ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                 

Anti-Azərbaycan kampaniyası Lavrovun ofisindən idarə edilir – sensasion iddia
Tarix: 8-08-2015, 11:43 | Çap et
Anti-Azərbaycan kampaniyası Lavrovun ofisindən idarə edilir
Redaksiyamıza Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası haqda sensasion xarakterli material daxil olub. Məqalənin müəllifi adının gizli saxlanmasını istəyən, 30 illik staja malik rusiyalı uğurlu karyera diplomatıdır. Hazırda da o, Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyir.

Onu bu materialı hazırlamağa vadar edən əsas səbəb isə özünün qeyd elədiyi kimi, erməni lobbisinin XİN-də, Dövlət Dumasında, Rusiyanın başqa dövlət strukturlarında kök salmasıdır. Oxucularımız, ictimaiyyətin ən geniş təbəqələri üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi, Azərbaycan türkcəsinə çevrilmiş variantda, ixtisarsız və üslubuna toxunmadan təqdim edirik.

Tehrandakı Rusiya səfirinin “erməni altlığı”

Şərq ölkələri ilə əlaqələr diplomatlardan xüsusi ustalıq və istedad tələb edir. Heç yerdə olmadığı qədər məhz bu sahə üzrə işlədiyin cəmiyyətlərdə formalaşmış fikir-rəyləri, adət-ənənələri, toplumun aludəçilikləri, kəsəsi, “yerli spesifika” adlandırılan hər şeyi ciddiyə almaq vacibdir. Misal üçün, etnik yəhudini Səudiyyə Ərəbistanına və ya əksinə, etnik ərəbi İsrailə səfir göndərmək olmaz.
Sadalanan xüsusiyyətlər nəzərə alınarsa, 2011-ci ilin oktyabrında Ermənistan əsilli Levan Caqaryanın İrana Rusiya səfiri göndərilməsi qəribədən də betər, hətta qalmaqallı hadisə idi, nədən ki, İran əhalisinin 1/3-dən çoxunu etnik azərbaycanlılar təşkil edir (rəqəm reallıqda daha böyükdür - red.) Bu, elə Rusiyanın Ermənistana etnik azərbaycanlını səfir göndərməsi kimi eyni şeydir.

Yersiz olmaz xatırlatsaq ki, Azərbaycan-Ermənistan konflikti zamanı Tehran müdrikdən də artıq müdrik bir mövqe sərgilədi, emosiyalara imkan vermədi və İrandakı ciddi yerli siyasi elitaların Azərbaycana təcili kömək eləməklə bağlı tələblərini rədd elədi. Bununla da İran və onun Ali dini lideri faktiki surətdə Ermənistanı xilas eləmiş oldu. Üstəlik, bununla Güney Qafqaz regionunu total müharibədən və qarmaqarışıqlıqdan qurtardı. Tehran bunun hesaba alınmasını və Moskvadan daha ölçülü-biçili qərar gözləyirdi, nəinki erməni əsilli birinin səfiri təyin edilməsini.

Qeyd edək ki, 1996-cı ildə, 40 yaşlı Levan Caqaryan yalnız Rusiyanın İrandakı səfirliyinin 1-ci katibi postunadək yüksəlmişdi. Bu, çox ləng bir yüksəliş hesab olunur. Sonra o, Tacikistana - postsovet Orta Asiyanın təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan bir dövlətə elçi-müşavir göndərildi. Və yenə eyni mənzərə: Caqaryan təşəbbüslər göstərmədi, bu ölkədə Rusiyanın maraqlarını irəli aparmaq üçün can yandırmadı, operativ və vacib problemlərin həllinə formal yanaşdı. Həm Tehranda, həm də Düşənbədə boş məşğuliyyət və qeyri-sağlam lovğalıqdan savayı heç nə ilə yadda qalmadı. Bir sözlə, diplomatiyanın yalnız təmsilçilik funksiyası və tapşırıqlarını yerinə yetirən tipik bürokratdır ki, var.

Müstəqillik və dövlətçi düşüncə tərzi tələb edən vəzifələr belələri üçün əks-göstərişdir. Ona görə də Düşənbədən sonra o, Rusiya XİN-in mərkəzi aparatında lövbər saldı. Ola bilsin, orada o, heç nə ilə yadda qalmadan pensiyayadək sakitcə işləyərdi, əgər Moskvada, ümumən Rusiyada da “erməni intibahı” baş verməsəydi.

Bu “intibahın” pik məqamlarından biri 2004-cü ilin martına - tər-təmiz erməni olan Sergey Lavrovun (əsas familiyası Kalantarovdur, Lavrov isə atalığının soyadıdır) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı. Buna əmin olmaq üçün Sergey Lavrovun 11 ildir başında durduğu xarici siyasət idarəsində vəzifə alan ermənilərin və rusların nisbətinə nəzər salmaq kifayətdir.

Doğrudur, buna kimi “gürcü intibahı” da olmuşdu: xarici işlər naziri Eduard Şevardnadzenin dönəmində SSRİ XİN-in müxtəlif həlqələrinə yüzlərlə etnik gürcü axışıb gəlmişdi və 1990-cı ilin sonu üçün onlar faiz nisbətində artıq SSRİ XİN-in şəxsi heyətinin 20 faizindən çoxunu təşkil edirdilər.

İki çeçen müharibəsi və Rusiyanın “müsəlman” regionlarından olan paytaxt diasporların zəifləməsindən sonra erməni diasporunun Moskva biznes və siyasətinə təsiri və nüfuzu kəskin artdı. Görünür, yeni nazirin bioqrafiyasında etnik faktı nəzərə alaraq Zamir Kabulov - XİN-in İkinci Asiya Departamentinin direktoru (yeri gəlmişkən, Rusiyadan keçən NATO-Əfqanıstan tranzit marşrutunun təşəbbüskarlarından olub) Levan Caqaryanın namizədliyini Yaxın Şərqin həlledici ölkələrindən birinə səfir təklif edib (Rusiya XİN-in qara funksioneri Zamir Kabulov haqda ayrıca xüsusi yazı olacaq).

Söz düşmüşkən, çoxları bilir ki, Kabulov İrana və iranlılara olduqca neqativ münasibət bəsləyir. O, “İranlılar əfqanlardan betərdir!” ifadəsinin müəllifidir və bununla fəxr edir. Vaxtilə İran tərəfinin təşəbbüs göstərdiyi onlarla görüş məhz onun sayəsində, quru bürokratik bəhanələrlə - “Sizin arzunuz rəhbərliyə çatdırılacaq”, “Biz sizin təşəbbüsünüzə baxacağıq” və ya “Rusiya tərəfi hesab edir ki, belə bir görüşə heç bir lüzum yoxdur” şəklində cavablarla əngəllənib.

Bu, onun tərəfindən əvvəla, aşkar qərbyönlü oriyentasiyasına görə edilirdi. İkincisi, onun iranlılara münasibətdə mövqeyinə belə bir fakt iz qoyub: 1983-cü ilin aprelində, diplomatik karyerasının başlanğıcında o, 18 sovet diplomatından biri kimi “persona non-qrata” elan edilib və Tehrandan qovulub. Bununla da, necə deyərlər, “İran sindromu” qazanıb.
Ancaq siyasi düşüncəsi yerli-dibli olmayan Kabulov zəif diplomat, həddən-ziyadə kobud və özü haqda yüksək fikirli insan olsa da, rəhbərliyin ovqatını tutmağı əla bacarır. İrana səfir təyin edilməsi zamanı bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub. Üstəlik, belə bir təyinat bütün bu illər ərzində tamahkarlıqdan alışıb-yanan gözləri ilə İran bazarına baxan beynəlxalq erməni lobbisinin artan maraqlarına da cavab verirdi.

İstisna deyil ki, təyinat zamanı başqa motivlər də əsas götürülüb. Amma məhz bu versiya (erməni amili - red.) hər halda, az-çox məntiqli şəkildə izah edir ki, nədən adi, tamamilə önəmsiz bir məmur Rusiyanın xarici siyasəti üçün ən mühüm postlardan birinə göndərilib?
Xarakterikdir ki, həmin 1996-cı ildə Tehranda Levan Caqaryanla birgə etnik azərbaycanlı Əli Mustafabəyli də elçi-müşavir (yəni Rusiya səfirinin müavini) işləyirdi. Di gəl, 15 il sonra Caqaryan İrana səfir kimi qayıtsa da, Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Özü də bu təyinatadək o, həmin vəzifədə artıq bir dəfə işləmişdi. Baş konsul postu isə səfir olmadıqda onu əvəzləyən elçi-müşavirlikdən aşağı vəzifə sayılır. Səbəb aydındır yəqin ki - Əli Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb.

* * * * *

Uşaq kaprizlərinə, qeyri-sağlam lovğalığına və diktator davranışına görə səfirlik əməkdaşlarının tezliklə yerli “şahənşah” adı verdiyi Caqaryanın işinin yekunlarının Rusiyanın İrandakı maraq və hədəflərinə sözsüz ki, heç bir dəxli yoxdur. Onun səfir olduğu müddətdə iki ölkə arasında mal dövriyyəsi tarixi minimuma enib. Tehran-Moskva münasibətlərində daima ciddi anlaşılmazlıqlar yaşanır. Rusiyanın İran siyasətini qiymətləndirən müşahidəçilərdə həmişə belə təəssürat yaranır ki, Rusiya XİN-i, sadəcə olaraq, bu ölkədə baş verənlərə, İran cəmiyyətində və rəhbərliyində bu və ya digər məsələlərə hansı baxışların mövcud olmasına oriyentasiya etməyi bacarmır.

Moskva, necə deyərlər, “kor-koranə” hərəkət edir, iranlılar baş verənlərdən heç nə başa düşə bilmirlər, səfir fəaliyyətini səfirlik ərazisi ilə məhdudlaşdıran Caqaryan isə yerli KİV-lərlə, siyasətçilərlə, ictimaiyyət nümayəndələri ilə işləməkdən qaçır. İranın siyasi, işgüzar və mədəni dairələri ilə ciddi əlaqələrin yaradılmasına nail olmur, buna can atmır - çünki sadəcə olaraq, vəziyyəti, yerli qüvvələr nisbətini və elitaların ovqatını bilmir. Ona etimad göstərilmir və praktik surətdə heç bir səviyyədə qəbul eləmirlər.

Levan Caqaryan uzun müddət öz səriştəsizliyini onunla ört-basdır elədi ki, qərbyönlü prezident Dmitri Medvedyev dönəmində Rusiya Qərblə “yumşalma” siyasəti həyata keçirməyə və Tehrana münasibəti Vaşinqton və İsrailin mövqeyini nəzərə almaqla qurmağa başlamışdı. Məhz həmin dönəmdə BMT Təhlükəsizlik Şurasının bir sıra anti-İran qətnamələrini Moskva dəstəkləmiş, demək olar, Buşehr AES-in tikintisini dayandırmış, İrana S-300 zenit-raket sistemlərini verməkdən imtina eləmişdi və Tehranla dünya arenasında, Yaxın Şərq üzrə qarşılıqlı əməkdaşlıqdan uzaqlaşmışdı.

Ancaq 2012-ci ildə Moskvada situasiya köklü surətdə dəyişdi, çünki...

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru