Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Tarix: 16-01-2025, 09:16 | Çap et
 İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İrəvan səfərində Zəngəzur dəhlizi əsas müzakirə mövzusu olub. Bu barədə erməni mediasına açıqlama verən politoloq Emma Beqicanyan deyib ki, Zəngəzur dəhlizi məsələsi İran rəsmisinin İrəvandakı görüşlərinin ən mühüm mövzusu olub. Buna dair əminliyini ifadə edən erməni politoloq qeyd edib ki, iranlılar daim bu məsələ üzərindən təhdidlər edirlər:
“Bu, İranın gündəmindəki ən mühüm məsələlərdən biridir. Təsadüfi deyil ki, İranın siyasi gündəmində istər müxalifət, istərsə də hökumət - hər kəs diqqətini dəhlizə yönəltməyə meyillidir”. Tehranın təhdid və qorxularına gəlincə, Beqicanyan qeyd edib ki, İran Türkiyə və Azərbaycanın dəhlizi işə salmaq üçün atacaqları mümkün addımlardan çəkinir. Beqicanyan vurğulayıb ki, İran dəhlizin qarşısını almaq üçün Ermənistanla hərbi əməkdaşlığa hazırdır: “Ermənistan İranla əməkdaşlıq etməlidir. Çünki hər iki ölkənin maraqları üst-üstə düşür. Deməli, istəsək, belə ola bilər. İran əməkdaşlığa 100 faiz hazır olduğunu bəyan edib”. Analitik Ermənistan rəhbərliyinin İranla bu sahədə əməkdaşlıq etmək istəmədiyini söyləyib. Əhmədian hətta Avropa Missiyasının vaxtı bitdikdən sonra Ermənistana İran qoşunlarının Ermənistan ərazisinə yeridilməsi imkanı ilə bağlı hərbi müqavilə imzalamağı təklif edib. Xatırladaq ki, İran Milli Təhlükəsizlik Şurasının katibi yanvarın 9-da İrəvana səfər edib. Bundan əvvəl o, Bakıda olub.
İranla Ermənistan arasındakı hərbi əməkdaşlıq ehtimalını şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan artıq ABŞ ilə öz ərazisində müvafiq qüvvələrin mövcudluğu barədə razılaşıb:
“Deməli, İran artıq gecikib, lakin məsələnin görünməyən tərəflərini, yönlərini nəzərə alsaq görərik ki, hazırda ABŞ-nin Ermənistanda İranla sərhəddə mövcudluğuna İranın ciddi etirazı yoxdur. Demək, İran üçün fərq etmir, orada öz qoşunu olsun, İsrail, ABŞ əsgəri olsun, yetər ki, Azərbaycanla arada maneə olsun. İranın ideoloji dövlət prinsipi Türkiyə və Azərbaycana davamlı mane olmaqdır. Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdirə bilər. İranın əsas məqsədi Azərbaycan və Türkiyəyə qarşı mövqe tutan istənilən dövlətin tələblərinə razı olmaq, İslam dünyasına qarşı mümkün təzyiq vasitələrindən istifadə etməkdir. Zəngəzur dəhlizi türk dövlətləri arasında körpü rolunu oynayan və inkişafına aparan, birliklərini daha da möhkəmlədən vasitə ola bilər”. T.İrfanın sözlərinə görə, İran alt qatda Qərbin və ABŞ-nin planlarına xidmət etməklə yanaşı, düşmən gördüyü ölkələrə qarşı onların planları ilə həmrəylik göstərərək siyasət aparır: “İranın əsl düşmən və hədəf seçdiyi ABŞ və İsrail deyil. Onlar formal düşməndirlər. İranın özünə əsas düşmən hesab etdiyi türk və müsəlman ölkələridir. Fars rejimi heç də təsadüfi deyil ki, dünyada müsəlmanlara qarşı mövqe tutan bütün güclərlə müttəfiqdir. Pakistana qarşı Hindistanla, Uyğur türklərinə qarşı Çinlə, Suriya müsəlmanlarına qarşı vaxtilə Əsəd və Rusiya ilə, Türkiyəyə qarşı PKK ilə, Azərbaycana qarşı Ermənistan ilə ittifaqdadır. Belə olduğu halda bu maraqlar da çox zaman ABŞ-nin planlarına xidmət etməklə ayaqda qalır. Türkiyəyə və Azərbaycana qarşı olaraq Zəngəzur dəhlizinə imkan verməyən İran ABŞ-nin Ermənistana, düz qulağının dibinə gəlməsinə etiraz etmir ona görə ki, ABŞ-nin maraqlarına xidmət edir. İran qoşunlarının Ermənistana daxil olması barədə də ABŞ, İran və Ermənistan üçlü formatda razılığa gələ bilərlər, lakin buna artıq ehtiyac qalmır. İran rejiminin formal düşməni artıq İranın narahatlığını aradan qaldırıb özü "təşrif buyurub" Ermənistana”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46 |
|
|
|
| • Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39 |
|
|
|
| • Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07 |
|
|
|
| • ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04 |
|
|
|
| • Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37 |
|
|
|
| • "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36 |
|
|
|
| • Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33 |
|
|
|
| • Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29 |
|
|
|
| • Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26 |
|
|
|
| • Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20 |
|
|
|
| • Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
| • Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • “Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11 |
|
|
|
| • Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03 |
|
|
|
| • Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56 |
|
|
|
| • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53 |
|
|
|
| • “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51 |
|
|
|
| • Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49 |
|
|
|
| • Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42 |
|
|
|
| • Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40 |
|
|
|
| • Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35 |
|
|
|
| • Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18 |
|
|
|
| • Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
| • İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58 |
|
|
|
| • “Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48 |
|
|
|
| • Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39 |
|
|
|
| • Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28 |
|
|
|
| • Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25 |
|
|
|
| • “Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23 |
|
|
|
| • Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22 |
|
|
|
| • Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20 |
|
|
|
| • “Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17 |
|
|
|
| • Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15 |
|
|
|
| • Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11 |
|
|
|
| • Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26 |
|
|
|
| • Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19 |
|
|
|
| • Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16 |
|
|
|
| • İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07 |
|
|
|
| • Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04 |
|
|
|
| • Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01 |
|
|
|
| • Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05 |
|
|
|
| • BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02 |
|
|
|
| • Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59 |
|
|
|
| • İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51 |
|
|
|
| • “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48 |
|
|
|
| • "SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Dünən, 12:44 |
|
|
|
|