"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" .....                     YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... .....                     İkisi də ağlayaraq getdilər.. .....                     Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? .....                     Yüz il keçdi, "ağa" dəyişmədi .....                     Onların qarşısında heç bir ulduz... .....                     Daniel Orteqa seçkiləri ləğv edir .....                     Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ .....                     SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib .....                     Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? .....                     Rusiya bazarında itirən Ermənistan Avropada qazandı .....                     Müctəba Xamenei haradadır? .....                     Azərbaycanda dolların aqibəti .....                     Kreml son 10 ilin ən ağır dövrünü yaşayır .....                     Qazaxda faciə .....                     Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? .....                     9 milyonluq hərbi korrupsiya işi .....                     Gilas adını dəyişmək istədi, .....                     "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə .....                     Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? .....                     2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... .....                     Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər .....                     Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? .....                     Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı .....                     Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR .....                     Başçısız qalan icra hakimiyyətləri .....                     Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                     Atası həbs edildi, qaynatası güllələndi .....                     Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa .....                 

Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR... - GİLEY
Tarix: 28-02-2022, 16:18 | Çap et
Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR...
Bəlkə də əksəriyyət o haqda məlumata malikdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və qurluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması, qanunun aliliyi daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin səhiyyə sahəsində çalışan bəzi vəzifə sahibləri qanunun aliliyini uca tuturlar, and içdikləri “Hippokrat andı”na sadiq qalırlar, yoxsa bütün bunları tapdaqlar altına atırlar?. Bakı ş. H. Zərdabi küçəsi, 79B ünvanında fəaliyyət göstərən Milli Onkologiya Mərkəzində olmazın hoqqalarla, haqsızlıqlarla üz-üzə qalan və Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi-73 ünvanında yaşayan Ağayeva Mehriban Əziz qızı, gundemxeber.az saytının redaksiyasına yazdığı ərizəsində qeyd edir ki, “Kiçik qızım Şəfa Məmmədzadə ilyarımdır ki, onkoloji xəstədir. Buna görə də onu böyük qızım Vəfa ilə birlikdə Milli Onkologiya Mərkəzinə apardıq. Orada ilk əvvəl qızımı qandan və “UZİ”-dən analiz etdilər, “MRT”-yə saldılar və bunun qarşılığında bizdən müayinə xərci olaraq 1500 manat pul alıb qəbz verdilər. Mən bir ana olaraq həkimlərin pul tələblərinə qəti etiraz etdim və onlara bildirdim ki, axı bura dövlət səhiyyə müəssisəsidir? Niyə bizdən bu qədər müayinə pulu alırsınız? Həmin vaxt Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbulunda oldum və ona işçilərinin bizdən pul tələb etdiklərini çatdırdım. O halda o, telefonu götürüb kiməsə zəng etdi və “Şəfa adlı xəstədən pul almayın” deyə tapşırığını verdi. Düzdür, belə bir tapşırıqdan sonra həkimlər bizdən pul tələb etmədilər və xəstəni “RENTGEN” aparatından keçirib Günel Nağdəliyeva adlı həkimin yanına göndərdilər. Günel həkim bizdən pul almadan müalicə işləri aparacağına söz verdi. İyrimi gün keçdikdən sonra qızım Şəfa kimyəvi terapiya qəbul etməli oldu. Ona görə də, Günel həkim hər 25 gündənbir qıızımın kimyəvi terapiya qəbul etməsinə görə, bizdən 550 manat pul alırdı. Qızım əmələ gələn ağrılara heç cür dözə bilmirdi və ona görə də o, mənə “Mama qurban olum, sən danışma, qoy məni müalicə etsinlər” deyirdi. Buna baxmayaraq, həkim ayrı-ayrı vaxtlarda xəstə qızımın 28 dəfə kimyəvi terapiya qəbul etməsinə görə, bizdən üstüstə 8 min manat pul aldı. Günel həkim müalicə aparıram deyə qızımın döşlərini deşik-deşik etdi və sonda elə bir vəziyyət əmələ gəldi ki, Şəfanın döşünün yan hissələrindən qanlar axmağa başladı. Biz heç cür başa düşə bilmədik ki, Günel həkim müalicə işlərini belə aparacaqdırsa o, niyə bizdən bu qədər pul aldı? Mən baş verən belə bir biabırçılıqla bağlı bugünə kimi bir çox dövlət qurumlarına şikayət ərizələri göndərmişəm, teleqramlar vurmuşam. Hal-hazırda toplanmış iş materialları Yasamal rayon prokuroru Ayaz müəllimin icraatındadır. Bu şəxs dörd ay ərzində həyata keçirdiyi araşdırmalardan sonra “Bu iş cinayət xarakterli olduğu üçün qeydiyyat kitabına saldıq” deyə mənə cavab yazıb. Əslində Ayaz müəllim bir prokuror olaraq Günel Nağdəliyevanı bizdən rüşvət aldığına və qol qoyduğu qanunsuzluq əməlinə görə məsuliyyətə cəlb etməli idi. O, belə bir addımını atmaq əvəzinə, sanki həkimin mövqeyinin müdafiəçisi qismində çıxış edir. Məsələn, Günel həkim bizdən aldığı rüşvətin 1200 manatını geri qaytardı və o, onu da bildirdi ki, “Pulun qalan hissəsi yuxarıdakı rəhbərlikdədir”. Bu da onu sübut edir ki, prokurorun lazımi araşdırma işi apara bilməməsinə səbəb, Günel Nağdəliyevanın Milli Onkologiya Mərkəzində çalışmasıdır. Bugünkü həqiqət ondan ibarətdir ki, Günel həkim hər 25 gündənbir bizdən pul aldı, sonda da qızımı şikəst etdi. Hazırda qızım əmələ gələn ağrılara heç cür dözə bilmir və o, hər gün mənə “Mama qurban olum, mənə bir iynə vurun ölüm, artıq ağrılara dözə bilmirəm” deyir”.
Hal-hazırda ölkəmizin nüfuzlu səhiyyə müəssislərindən biri hesab olunan Milli Onkologiya Mərkəzində belə bir qanunsuzluq və biabırçılıqların baş verməsini, bəlkə də Azərbaycan səhiyyəsinin “üzqarası” hesab etmək olar. Çünki, bir tərəfdən xəstənin adamlarından 8 min manatdan çox rüşvət alınır, digər tərəfdən də, xəstəni şikəst edirlər. Əslində bu analoqu olmayan faciədir, böyük bir bədbəxtçilikdir.
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00
Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57
Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53
Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06
Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59
Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45
Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15
9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13
Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09
"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05
Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06
Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Dünən, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru