Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                     AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib .....                     "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" .....                     Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: .....                     Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir .....                     Sahibkar Göyçayda intihar edəcəyini bildirir .....                     "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." .....                     "Öz ərazimizi hədəf ala bilərik" .....                     Kanadada FACİƏ: .....                     GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ .....                     SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub .....                     Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? .....                     "Bizdə başqa biznes yoxdur..." .....                     Bakıda təcili tibbi yardımda .....                     Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı .....                 

Elton Məmmədovdan ŞOK AÇIQLAMALAR: Ramiz Mehdiyev Rusiyanın adamıdır... - "...AMEA-da pambıqla baş kəsir"
Tarix: 2-02-2022, 10:06 | Çap et
Elton Məmmədovdan ŞOK AÇIQLAMALAR: Ramiz Mehdiyev Rusiyanın adamıdır...
DİA.AZ: - Son günlər Prezident Administraskiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı ayrı-ayrı tanınmış elm adamlarının ölkə rəhbərliyinə çağırışda bulunması AMEA ətrafında cərəyan edən olayların kuliminasiya nöqtəsi kimi xarakterizə olunmaqdadır. Qeyd edək ki, 2019-cu ildən PA-dan çıxdaş edilən Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə gətirildi. Və deyə bilərik ki, bununla da Azərbaycan elminin kökündən birdəfəlik balta vurulmuş oldu.

DİA.AZ bildirir ki, PA-da işlədiyi müddət boyunca nümayiş etdirdiyi ənənəvi üsul-idarəni (qohumbazlıq, tayfabazlıq, korrupsiya və s.) eyni ilə AMEA-dakı fəaliyyətində əks etdirən Ramiz Mehdiyev qısa müddət ərzində ölkənin bir nömrəli təhsil ünvanında özünə MİNİ DÖVLƏT qurmaq həvəsinə düşdü ki, bu da təbii olaraq daxilən azad insan olan elm adamlarının etirazları ilə müşaiyət olundu.

Bir daha qeyd edək ki, son olaraq Prezident İlham Əliyevə müraciət edən ayrı-ayrı nüfuzlu elm adamları Ramiz Mehdiyevin AMEA rəhbərliyindən uzaqlaşdırılmasını istəyirlər. Bununla bağlı DİA.AZ-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov da eyni niyyətlə Prezidentə və ölkə ictimaiyyətinə çağırışda bulunduğunu dilə gətirdi.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayından AMEA-da Yüksək Texnologiyalar Parkında rəhbər vəzifəsini tutan Elton Məmmədov sonradan AMEA-nın işlər idarəsinə müdir təyin olunmuşdu. Lakin qısa müddət ərzzində Ramiz Mehdiyevlə toqquşan Elton Məmmədov sonunda keçmiş "boz kardinal"la hətta məhkəmədə belə görüşməli oldu. Bu gün isə Elton Məmmədov DİA.AZ-a Ramiz Mehdiyevlə bağlı olduqca ilginc faktları açıqlayıb.

Elton Məmmədovdan ŞOK AÇIQLAMALAR: Ramiz Mehdiyev Rusiyanın adamıdır...

- Elton müəllim, alimlərin ölkə rəhbərliyinə çağırışından xəbərdarsınız. Necə dəyərləndirirsiniz bu təşəbbüsləri, sizcə gecikmiş addım deyil ki?

- Əvvəla deyim ki, mən də bu çağırışlara qoşuluram və hesab edirəm ki, Ramiz Mehdiyevin AMEA rəhbərliyində qalması Azərbaycan elminə böyük bir təhlükədir. Bu gün geciksək də, yenə də gec deyil. Azərbaycan elmini xilas etməliyik. Biz cənab Prezidentə dəstək verməliyik. Biz cənab Prezidentə edilən çağırışlara dəstək verməliyik ki, Azərbaycan elmini Ramiz Mehdiyev adlı böyük bəladan xilas edək.

Bir insanın təkəbbürü ilə dövlət nə qədər oynamalıdır? Mən ona görə də Ramiz Mehdiyevin gedişi ilə bağlı səslənən çağrıışları dəstəkləyirəm.

Ramiz Mehdiyev AMEA-da sanki ikinci Prezident Aparatı yaradıb orda. Özünə ayrıca "dövlət" qurub. Bunun elmdən anlayışı yoxdur. Bu adam hazırda AMEA-dan siyasi platforma kimi istifadə edir və AMEA-nın arsenalından özünün siyasi ambisiyaları üçün yararlanmaqdadır. Bu gün AMEA-nən rəsmi saytı da Ramiz Mehdiyevin cılız siyasi maraqlarının müdafiəçisinə çevrilib.

- Elton müəllim, Bilirik ki, Siz AMEA-da yüksək vəzifələrdə təmsil olunmusunuz və sonuncu dəfə də işlər idarəsinin müdiri olmusunuz. Necə oldu ki Siz AMEA-da və həm də Ramiz Mehdiyevin dövründə vəzifələrdə təmsil olundunuz?

- Mən elmdə yeni adam deyiləm, bundan xəbərdarsınız. Texnika elmləri doktoruyam, professoram. 2006-cı ildən Texniki Universitetdə elmi və pedoqoji fəaliyyətlə məşğul olmuşam və hazırda da bu fəaliyyətim davam edir. 2019-cu ilin noyabrında Ramiz Mehdiyev məni AMEA-ya dəvət etdi. Mən o zaman artıq Tezniki Universitetdə prorektor idim strateji məsələlər üzrə...

Məni dəvət etdi. Məni Yüksək Texnologiyalar Parkına rəhbər kimi dəvət etdi. Mən də ona planlarımı açıqladım, yəni hansı işləri görəcəyimi və hansı sahədə nailiyyətlərin əldə oluna biləcəyini. Doğrudan da çox qısa müddət ərzində mən AMEA-da böyük nailiyyətlər əldə edə bildim.

Ramiz Mehdiyev məni AMEA-ya dəvət edərkən, xahiş etdi ki, gəlib ona dəstək verim. Mən də təbii ki ona yox, Azərbaycan elminə dəstək vermək üçün əlimdən gələni etməyə hazır idim və bu gün də hazıram. Ona görə də təklifini qəbul etdim və qısa müddət ərzində də kifayət qədər böyük işlər görə bildim.

- Bəs Sizin Ramiz Mehdieyvlə münsaibətləriniz nə zamandan korlandı?

- Korlanmaq nəyə deyirsiniz?

- Sualı belə qoyaq: Sizə qarşı niyə və nə zaman çevrildi?

- Ramiz Mehdiyev qeyd etiyim kimi AMEA-da bir ailə idarəetməsi formalaşdırmaqda idi. Kürəkəninin qardaşı Fikrət Əliyevi mənə müavin gətirdi. Yəni işlər idarəsinin müdir müavini vəzifəsinə. Hazırda da işlər idarəsinin müdir vəzifəsini icra edir. Mən buna, eyni zamanda da mətbuatda da səsləndirdiyim kimi "Şərq-Qərb" mətbəəsinin xəttilə təkcə bir tenderdə 10 milyondan artıq büdcə vəsaitinin mənimsənilməsinə və digər bu kimi hallara etirazımı bildirdim. Onun diqqətinə çatdırdım ki, artıq sizin bu fəaliyyətləriniz Hesalama Palatasının hesabatlarında əks olunub.

Orda, mənim rəhbərliyim altında ayrıca olaraq təchizat idarəsi yaratmaq istəyirdilər. Halbuki bütün bunlar qanuna zidd idi. Mən buna da etiraz etdim.

Eyni zamanda kürəkəninin qardaşı da artıq müəyyən işləri görməkdə idi və bütün bunlar da nəhayətdə Ramiz Mehdiyevlə toqquşmağımıza gətirib çıxardı.

Sizə bildirim ki, Ramiz Mehdiyev heç də dərin adam deyil və onun geriləmiş məfkurəsi var. O heç vaxt iti zəkaya sahib olmayıb. O ancaq özünə var dövlət yığmaqla məşğul olub və onun bütün şəxsi qabiliyyəti də məhz buna hesablanıb. Hər zaman Heydər Əliyevin kölgəsində olub və onun barəsində yanlış "dövlət adamı" təəssüratı yaranıb. Halbuki Ramiz Mehdiyev geri məfkurədə olan birisidir.

Ramiz Mehdiyev hətta mən işdən çıxanda da yalandan ölkə rəhbərliyinin adını hallandırdı ki, guya, dövlət başçısı belə istəyir. Halbuki mən AMEA-ya gələndə də demişdi ki, ölkə rəhbərliyi bunu istəyir. Yəni bu adam sonuna qədər hiyləgər adamdır və hər zaman hiylə ilə idarə edib, dedi-qodu ilə işini bitmiş hesab edib.

Fəaliyyətim dövründə mənim gördüyüm işləri halbuki tərifləyirdi, etiraf edirdi. Deyirdi ki, akademiya sistemində kimsə bu qədər böyük işlər görə bilməz. Yəni bu adam hər zaman olduğu kimi, AMEA-da pambıqla baş kəsir.

- Bir açıq sualımız da var. Ramiz Mehdiyevin adı buna qədər yetərincə Rusiya ilə qoşa çəkilib. Yəni mətbuatda, siyasi kuluarlarda Ramiz Mehdiyev "Kremlin adamı" kimi xarakterizə olunub. Və buna görə də hazırda ictimaiyyətdə ən populyar olan qənaətlərdən biri belədir ki, Ramiz Mehdiyev Rusiyanən çətiri altında olduğundan ona toxuna bilmirlər... Sizcə burada həqiqət payı nə qədərdir?

- Mən ilk başdan qeyd edim ki, bizim cənab Prezidentimiz kifayət qədər müstəqil siyasət yürüdür və bunu həm Azərbaycanın daxili, həm də xarici siyasətlərində də görmək mümkündür. Eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə də cənab Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, hansısa kənar gücün təsiri alında olmadığını dəfələrlə nümayiş etdirdi.

Ona görə də hesab edirəm ki, Ramiz Mehdiyevin kimlər tərəfindənsə himayə olunması faktı onun AMEA rəhbərliyində saxlanılması üçün əsas ola bilməz. Yəni kimsə təsir edə bilməz bu məsələyə.

Və inanmıram ki, cənab Prezident hansısa gücün təsiri ilə Azərbaycan elmini bir nəfərə qurban versin...

- Daha bir sual: Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrinin olması, daha dəqiqi, onun RUSİYANIN ADAMI olması faktı Sizcə nə qədər doöğrudur?

- Mənbildiyim budur ki, hələ özünün də etiraflarına görə, Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri o zaman Mərkəzi Komitəinin katibi olmuş Romanovun vaxtlarından başlayır. Hələ o zamandan Ramiz Mehdiyev Rusiya ilə yaxın idi və Romanovla şəxsi dostluq əlaqələri var idi. Onun Rusiya bağı kökləri ordan gəlir. Təbii ki, sonradan xidməti vəzifəsi ilə də əlaqədar Rusiyaya davamlı səfərləri olub və bu səfərlər boyunca Rusiya ilə daha da yaxınlaşıb. Hər halda Putinin onun boynundan medal asması da təsadüfi sayıla bilməz.

Söhbətləşdi: Məhəmməd Ərsoy
DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28
"Bizdə başqa biznes yoxdur..."
Bu gün, 09:15
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq
Bu gün, 09:13
Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı – VİDEO
Bu gün, 09:11
Zibil içində boğulan AAAF park sakinləri... ETİRAZA QALXDI
Bu gün, 09:03
Qələbədən nə qədər qazanıblar? - SƏN DEMƏ...
Bu gün, 08:54
Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK
Bu gün, 08:51
Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? - GƏLİŞMƏ
Bu gün, 08:43
Talıbovların pulları BURDA DÖVR EDİR - VERGİ BELƏ ÖDƏMİRLƏR
Bu gün, 08:42
Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Bu gün, 08:38
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
Bu gün, 08:36
“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 08:33
Çempionlar Liqası: “Sabah” növbəti oyununa çıxır - bu gün...
Bu gün, 08:29
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - BU DƏFƏ İSƏ...
Bu gün, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru