Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Tarix: Bu gün, 14:23 | Çap et

2024-cü ilin sonunda dövlət bir qərar verdi. Cənub Qaz Dəhlizi (CQD) deyilən nəhəng qaz kəməri layihəsinin 2 faiz payını SOCAR-a hədiyyə etdi. Bu kağız üstündə xırda dəyişiklik kimi görünsə də, amma nəticəsi böyük oldu.

Əvvəl vəziyyət belə idi. CQD-nin səhmlərinin yarısından çoxu, 51 faizi dövlətin, qalan 49 faizi SOCAR-ın idi. Bu layihənin də özünün 3.5 milyard dollardan çox borcu var idi. Bu borcu Avropa banklarından, Dünya Bankından, həm də istiqraz buraxaraq yığmışdılar. Ən böyüyü 2 milyard dollarlıq borcdur ki, 2026-cı ilin martında qaytarılmalı idi.

Lakin 2026-cı ilin martında qaytarılmalı olan 2 milyard borcun aqibəti barədə açıq məlumat yoxdur. Ödəmə prosesi ya səssiz-səmirsiz gedir, ya da refinans olunub və ictimaiyyətə deyilmir. SOCAR və Maliyyə Nazirliyi rəsmi açıqlama verənə qədər dəqiq nəsə demək çətindir. Amma defolt xəbəri gəlmədiyinə görə, çox güman ki, problem “texniki” yolla həll olunur. Yəni ya ödənilib, ya da vaxtı uzadılıb.

Qalan borclar isə 2032-ci ildən 2046-cı ilə qədər hissə-hissə ödənməlidir.

İndiyə qədər bu borclar “dövlətin borcu” kimi görünürdü. Çünki şirkətin yarısı dövlətin idi. SOCAR-ın hesabatında isə bu borclar yox idi. 10 dekabr 2024-cü ildə Prezident sərəncam imzaladı. Sərəncama əsasən dövlətin 2 faiz payı SOCAR-a verildi. Bununla SOCAR-ın payı 51 faiz oldu, dövlətin payı 49 faizə düşdü.

Beynəlxalq qaydalara görə, bir şirkətin 50 faizdən çoxunu kim idarə edirsə, o şirkətin bütün borcu və varidatı onun balansına yazılmalıdır. Yəni 2 faiz pay dəyişən kimi Cənub Qaz Dəhlizinin 4.6 milyard dollar borcu bir gecədə SOCAR-ın adına keçdi. Manatla desək, bu sərəncamla SOCAR-ın 7.8 milyard manat borcu yarandı.

Bəs bu nə deməkdir? Təsəvvür edin ki, sənin qonşunun bankdan 100 min manat krediti var. Sabah sənə deyirlər ki, o evin 51 faizi sənindir. Həmin dəqiqə qonşunun 100 min borcu da sənin adına yazılır. Sən o pulu götürməmisən, amma kağızda sən borclusan.

SOCAR-ın başına gələn də budur. SOCAR neft satır, benzin istehsal edir, qaz ixrac edir. Qazandığı puldan işçiyə maaş verir, büdcəyə vergi ödəyir, dövlətə dividend verir. İndi onun üstünə 7.8 milyard manat əlavə borc yükləndi. Üstəlik bu borcun 2 milyardını düz 2026-cı ilin martında nağd verməli idi.

SOCAR bu pulu haradan alacaq? Ya öz qazancından verəcək, ya yenidən borc alacaq, ya da dövlət büdcəsindən ona pul köçürüləcək. Hər üç halda sonda yük vətəndaşın üzərinə düşür. Çünki SOCAR qazancından büdcəyə az pul versə, deməli məktəb, xəstəxana, yol üçün pul azalacaq. SOCAR yeni borc alsa, onu qaytarmaq üçün benzinin, qazın qiymətini qaldırmalı olacaq. Dövlət büdcədən SOCAR-a pul köçürsə, o da bizim vergilərimizdir.

Bunu niyə etdilər? Rəsmi səbəb odur ki, Cənub Qaz Dəhlizi strateji layihədir, SOCAR da dövlət şirkətidir, qoy bir yerdə olsun. Qeyri-rəsmi səbəb isə borcu gözdən yayındırmaqdır. Beynəlxalq təşkilatlar dövlətə deyəndə ki, “borcun çoxdur”, dövlət deyəcək ki, “yox, o borc SOCAR-ındır, mənlik deyil”. Amma SOCAR-ın özü də 100 faiz dövlətindir. Yəni cibdən-cibə oyunudur.
Vətəndaş üçün təhlükə nədədir? SOCAR indiyə qədər ölkənin ən gəlirli şirkəti idi. Valyuta gətirirdi, büdcəni doldururdu. İndi onun balansı ağır borcla yükləndi. Sabah neftin qiyməti düşsə, SOCAR həm öz borcunu, həm də Cənub Qaz Dəhlizinin borcunu ödəməkdə çətinlik çəkəcək. Reytinqi aşağı düşəcək, xaricdən baha faizlə borc alacaq. Bu da yanacağın qiymətinə, dollara, inflyasiyaya təsir edəcək.

Ən sadə dillə desək, dövlət 2 faiz payı SOCAR-a verməklə 7.8 milyard manat borcu “SOCAR-ın problemi” etdi. Amma SOCAR da dövlətindir, SOCAR-ın problemi sonda hamımızın problemidir. Ona görə bu “kiçik hüquqi manevr” əslində hər ailənin büdcəsinə toxunan məsələdir.

Akif NƏSİRLİ - globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru