa, ayın 12-də uşağın ana bətnində hərəkəti hansı səbəbdən dayanıb? Halbuki 2 gün sonra yenidən yoxlamadan keçmişdi. Sizcə, bu fikrə necə aydınlıq gətirmək olar? Yəni həkim bu qədər savadsız idimi ki, düşdüyü vəziyyətdən xəstəni vaxtında çıxara bilmir? Elə bu səbəbdən dolayı, həkimlərin verdiyi rəylərə əsasən dölü tələb edərək, tibbi ekspertizaya həmin gün, yəni noyabr ayının 12-də yoxlamaya verdik. Cavabını isə noyabr ayının 24-də götürməli idik. Maraqlı çəhət budur ki, yəqin ekspertlə Məcidovların işbirliyi nəticəsində verilən nəticə eyni oldu. Baxmayaraq, biz başqa tanınmış həkimlərdən soruşmuşduq ki, doğrudanmı göstərilən səbəblərdən dolayı, uşaq ana bətnində məhv ola bilər? Bizə verilən cavablar ekspertizanın və Məcidovların verdiyi cavablarla qətiyyən üst-üstə düşmürdü. Lakin ekspertizanın gəldiyi rəy son olaraq belə əsaslandırıldı: “Uşaq ana bətnində təzyiq nəticəsində böyrəklərdə zülal artaraq dölü zəhərləmişdir”. Yaxşı, deyək ki, nəticələr eynidirsə, bəs bu göstərici noyabr ayın 8-i günü müayinələrdən keçdiyi zaman niyə üzə çıxarılmırdı ki, xəstənin vəziyyəti pisdir, gəlsin PATOLOGİYA şöbəsində nəzarət altında müalicə olunsun?! Hətta bütün olanları başa vurandan sonra xəstənin ümumi vəziyyəti heç bərpa olunmurdu. Getdikcə ayaqları şişir, az qalırdı ki, böyrəklər tamamilə funksiyasını itirsin. Yəqin düşünən başa düşər ki, doğuşdan sonra təzyiqin düşməməsi hansı patologiyanı verə bilərdi.
Vəziyyəti belə görəndə, başqa can həkiminə müraciət edərək, vəziyyətdən hali etdik və yenə də bizi maraqlandıran suala cavab istədik. Yəni uşağın ölmə səbəbini hələ də araşdırmağa çalışırdıq. Həmin həkim qeyd etdi ki, bətndə iki gün müddətinə uşağın ölümünə göstərilən fikirlər yanlışdır.
Sizcə, biz səbəbi harda axtaraq ki, illər sonra ANA olmaq arzusu gözündə qalan Səmayə xanıma təskinlik olsun?!
Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycanda nə qədər özəl klinkalar var. Heç bu klinikaların fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülübmü? Çox güman ki, nəzarət olunsaydı, klinikaların çoxunun doğuş şöbələrində ANA və UŞAQ ölümləri bir qayda olaraq adi hala çevrilməzdi. Nazirliyin gözü hara baxır ki, bütün savadsız həkimlər özəl klinikalara təhkim olunub?! Az qalır hər gün ana və uşaq ölümləri ilə qarşılaşaq. Bu sahədə rekord vuran Vital Klinikadır. Başımıza gələn hadisədən sonra sözügedən klinika haqqında çox araşdırma apardım və lehinə heç yaxşı xəbərlər eşitmədim. Sən demə, başımıza gələn hadisədən sonra klinikada yenə buna bənzər hadisə baş verib. Ananın bətnindəki 8 aylıq körpə savadsız həkimlərin laqeydliyi ucbatından tələf olub. Bəs Səhiyyə Nazirliyi niyə bu və bunun kimi hallara şərait yaradır? Belə getsə, həkimlərin savadsızlığından genofondumuz getdikcə tükənəcək. Çünki yeni qurulan ailələr bu istəkdən imtina edirlər. Özəl klinikalarda qiymətlər kəllə-çarxa qalxdığı bir vaxtda dövlət xəstəxanaları da heç özəllərdən geri qalmır.
Maraqlıdır ki, indi ailə quran cütlüklər tez bir zamanda valideyn olmaq istəmir. Təcili tədbirlər görülməsə, özümüz yaratdığımız bataqlıqda məhv olub gedəcəyik...
Məleykə ABİD

Redaksiyadan: Dünən məsələyə aydınlıq gətirmək üçün Vital Klinikanın baş həkimi Mehriban Rzayeva ilə əlaqə saxladıq. Məsələyə münasibət bildirən baş həkim şikayəti araşdırıb, açıqlama verəcəyini bildirdi.
\\ tezadlar.az \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru