Azərbaycanın Qarabağla bağlı hansı planları var? - SSRİ-yə dönə bilməyimizin yeganə şərti nədir?
Tarix: 5-08-2014, 11:42 | Çap et
 DİA.AZ: - Son günlər cəbhə xəttindəki gərginlik Azərbaycan xalqı tərəfindən böyük həyəcanla izlənilir. Hər halda, kiminsə oğullarımızın tabutlarda evlərinə dönməsini rahatlıqla qarşılayacağını təxmin etmək çətindir.
Nə baş verir? İlk olaraq sual olunanı budur. Hələ də cəbhədə baş verənlərin dolğun təfsilatının çatdırılmaması bu yöndə kifayət qədər müəmmalara nədən olmaqla yanaşı, həm də müxtəlif şaiyələrə də yol açır. Və ən acınacaqlı olanı isə odur ki, naşı jurnalistika və üstəgəl düşmənin təbliğat maşını da yaranmış situasiyada kifayət qədər böyük maneələr yaradır.
Odur ki, bizlər istənilən bir informasiyanı əldə etdiyimiz zaman onu çiy formada ictimailəşdirməkdən uzaq qaçmaq zorunda qalırıq. Halbuki gün ərzində yüzlərlə məlumat əldə edirik.
DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, əslində bu gün cəbhə xəttində Azərbaycan dövlətinin milli maraqlarına zidd heç bir hadisə baş vermir və bu proseslər təbii ki, illərdir Qarabağın azadlığına təşnə kəsilmiş Azərbaycan xalqının ürəyincə olan bir nəticə ilə yekunlaşacaq.
Məlumatlı mənbənin bir qədər təhlil xarakterli fikirlərini diqqətinizə təqdim edirik: В«Azərbaycan bu gün özünün xarici siyasətində hansısa iqtisadi marağı yox, məhz Qarabağ problemini prioritet kimi önə sürüb. Bunu hər kəs bilir və bütün beynəlxalq güclər dəfələrlə məhz bu məsələdən Azərbaycana qarşı manipulyasiya ediblər. Hər şey göz önündədir.
Artıq rəsmi Bakı hətta ənənəvi balanslaşdırılmış siyasətindən belə vaz keçməyə hazır olduğunu nümayiş etdirdi. Yəni Azərbaycanın 20 il ərzində problemin konservləşdirilməsində maraqlı olmadığını hər kəs gördü. Rəsmi Bakı diqqətlərə çatdırdı ki, hazırki vəziyyət yalnız ermənilərin maraqlarına xidmət edir. Qarabağ isə Azərbaycanın bir parçası olaraq ümumAzərbaycandakı proseslərdən kənarda qala bilməz. Hərtərəfli baxımdan. Həm inkişaf və həm də elə tənəzzül baxımından. Və gərə bu gün özünü Qarabağın yerli sakini hesab edən ermənilər bu şərtlərlə razılaşacaqlarsa, Azərbaycanın bərabərhüquqlü vətəndaşları kimi yaşamlarını sürdürə bilərlər.
Rəsmi Bakı bu prinsiplərini net şəkildə 20 il ərzində ifadə etsə də, bütün bu səmimi çabalar yalnız Azərbaycan dövlətini böyük güclərin buxovda saxlama cəhdi ilə müşaiyət olundu. Yəni Qarabağ problemindən Azərbaycanı nəzarətdə saxlaya bilmələri üçün istifadə etdilər. Bu gün isə rəsmi Bakı seçimini edib.
İstənilən halda Azərbaycan nə zamansa tərəf kimi çıxış etməli idi. Çünki bizim regionumuz elə bir mövqedədir ki, təcili seçimlər vacibdir. Artıq bunu elə seçimə vadar edən güclər də arzulayırlar. Təsəvvür edin, eyni zamanda həm Rusiya və həm də Qərb Azərbaycandan mövqe tələb edir. Azərbaycana isə özünün milli dövlətçilik maraqları vacibdir. Nəinki hansısa absurd dəyərlərin icrası… Azərbaycan kimlərinsə ideya poliqonu və kimlərinsə benzin çəlləyi rolunu oynamaq marağında deyil.
Bu gün Rusiya Azərbaycan üçün daha cazib təkliflərdə bulunursa, ən köhnə ədavətləri belə unutmaq zorundayıq. Əgər tarixi keçmişdəki pisliklərə qalsa, Azərbaycana zamanında işğalçı kimi girmiş ingilislərin də ermənilərə hansı şəkildə dəstək verdiyini xatırlamaq zorundayıq. Yəni tarixdə hər kəs bizimlə savaşa bilər. Vacib olanı bu gündür və bu gün hansısa keçmiş düşmənimizin bizə hərtərəfli baxımdan sərf edən dostluq əlindən imtina olunması heç də ağıllı siyasət la bilməzdi ki, rəsmi Bakı da bu ağılsızlığa getmədi.
