Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                 

Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Tarix: 20-09-2025, 10:55 | Çap et

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib:

“Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”.

İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır. Əkrəm Həsənov hesab edir ki, həmin borcların ödənilməsi sual altındadır: “Əksər borclar ödənilə bilmir, ödənilməyəcək də. Ümumiyyətlə, həmin borclar silinməlidir. Amma etiraf edək ki, borcların arasında elələri var ki, qismən də olsa, ödənilə bilər. Bu da artıq Azərbaycanda məhkəmə qərarlarının icra institutunun özünün zəif olmasıdır”.

Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrasında ciddi problem var: “Orada işləyənlərin maaşları aşağıdır. Ölkədə iqtisadi böhrandır. Krediti verən də fikirləşir ki, ala biləcək, indi isə insanların və biznesin gəlirləri azalır, xərclər isə artır. Bu şəraitdə xeyli şəxs - həm vətəndaş, həm də sahibkar borclarını ödəyə bilmir. Ancaq bank deyil, borcların içində bank olmayan kredit təşkilatları, lombardlar, fərdi sələmçilər var. Biz bir tərəfdən şikayət edirik ki, niyə banklar vətəndaşalar kredit vermir, o biri tərəfdən də deyirik ki, bank niyə kredit verdi və s. Faizlər ona görə yüksəkdir ki, Azərbaycanda borcların qaytarılması ilə bağlı ciddi problem var”.

Əkrəm Həsənovun fikrincə, get-gedə bu problem daha da dərinləşəcək: “Məhz buna görə də Mərkəzi Bank da istehlak kreditləri üzrə siyasətini çox sərtləşdirir. Banklara məhdudiyyətlər qoyur ki, istehlak krediti çox verməsinlər”.

Bəs bu borclar necə silinə bilər? Hüquqi baxımdan nə dərəcədə mümkündür?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məsələyə bir neçə tərəfdən baxmaq lazımdır: “Hazırda yaşananlar son illərdə ölkədə mövcud olan kredit siyasətinin, əhalinin gəlirləri ilə öhdəlikləri arasındakı disbalansın nəticəsidir. Hər bir ölkədə kreditlər iqtisadiyyatın inkişafı üçün vacib alətdir. Amma kredit öhdəliyinin icra olunmaması bank sektorunu zəiflədir, bankların likvidliyini azaldır və nəticədə maliyyə bazarında risklər artır. Bu səbəbdən də faiz dərəcələri yüksək qalır. Yəni problem yalnız borcluların deyil, həm də bankların üzərindədir. Əhalinin aztəminatlı təbəqəsinin gündəlik tələbat üçün götürdüyü kiçik məbləğli kreditlər var. Bu kateqoriyada ödəmə qabiliyyətinin bərpa olunması çox çətindir. Məncə, burada dövlətin birbaşa dəstək mexanizmləri ola bilər. Misal üçün, müəyyən limitə qədər olan borcların silinməsi və ya dövlət tərəfindən kompensasiyası mümkündür. Bu, həm sosial ədalət baxımından, həm də vətəndaşların maliyyə yükünün azaldılması baxımından faydalı ola bilər. Sahibkarların götürdükləri kreditlərlə bağlı isə biznes uğursuz olubsa və ya bazar şəraitindən dolayı gəlirləri azalıbsa, həmin borcların tamamilə silinməsi real deyil. Amma restrukturizasiya mexanizmləri tətbiq oluna bilər. Bank borcu uzunmüddətə bölə və faiz yükünü azalda bilər. Bu, həm sahibkarı iflasdan xilas edər, həm də bankın kapitalını qoruyar”.

Natiq Ələsgərov deyib ki, ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, böhran dövründə dövlətlər borcları tam silmək əvəzinə, restrukturizasiya, subsidiyalaşdırma və güzəştli kredit proqramları ilə problemi həll edirlər: “Azərbaycanda da ən optimal yol budur. Əlavə olaraq, faiz dərəcələrinin yüksəkliyi məsələsi xüsusi vurğulanmalıdır. Azərbaycanda istehlak kreditləri üzrə orta faiz 20-dən yuxarıdır. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 5-7 faiz arasında dəyişir. Faizlərin yüksək olması həm də məhz bu icra olunmayan qərarlarla bağlıdır. Bank riskləri çox olduğuna görə, faizləri qaldırır. Ona görə də problemə sistemli yanaşmaq, həm icra mexanizmlərini gücləndirmək, həm də maliyyə bazarının şəffaflığını artırmaq lazımdır. İndiki halda borcların tam silinməsi qismən mümkündür. Daha effektiv yol restrukturizasiya və güzəştli mexanizmlərin tətbiqidir. Bu həm bank sektorunu qoruyar, həm də vətəndaşların maliyyə yükünü azaldar. Əks halda, problem böyüyərək davam edəcək və yeni sosial gərginliklər yaradacaq”.

Natiq Ələsgərov deyib ki, kreditlərlə bağlı 340 min məhkəmə qərarının icra olunmaması təkcə bank sektorunun yox, həm də bütövlükdə məhkəmə-hüquq sisteminin, icra institutunun və iqtisadi mühitin böhranını ortaya qoyur: “Çünki məhkəmə qərarı hüquqi dövlətin təməl sütunudur. Əgər həmin qərarlar icra olunmursa, deməli, məhkəmənin hökmü kağız üzərində qalır və nəticədə cəmiyyətin dövlətə inamı sarsılır. Bu borcların ödənilməməsi təkcə vətəndaşın məsuliyyətsizliyindən qaynaqlanmır. Burada bankların kredit siyasəti də əsas faktordur. Bank və ya kredit təşkilatı kredit verəndə borcalanın gəlirini, ödəniş qabiliyyətini, sosial vəziyyətini bilir. Amma yenə də həmin kreditləri verir. İndi isə məlum olur ki, borcların böyük qismi heç vaxt qaytarılmayacaq. Bu halda banklar da məsuliyyət daşıyır. Borcların silinməsi məsələsi hüquqi baxımdan mümkündür. Dövlət müəyyən qərarla və ya qanunla bu borcları silə bilər. Dünyada presedentlər var, müəyyən böhran dövrlərində dövlətlər bank borclarını silib, ya da restrukturizasiya edib. Azərbaycanda da bu, prinsipcə mümkündür. Amma bunun üçün siyasi qərar lazımdır”.

Natiq Ələsgərovun fikrincə, bank borclarını silinməsi, ya da restrukturizasiyasının hüquqi mexanizmi sadədir: “Bunun üçün qanunverici borcların silinməsini, restrukturizasiyasını və ya müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya olunmasını təsbit edir. Amma burada da məyyən çətinliklə yaşana bilər. Çünki bütün borclar eyni deyil. Orada adi vətəndaşın gündəlik dolanışıq üçün götürdüyü kredit də var, iş adamının biznesi üçün götürdüyü böyük məbləğ də, lombarddan alınmış sələm pulu da. Ona görə də bir qərarla hamının borcunu silmək ədalətli olmaz. Ən yaxşı halda, sosial vəziyyəti ağır olan, aztəminatlı ailələrin kreditləri silinə bilər. Sahibkarların isə borcları restrukturizasiya edilə bilər”.

Natiq Ələsgərov deyib ki, Azərbaycan məhkəmə-hüquq sisteminin ən yaralı yeri məhkəmə qərarlarının icrasıdır: “Azərbaycanda icra sistemi problemi çox kəskindir və həll edilməlidir. Əgər icra məmurunun maaşı 500-600 manatdırsa, o, milyonlarla manatlıq qərarı necə icra etsin? O sistemdə həm korrupsiya, həm də fəaliyyətsizlik var. Borc sahəsində böhranın bu qədər dərinləşməsinin səbəbi də elə icra institutunun kəskin şəkildə zəifliyidir. Bankların faiz dərəcələrinin yüksəkliyi də problemin kökündə dayanır. Azərbaycanda bank faizləri 20-25 üzərindədir. Bu qədər yüksək faizlə kredit verilsə, onu qaytarmaq demək olar ki, mümkün deyil. Borcun silinməsi məsələsi müzakirə olunur, amma gələcəkdə eyni problemin təkrar yaşanmaması üçün faiz siyasəti də dəyişməlidir. Hazırki durumda icra olunmayan borcların böyük qismi heç vaxt ödənilməyəcək. Dövlət sosial ədaləti təmin etmək üçün müəyyən hissəsini silməli, qalan hissəsi isə restrukturizasiya edilməli, uzunmüddətli və aşağı faizlə yenidən hesablanmalıdır. Ən əsası isə icra sistemi və bank siyasəti köklü islahatlara məruz qalmalıdır. Əks halda, bu gün 340 min olan icra olunmayan məhkəmə qərarlarının sayı sabah 500 min olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru