"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" .....                     YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... .....                     İkisi də ağlayaraq getdilər.. .....                     Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? .....                     Yüz il keçdi, "ağa" dəyişmədi .....                     Onların qarşısında heç bir ulduz... .....                     Daniel Orteqa seçkiləri ləğv edir .....                     Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ .....                     SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib .....                     Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? .....                     Rusiya bazarında itirən Ermənistan Avropada qazandı .....                     Müctəba Xamenei haradadır? .....                     Azərbaycanda dolların aqibəti .....                     Kreml son 10 ilin ən ağır dövrünü yaşayır .....                     Qazaxda faciə .....                     Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? .....                     9 milyonluq hərbi korrupsiya işi .....                     Gilas adını dəyişmək istədi, .....                     "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə .....                     Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? .....                     2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... .....                     Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər .....                     Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? .....                     Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı .....                     Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR .....                     Başçısız qalan icra hakimiyyətləri .....                     Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                     Atası həbs edildi, qaynatası güllələndi .....                     Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa .....                 

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə qarşı İTTİHAM - DƏLƏDUZLUQ...
Tarix: 26-02-2022, 09:59 | Çap et
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdirinə qarşı İTTİHAM
“Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyim ”SV Qrup" MMC-nin milyonlarla manat pul vəsaitlərini müxtəlif bəhanələrlə ödəməkdən yayınır". DİA.AZ xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a MMC-nin həmtəsisçisi və direktoru Sərvər Yunus oğlu Məmmədov deyib. Onun sözlərinə görə, Hikmət Xəlilovun qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə və baş prokurora ardıcıl şikayət ünvanlayıb:

“Şikayətlərimə Prezident Administrasiyasından və hüquq-mühafizə orqanlarından bu günə qədər reaksiya verilməyib. Hikmət Xəlilov bizim şirkətə Qobu qəsəbəsində tikinti materialları zavodu - ”Azdeko Panel"in inşasını, o cümlədən atasına, oğluna, özünə aid evlərin, həmçinin Nərimanov rayonu ərazisində yerləşən MİS binasının (Saatlı binanın yanı) sökülərək yerində inşa edilən Gülsüm Hidayət qızı Musayevaya məxsus 3 mərtəbəli obyekt, həmin ünvanda oğlu Davud Xəlilova ad günü hədiyyəsi olaraq ticarət obyekti sifariş verib və tikdirib. Sonradan Davuda və Gülsüm xanıma aid obyektlərin tikintisinə öz narazılığını bildirən Günəş adlı qonşu xanıma şikayətini geri götürməsi müqabilində mağaza tikilərək hədiyyə olunub. Xətai rayonu ərazisində Hikmət Xəlilovun general dostuna məxsus ticarət obyekti, Kamil Musəviyə aid Bilgəh ərazində yerləşən bağ evi tikdirib.

Tikintisi şirkətimə sifariş olunan zavodun smeta dəyəri 1 milyon 450 min manat hesablanmışdı. Şirkət bu smeta əsasında zavodun tikintisinə başladı. Vaxtında və yüksək keyfiyyətlə zavodu tikib təhvil verdik. Buna baxmayaraq, Hikmət Xəlilov bizə olan borcunu ödəmədi. Borcunu ödəmədiyindən, onun işə cəlb etdiyi sahələr üzrə “SV Qrup” MMC-nin xeyli vergi, bank öhdəlikləri, faizləri hesablanmaqla bu gündə qalmaqdadır.

Bunlar azmış kimi Hikmət və Südabə Xəlilovlar Qobu qəsəbəsində onların sifarişi ilə inşa edilən tikinti materialları zavodunu guya, əslində sifariş vermədiklərini, dövlətin icazə sənədlərində həmin obyektin ofis və anbar kimi qeydiyyatdan keçdiyini iddia edirlər. Xəlilovlar deyirlər ki, guya 5.97 hektar ərazidə onları aldadaraq, onların sifariş etmədikləri zavodu qanunsuz tikmişəm. Bu absurd iddialarını məhkəməyə də daşıyıblar. Əlimizdə olan ciddi sənədlər, xüsusən Hikmət Xəlilovun 2016-cı ildə Nərimanov rayon Polis İdarəsində verdiyi izahatı və Südabə xanımla elektron poçt üzərindən yazılı təmaslar, həmçinin məlum ərazidə çalışan işçilərin şahidlikləri aşkar sübut edir ki, Südabə xanım və Hikmət Xəlilov anbar və ofis deyil, normal bir zavod tikilməsini sifariş veriblər. Zavodun açılışında Südabə Xəlilova şəxsən iştirak edib. Buna baxmayaraq məhkəmədə verdiyi izahatında bildirir ki, qeyd olunan tarixdə zavodun tikintisi başa çatdırılmayıb. Məhkəməyə Googlemapdan (peykdən görüntü) həmin tarixdə çıxarış təqdim etməyimizə, Südabə Xəlilova ilə apardığımız elektron yazışmalar, Nərimanov rayon Polis İdarəsində Hikmət Xəlilovun verdiyi izahat və digər sübutedici sənədlər, şahidlər olmasına baxmayaraq məhkəmə bunları nəzərə almadı. Sonradan hakim etiraf etdi ki, qarşı tərəfə gücü çatmır. Bizim ziyanımıza qərar çıxarıldı. Lakin Ali Məhkəmə həmin qərarı ləğv etdi".