Artıq Azərbaycan özünün Qarabağ torpaqlarının azadlığı uğrunda həm diplomatik və həm də hərbi müstəvidə ciddi addımlar atmaqdadır. Bunun nəticəsini uzaq gələcəkdə yox, yaxın günlərdə görəcəyikВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Bu gün, 15:46 |
|
|
|
| • "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 15:37 |
|
|
|
| • Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Bu gün, 15:35 |
|
|
|
| • Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Bu gün, 15:34 |
|
|
|
| • Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Bu gün, 15:27 |
|
|
|
| • Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Bu gün, 15:25 |
|
|
|
| • Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Bu gün, 15:23 |
|
|
|
| • “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Bu gün, 15:14 |
|
|
|
| • Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:02 |
|
|
|
| • Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Bu gün, 14:59 |
|
|
|
| • Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Bu gün, 14:53 |
|
|
|
| • Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Bu gün, 14:48 |
|
|
|
| • “Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Bu gün, 14:44 |
|
|
|
| • Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Bu gün, 14:35 |
|
|
|
| • Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Bu gün, 14:01 |
|
|
|
| • Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Bu gün, 13:57 |
|
|
|
| • "İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Bu gün, 10:03 |
|
|
|
| • Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Bu gün, 09:59 |
|
|
|
| • Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Bu gün, 09:56 |
|
|
|
| • "Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
| • Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 09:44 |
|
|
|
| • Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Bu gün, 09:42 |
|
|
|
| • Zelenski istefa versə, danışıqlar başlayacaq - Jurova
Bu gün, 08:45 |
|
|
|
| • BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... - ETİRAZ
Bu gün, 08:43 |
|
|
|
| • Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir
Bu gün, 08:35 |
|
|
|
| • Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq - BU GÜN...
Bu gün, 08:32 |
|
|
|
| • “Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” - GƏLİŞMƏ
Bu gün, 08:28 |
|
|
|
| • Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? - İNCƏLƏMƏ
Bu gün, 08:26 |
|
|
|
| • İran hələ də raket və dronlara malikdir - Tramp belə deyir...
Bu gün, 08:20 |
|
|
|
| • Neft qiymətləri kəskin dönüş etdi
Bu gün, 08:17 |
|
|
|
| • Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? - "Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?"
Bu gün, 08:16 |
|
|
|
| • Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb - Rubio
Bu gün, 08:00 |
|
|
|
| • Saatlıda büdcə hara xərclənib? - NARAZILIQ VAR...
Bu gün, 07:59 |
|
|
|
| • SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Bu gün, 07:50 |
|
|
|
| • ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI - "Bu nə oyundur belə..."
Bu gün, 07:40 |
|
|
|
| • Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - "The Washington Post"
Bu gün, 07:26 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb - "Press TV"
Bu gün, 07:24 |
|
|
|
| • Avropa Rusiyaya görə "parçalanır"... - "Faynənşl Tayms"
Bu gün, 07:22 |
|
|
|
| • Azərbaycanda qalmaqallı qadağa – Qanun icazə verir, marketlər “olmaz” deyir
Bu gün, 07:20 |
|
|
|
| • Gözünü qan bürüyən Rusiya... DAVAM EDİR...
Bu gün, 07:06 |
|
|
|
| • "Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? - BU LAP AĞ OLDU...
Bu gün, 07:00 |
|
|
|
| • "Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." - Bu, hekayə deyil... HƏYATDIR!
Bu gün, 06:54 |
|
|
|
| • Almaniyada təhsil... AZ QALA PULSUZDUR! - ARAŞDIRMA
Bu gün, 06:50 |
|
|
|
| • "Təmir deyil e, binanın anasını ağladırlar..." - BÜDCƏ PULUNA YAĞI MÜNASİBƏTİ...
Bu gün, 06:47 |
|
|
|
| • "Yol budur, başqa yol da olmayacaq..." - ÇAĞIRIŞ
Bu gün, 06:42 |
|
|
|
| • AzəriQaz-da İMTAHAN MÜƏMMASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:37 |
|
|
|
| • ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 06:22 |
|
|
|
| • Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? - İDDİA
Bu gün, 06:21 |
|
|
|
| • Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Bu gün, 06:18 |
|
|
|
| • "Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" - deputat
Bu gün, 06:05 |
|
|
|
|