Son günlər "Kapital Bank" müştəriləri tərəfindən "hesabımızdan əsassız olaraq pul çıxılır" deyərək giley edənlərin sayı artıb. "DİA-AZ" xəbər verir ki, amma buna rəğmən cavabdeh tərəf ən yaxşı halda "araşdırma aparılır" bəhanəsindən başqa ortaya tutarlı arqument qoymayaraq heç bir tədbiri də görmür. Yekunda isə vətəndaşlar pulları ilə birdəfəlik vidalaşmış olurlar.
Biz isə "DİA-AZ" olaraq bu qəbildən olan növbəti müştəri gileylərini təqdim edirik... Beləliklə, Şəfəq Muradzadə adlı müştəri yazır:
"Hörmətli "Kapital Bank", aprelin 28-dən kartımdan 14,62 AZN qeyb oldu.Yəni tarixçədə göstərilmir hara yoxa çıxdığı. Məni yola verirsiniz. Artıq mayın 8-idir. İndi neynəyək, başımıza haranın daşını salaq... Qaytarın da pulumu... Hər gün deyilir: 3 iş günü ərzində baxılacaq... Artıq 10 gün keçib az qala..."
Bir başqa müştəri... Təbriz Xan adlı narazı vətəndaş bildirir:
"Hörmətli Kapital Bank , 06.05.2026 tarixində, saat 12:29-da kartıma 600 manat mədaxil etmişəm.
Bu gün sonra - 07.05.2026 tarixində, saat 13:13 və saat 13:23-də kartımdan 10 manat və 28 manat ödəniş etmişəm. 600-38=562 manat olmalı olan balansım 286 manat göstərir. Operator ilə danışıram, səbəbini bilmədiyini deyir.
Mənə isə maraqlı olanı budur: sizin kartınız... sizin bankınız və sizin əməkdaş səbəbini bilmirsə, bunu kimdən öyrənə bilərəm?
Daha sonra isə 3 iş günü ərzində məlumat veriləcəyini deyir. Niyə mənə adi olmayan bir problemə görə mən 3 iş günü gözləməliyəm?"
Qeyd edək ki, bütün bu gileylərə sözügedən bank şablon cavablar verməklə yetinib.
Məsələ diqqətimizdədir...