Müflis duruma düşən sahibkar deyir ki, şirkətin həmtəsisçisi həmin dövrdə məhkəmədə iştirak etmədiyindən, o zaman məhkəmə ona aid hissədə qərarı qüvvədə saxlayıb: “Məhkəmədə Hikmət və Südabə Xəlilovlardan soruşan yoxdur ki, əgər zavodun tikintisindən, istehsal olunacaq mallardan xəbəriniz yox idisə, niyə oğlunuz Davudun adına eyni adlı ”Azdekopanel" şirkətini açırdınız?

Niyə şirkət reklamlarının işlənməsinin, tərcüməsinin birbaşa özünüzün rəhbərliyinizlə aparılmasına israr edirdiniz? Niyə bu gün də zavodun həyətində olan 4 min kvadrat metrdən çox malın istehsalına göstəriş verirdiniz? Niyə zavodun açılış tədbirini təşkil etməklə bərabər, özünüz də bilavasitə iştirak etməklə lent kəsirdiniz?"

Müflis duruma salınmış sahibkar redaksiyamız Hikmət Xəlilova ünvanladığı “Pritenziya Məktubu”nun da surətini təqdim edib. Həmin məktubunda o, yazır:

“Hörmətli Hikmət müəllim!

Bildirmək istəyirəm ki, biz “SV QRUP” MMC olaraq 2009-cu ildən Sizinlə əməkdaşlıq etmişik. Əməkdaşlıq etdiyimiz illər ərzində tərəfinizdən verilmiş bütün tapşırıqları yerinə yetirmişik. Nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2013-cü il tarixində təməlini atdığımız “Azdeko Panel” zavodunun tikintisinə 1094462 manat, həmin obyektin istehsal avadanlıqlarının alınmasına 270348 ABŞ dollar, Bakı şəhəri, Musayeva Gülsüm Hidayət qızının adına rəsmiləşdirilmiş Heydər Əliyev prospekti, 99.1 ünvanında yerləşən 3 mərtəbəli ofis binasının tikinti və təmirindən qalıq borc 261000 manat, Axundov bağı yaxınlığında yerləşən Sizin ailəyə məxsus mansartın təmir və tikinti işlərindən qalıq borc 28000 manat, Xətai rayonu ərazisində yerləşən ofis binasının təmirindən qalıq borc 83000 manat, Kamil Dilbazova məxsus Bilgəh qəsəbəsində yerləşən villanın təmir və tikinti işlərindən qalıq borc 18000 manat, oğlunuz Davuda məxsus evin təmirindən qalıq borc 9000 manat, qardaşınız oğluna məxsus köhnə “Sovetski” deyilən ərazidə yerləşən mənzilin təmirindən qalıq borc 8000 manat, “Safir Plaza” da yerləşən “Yoqa” mərkəzin söküntü işlərindən qaliq borc 5000 manat, ümumilikdə 1506462 manat və 270348 ABŞ dolları borcunuz qalmışdır. Xahiş və tələb edirik ki, yuxarıda qeyd edilən borcunuzu tez bir zamanda şirkətə ödəyəsiniz".

İttihamlara Hikmət Xəlilovun münasibətini öyrənmək üçün onunla əlaqə saxladıq. İşlər İdarəsinin müdiri deyir ki, iş üzrə məhkəmə gedir: “İddiası varsa, məndən pul istəyirsə, məhkəməyə müraciət edib. Bu adam istəyir ki, mən gecəni yatmayım, əsəb keçirim. Təsəvvür yaradır ki, mən məmuram, bu da yazıq sahibkardır, mən bunu yıxıb-sürüyürəm. Mən bunları başa düşürəm. Bu məsələlərə qəzet baxmır, məhkəmə baxır. Mən sizə müsabiqə vermək istəmirəm. Bu, biabırçılıqdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00
Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57
Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53
Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06
Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59
Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45
Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15
9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13
Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09
"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05
Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06
Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Dünən, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru