Hərbi Dəniz Qüvvələrinin komandanı yeri nə vaxtadək boş qalacaq? - Düşmənimiz dəniz yolunu da bilir...
Tarix: 10-08-2015, 10:12 | Çap et
 Dünən mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və mən deyərdim ən əsas zərbə güclərindən biri olan Hərbi Dəniz Qüvvələrimiz (HDQ) ilə bağlı bir yazı dərc olunmuşdu. (http://az.apa.az/news/392987) Daha doğrusu, Beynəlxalq Hərbi Oyunlar çərçivəsində “Xəzər kuboku-2015” müsabiqəsində 3 ölkənin iştirak etdiyi yarışmada bizimkilərin sonuncu yeri tutması faktı bizim mətbuat tətəfindən 3-cü yeri tutduq kimi göstərilmişdi. Nə deyirəm, olsun. Mən fərd olaraq etiraz etmirəm. Amma, mənim qürüruma və zabit kimi şərəfimə toxunan bir sıra məqamlar olduğuna görə, bu hadisənin üzərindən sükutla keçmək mümkün olmadı.Nədən uzun illər Hərbi Dənizçilik ənənələri olan Azərbaycan HDQ yalnız bu yaxınlarda öz Hərbi Dəniz Donanmasını formalaşdıran Qazaxstandan zəif nəticə göstərsin? Rusiya Hərbi Dəniz Donanmasını hardasa başa düşmək olar. Bunlar illərlə, əsrlərlə bu sahəni inkişaf etdirir, ona diqqət ayırırlar. Çünki, başqa yolları da zatən yoxdur. Onlar dörd bir tərəfdən dəniz təhlükəsi ilə üz-üzədirlər. Amma, bizimkilərin belə sönük və gözlənilməz nəticə göstərməsi, şəxsən məni çox üzgün etdi. Nədən belə bir mötəbər dəniz təlimləri zamanı bizim ölkənin adı o qədər də yaxşı olmayan bir formada hallandırılsın? Ola bilsin ki, kimlərsə bu faktın üzərindən sükutla ona görə keçirlər ki, məsələnin incəliklərini, ya da məğzini bilmirlər. Xəzər Dənizinə və ya orada olan iqtisadi-siyasi vəziyyətə nədənsə bu sahəyə birbaşa cavabdehlik daşıyan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin münasibəti məni çox narahat edir.Biz ölkəmizə qurudan təhlükələrdən, təhdidlərdən daha çox danışırıq, nəinki Xəzərdən yaşana biləcək ciddi problemlərdən. Baxmayaraq ki, hər şeyi incəliklərinə qədər açıq yazmaq mümkün deyil, mən bu haqda bir neçə dəfə həyacan dolu fikirlərimi həm rəsmi şəxslərə, həm də mətbuat vasitəsiylə ictimaiyyətə çatdırmağa çalışmışam. Amma, görünən odur ki, bizim bəzi cavabdeh məsul şəxslər ya bilərəkdən bu son dərəcə vacib dövləti məsələyə diqqət ayırmirlar, ya da bilməyərəkdən belə həssas sahəyə nəzər-diqqətlərini zəiflədiblər. Bu isə çox təhlükəli və yolverilməzdir. Nəyini və niyəsini isə bəzi bəlli səbəblərdən açıq mətbuatda yazmağa lüzum görmürəm. Çünki bu ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı çox mühüm məqamlardır. Kimsə bu xırda bir xəbərə adi xəbər kimi yanaşa bilər. Mən isə, belə düşünürəm ki, bu bapbalaca xəbərdə bizim üçün ciddi nəticə çıxarılmalı və düşünüləsi çox işlər var. Xəzər Dənizi ilə bağlı bizim HDQ-miz, bütün gəmi və avadanlıqlarımız ən yüksək səviyyədə hazır vəziyyətdə olmaqla yanaşı, bütün şəxsi heyət çox ayıq-sayıq olmalıdırlar. Yuxarıda qeyd etdiklərimə ola bilsin ki dostlardan, kimlərinsə iradı və ya əks arqument kimi fikirləri olsun ki, bizim Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi Xəzər Dənizində mütəmadi olaraq təlimlər keçirir, döyüş hazırlıqlarını artırırlar. Razıyam. Amma, unutmayaq ki, adlarını çəkdiyim qurumların funksiya və vəzifələri tamam başqadır və Allah göstərməmiş, sabah Xəzər Dənizində baş verə biləcək hər hansı bir real təhlükəni onlar deyil, bu işə birbaşa cavabdehlik daşıyan HDQ-miz dəf etməlidirlər. Sonda bütün yazdıqlarımla yanaşı bir mühüm məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi - həm müdafiə naziri general-polkovnik Zakir Həsənov, həm də Silahlı Qüvvələrin döyüş hazırlığına ən məsuliyyətli şəxs kimi Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov nəhayət ki, Hərbi Dəniz Qüvvələrinin komandanı kimi görmək istədikləri namizədi Ali Baş Komandan cənab İlham Əliyevə təqdim etməyə TƏLƏSMƏLİDİRLƏR. Artıq 2 ilə yaxın müddətdir ki, bu strateji mühüm vəzifəyə hələ də təyinat həyata keçirilməyib. Bu isə heç də xoşagələn mənzərə deyil. Biz unutmamalıyıq ki, ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı ən xırda detal belə gözdən qaçmamalıdır. Azərbaycan Silahlı Qüvvələrinə və onun ən mühüm tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələrimizə bütün işlərində uğur və müvəffəqiyyətlər arzulayıram. Tanrı Azərbaycanımızı və onun əmin-amanlığı təmin edən ordumuzu qorusun!!
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
| • "Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04 |
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
|