Cocuq Mərcanlının ilk şəhidinin anasından TƏKLİF - "...onun qanı yerdə qalmadı"
Tarix: 4-02-2017, 09:51 | Çap et
 Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımız artıq geri qayıtmağa hazırlaşırlar. Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı Ermənistan üzərində qazandığımız qələbəni daha da yaxınlaşdırdı.
Azərbaycan Prezidentinin bu sərəncamına, deyərdim ki, Cocuq Mərcanlı kəndinin sakinləri qədər mən də sevindim. Çünki oğlum Faiq Rzayev 1994-cü ildə Cocuq Mərcanlı kəndinin erməni silahlı qüvvələrindən azad edilməsində qəhrəmanlıq göstərmiş, son damla qanına qədər vuruşmuş, düşməni ərazilərimizdən qovulmuşdur. Cocuq Mərcanlının ilk şəhidi mənim oğlumdur. Oğlum II Şəhidlər xiyabanında dəfn olunub. 2014-cü il martın 8-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid oğlum Faiq Rzayev “İgidliyə görə” medalı ilə təltif olunub. Dövlət başçısının bu sərəncamı 8 Mart Beynəlxalq Qadınlar Bayramında mənə ən böyük hədiyyə oldu. Həyatım boyu belə qiymətli hədiyyə almamışdım. Sevincimin həddi-hüdudu yox idi. Həmin medal Daxili Qoşunların rəhbərliyi tərəfindən şəhid anası kimi mənə təqdim olundu.
İndi sevincimin üstünə daha biri əlavə olunub. Oğlumun qanı tökülən Cocuq Mərcanlı kəndi bərpa olunur, artıq bu kənddə abadlıq işlərinə başlanılıb. Sevinirəm ki, bütün bunlarda mənim də oğlumun zəhməti var.
Faiq Rzayev 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə başlayıb. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edir, cəbhədə qanlı döyüşlər gedirdi. Ölkədə yaranmış özbaşınalıq, ordudakı intizamsızlıq, anarxiya bizi hər addımbaşı məğlubiyyətlə üzləşdirirdi. Hər gün cəbhədən xoşagəlməz xəbərlər eşidirdik.Əsgər analarının qulağı səsdə, gözləri yolda idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etməsi ümidlərimizi artırdı. Bizi bir qədər rahatlaşdırdı.
1994-cü ildə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda genişmiqyaslı tədbirlər başlananda oğlum Faiq də Daxili Qoşunların tərkibində ən qaynar nöqtəyə-Füzulu rayonuna getdi. Rayonun Əhmədalılar, Arayıtlı, Qazaxlar kəndlərinin, Horadiz şəhərinin düşməndən azad edilməsində mərdliklə vuruşdu. Oğlum boylu-buxunlu və təcrübəli olduğundan onu kəşfiyat qrupuna daxil etmişdilər. 1994-cü ildə kəşfiyyat qrupunun 6 üzvü düşmənin mövqeyini öyrənmək üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə göndərilir. Həmin vaxt ermənilər bu kəndi işğal altında saxlayırdılar. Kəşfiyyat qrupu düşmənin mövqeyini öyrənib geri qayıdanda mühasirəyə düşüb və əsgərlərimiz səhərə qədər ermənilərlə vuruşublar. Sonra ordumuz Cocuq Mərcanlıya daxil olub. Kəşfiyyatçılarımızdan 4-ü yerindəcə həlak olmuşdu, ikisi isə ağır yaralanmışdı. Onları təcili hospitala çatdırsalar da, həyatlarını xilas etmək mümkün olmamışdı.
1994-cü il martın 21-də Faiq Rzayev gözlərini əbədi yumdu. Ancaq onun qanı yerdə qalmadı. Çünki artıq Cocuq Mərcanlı düşməndən azad olunmuşdu.
Oğlum Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbin məzunu olub. Bu gün 150 nömrəli tam orta məktəb şəhid Faiq Rzayevin adını daşıyır.
Sonradan Cocuq Mərcanlıda şəhid olmuş kəşfiyyatçıların valideynləri ilə birlikdə həmin kəndə yollandıq. Uşaqlarımızın qanı tökülmüş yeri bizə göstərdilər. Dedilər ki, 6 nəfər kəşfiyyatçı Cocuq Mərcanlının azad olunmasında qəhrəmanlıq göstərib və ermənilər qorxularından kənddən qaçıblar. Mən həmin yeri dəfələrlə ziyarət etmişəm.
Cocuq Mərcanlıda aparılan abadlıq və yenidənqurma işləri məni hədsiz dərəcədə sevindirir. Neçə illərdən bəri gözlədiyim gün, nəhayət yetişdi. Ümid edirəm ki, abadlıq və yenidənqurma işlərində bu kəndin azadlığı uğrunda canını qurban vermiş 6 kəşfiyyatçının qanının töküldüyü yerdə onların şərəfinə abidə qoyulacaq və hər birinin adı bu abidənin üzərinə həkk olunacaq.
Rüxsarə MƏMMƏDOVA, şəhid anası, dəmiryolçu
Hörmətli DİA.AZ! Bir şəhid anası kimi Sizdən xahiş edirəm ki, Cocuq Mərcanlının ilk şəhidi olmuş oğlumun və digər 5 şəhid kəşfiyyatçının həmin kənddə adları yazılmış xatirə lövhəsinin qoyulması barədə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırasınız. Bu, Sizin biz şəhid analarına ən böyük hörmt və ehtiramıınız olar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
|