Tbilisi şəhərində mənzil alan əcnəbilər arasında İsrail vətəndaşları üstünlük təşkil edir.
Yeniavaz.com “Galt & Taggart “şirkətinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin birinci rübündə satılan mənzillərin 12%-i İsrail vətəndaşlarının payına düşüb.
Onları 3%-lə Rusiya vətəndaşları izləyir. Satışların 14%-i isə digər ölkələrin vətəndaşlarına məxsus olub.
Eyni dövrdə Gürcüstan vətəndaşlarının bazardakı payı 70% təşkil edib.
Statistikaya görə, son illərdə yerli alıcıların payında azalma müşahidə olunur, əcnəbilərin marağı isə artan xətt üzrə davam edir.
Hesabata əsasən, 2026-cı ilin ilk rübündə Tbilisidə ümumilikdə 10 min 907 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Satılan mənzillərin ümumi dəyəri 958 milyon dollara çatıb. Bu, illik müqayisədə satış sayında 16%, bazar həcminin isə 23,1% artdığını göstərir.
Son 4 ildə Tbilisidə daşınmaz əmlak əməliyyatlarında İsrail və Rusiya vətəndaşlarının payı aşağıdakı kimi dəyişib:
2023-cü ildə
Gürcüstan – 85%
Rusiya – 5%
İsrail – 4%
Digər ölkələr – 6%
2024-cü ildə
Gürcüstan – 80%
İsrail – 10%
Rusiya – 2%
Digər ölkələr – 9%
2025-ci ildə
Gürcüstan – 76%
İsrail – 10%
Rusiya – 3%
Digər ölkələr – 11%
2026-cı ilin 1-ci rübündə
Gürcüstan – 70%
İsrail – 12%
Rusiya – 3%
Digər ölkələr – 14%









