"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                 

Məşhur Frenk Elkapone Nazim İbrahimovdan giley etdi... - "Nazim İbrahimova əməkdaşlıq üçün 5 məktub göndərdik"...
Tarix: 7-08-2015, 12:27 | Çap et
Məşhur Frenk Elkapone Nazim İbrahimovdan giley etdi...
Modern.az saytı “Dünya Azərbaycanlıları Birliyi” Beynəlxalq İctimai Təşkilatlar İttifaqının sədri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun koordinasiya şurasının sədri, ictimai xadim və siyasətçi Fizuli Məmmədovla müsahibəni təqdim edir.

- Füzuli müəllim, son aylarda “Dünya Azərbaycanlıları Birliyi” (DAB) təsir altına aldığı ölkələrin sayını xeyli genişləndirib. DAB-ın nümayəndəlikləri Türkiyədə, Almaniyada, İsveçdə, Ukraynada, İtaliyada və digər ölkələrdə açılıb. Azərbaycanın bir çox diaspor təşkilatlarının böhran yaşadığı şəraitdə bunu necə bacardınız?


- Uğurumuzun sirri çox sadədir. Biz heç yerdə intriqalarla müşayiət olunacaq rəqabət atmosferi yaratmağa çalışmırıq. Bütün ölkələrdə artıq formalaşmış diaspor təşkilatları ilə münasibət qurmağa çalışırıq. Bizim Birliyə diaspor təşkilatlarında uzun illər çalışmış və bu sahədə xeyli təcrübə toplamış insanlar daxil olur. Birliyimizə üzv olmaq, yaxud əməkdaşlıq etmək istəyənlərin sayı çoxdur. Lakin iş münasibətləri qurmazdan qabaq, biz onların əvvəllər çalışdığı diaspor təşkilatlarının tarixini və onların fəaliyyətini araşdırırıq. Gələcək partnyorlarımızın və nümayəndələrimizin reputasiyasını öyrənirik. Nəticədə, DAB-ın nümayəndəsi olaraq təmiz reputasiyaya mailk insanları seçirik.

- Bəs DAB əməkdaşlıq etmək istəyənlərdən kimə ilk növbədə rədd cavabı verir?


- İlk növbədə, reputasiyası təmiz olmayanlara. Belə insanlar bizə lazım deyil. Əgər hər hansı ölkədə bizim təmsilçimiz olmaq istəyən şəxsin reputasiyası təmizdirsə, biz onu DAB-ın Baş Şurasının növbəti iclasına dəvət edirik.

Baş Şuranın üzvləri ona müxtəlif suallar verir, verilən cavab isə həmin insanın bütün müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə yarım edir. Əgər həmin insan Azərbaycan diasporunun hansı təşkilatını, yaxud nümayəndəsini “qaralamaq”la məşğuldursa, biz həmin insanın DAB-a olan yolunu kəsirik. Paxıl və intriqaçı insanlarla yollarımız ayrıdır. Yalnız müsbət əhvallı, mehriban xarakteri olan və öz soydaşları ilə qısa vaxtda isti münasibət qura bilən şəxslər bizə lazımdır ki, dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarını “Dünya Azərbaycanlıları Birliyi”nin ətrafında birləşdirə bilək.

- Amma DAB Azərbaycan diasporunu birləşdirməyə çalışdığı məqamda, azərbaycanlıların digər diaspor təşkilatlarının parçalanması baş verir. Yaxınlarda Ümumdünya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti (AzərRos) parçalandı. Sizcə Azərbaycan diasporundakı parçalanma nə ilə bağlıdır?

- Azərbaycan diasporunun əsas problemi liderlik uğrunda mübarizədir. Məhz bəzi diaspor strukturlarının yüksək liderlik ambisiyaları ictimai təşkilatlar daxilində intriqalara səbəb olur. Həm Ümumdünya Azərbaycanlıları Konqresu, həm də “AzərRos” belə intriqaların qurbanı olub. Təəssüf ki, məhz “rütbə” uğrunda diaspor liderləri arasındakı mübarizə nəinki Rusiya, digər ölkələrdə də Azərbaycan diasporunun əsas problemidir. Bütün intriqalar pərdə arxasında kimin lider və nüfuz sahibi olacağı ilə bağlı söhbətlərlə başlayır. Belə danışıqlar hər zaman diaspor təşkilatları daxilində müxtəlif qruplaşmaların yaranmasına və sonradan təşkilatın gələcəkdə dağılmasına rəvac verir.

- Nə üçün Azərbaycanın diaspot təşkilatları, o cümlədən “AzərRos” öz daxilindəki konfliktli situasiyanı həll etmək üçün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə deyil, yerli məhkəmə instansiyalarına müraciət edir? Məntiqlə yanaşsaq, Azərbaycan diasporu daxilində bu tipli mübahisələrlə Azərbaycanın müvafiq dövlət strukturu məşğul olmalıdır.

- Bəli, siz haqlısınız. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi belə konfliktli məsələlərdə aktiv iştirak etməlidir ki, diaspor təşkilatlarımızın daxilində yaranan münaqişələri, intriqalari ictimailəşdirməsinlər. Lakin çox təəssüf ki, həmin bu Komitə Azərbaycan diasporu daxilində yaranmış mübahisələri həll etməkdə hakim rolunu oynamaq yerinə, kənara çəkilərək, milynolarla azərbaycanlının gözü qarşısında “AzərRos”, Dünya Azərbaycanlıları Konqresi kimi təşkilatların dağılmasını seyr edir. Bunlara baxmayaraq, komitəyə böyük ümidlər bağlayırıq. Unutmaq olmaz ki, Diasporla İş üzrə Dövlət Komitəsi vaxıtiilə ümumilli lider Heydər Əliyev tərəfindən yaradılmışdı. O, diasporu “millətin qanadları” adlandırırdı.

- Azərbaycan diasporunun daxilində şayiələr gəzir ki, Diasporla İş üzrə Dövlət Komitəsi yalnız Azərbaycan hakmiyyətinə loyal olan və yalnız “pulgüdən” diaspor təşkilatlarını dəstəkliyir, rəsmi Bakı onlara maliyyə və siyasi yarıdmlar edir...

- Mən bilmirəm, siz hardan belə informasiya əldə etmisiz. Lakin əgər bu məlumat düzgündürsə, onda Diasporla İş üzrə Dövlət Komitəsinin imicinə müsbət təsir etməyəcək və Azərbaycan diasporundakı dağınıqlığı daha da gücləndirəcək. Amma yenə də mən soydaşlarımızın heç bir təşkilatını “pulgüdən” adlandırmazdım. Kimisə damğalamaq və intriqa yaratmaq mənim işim deyil. Belə söhbətlər Azərbaycan diasporunu daha da pərən-pərən salır. Amma biz əksinə, “Dünya Azərbaycanlıları Birliyi” çərçivəsində dünyadakı bütün Azərbaycan diasporlarını birləşdirməyə çalışırıq.

Bundan başqa, əminəm ki, Azərbaycan diaspor təşkilatları ilə Azərbaycan hakimiyyəti arasında dostluq münasibətləri olmalıdır. Diaspor təşkilatları Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin simasında özünə etibarlı hami, Azərbaycan hakimiyyəti isə diaspor təşkilatlarının simasında özünə etibarlı dayaq görməlidir.

- Bəs “Dünya Azərbaycanlıları Birliyi” ilə Azərbaycan Diaspoorla İş üzrə Dövlət Komitəsi arasında münasibətlər necədir?

- Biz Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə xoşməramlı iş münasibətləri qurmağa çalışırıq. Çünki mən inanıram ki, Azərvbaycan diaspor təşkilatları bu Komitə ətrafında birləşməlidir. “Dünya Azərbaycanlıları Birliyi” bu ilin fevralından başlayaraq, Diasoporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova əməkdaşlıq təklifi ilə bağlı 5 məktub göndərib. Biz bu Komitənin sədri ilə görüşüb, daha sıx əməkdaşlıq qurmaq istəyirik. Ona maliyyə dəstəyi üçün müraciət etməmişik. Bizim öz maliyyə mənbələrimiz kifayət qədərdir. Son məktubları biz maraq üçün göndərdik: yoxlamaq istəyirdik ki, bəlkə ilk məktublarımız hansısa intriqa üzündən Nazim İbrahimova çatmayıb. Lakin təəssüf ki, biz göndərdiyimiz heç bir məktuba cavab ala bilmədik.

Əgər Dünya Azərbaycanlıları Konqresinin dağılması və “AzərRos”un daxilində intriqaların dayandırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi heç bir iş görmədisə və beynəlxalq səviyyəli diaspor təşkilatlarımızdan olan “Dünya Azərbaycanlıları Birliuyi”nin 5 məktubuna cavab vermədisə, deməli Dövlət Komitəsinin işininin daha yaxşı qurulmasını arzulmaq qalır.

- Füzuli müəllim, Azərbaycan diasporu daxilində intriqalara son qoymaq üçün nə təklif edirsiniz?

- Diaspor daxilindəki intriqa və çəkişmələrə birdəfəlik son qoymaq üçün təcili sürətdə soydaşlarımızın təmsil olunduğu bütün diaspor strukturları tərəfindən mütləq şəkildə riayət olunacaq “Azərbaycan Diaspor Təşkilatlarının etik kodeksi” qəbul olunmalıdır.

- Bəs kodeksinin əsasında hansı kriteriyalar durmalıdır?

- Bu kodeksdə soydaşlarımızın diaspor təşkilatlarının üzləşdikləri problemləri həll edəcək normalar olmalıdır. Diaspor işləri ilə məşğul olan şəxslər Azərbaycan diasporunu vahid qanad altında birləşdirmək üçün müəyyən kriteriyalara riayət etməlidirlər. Məsələn, diaspor təşkilatlarında kollegial rəhbərlik alında idarə olunacaq effektli sistem yaratmaq olar.

Bu zaman qərarlar hakimiyyəti ələ almış bir nəfər tərəfindən deyil, soydaşlarımızın hörmət etdiyi nüfuzlu insanlardan ibarət kollegiya tərəfindən veriləcək. Rəhbər orqanın belə mexanizm altında fəaliyytət göstərməsi, diaspor təşkilatında yüksək vəzifə tutan şəxsi öz liderlik ambisiyalarını azaltmağa vadar edəcək. Bu isə öz növbəsində, diasporda komanda ruhu yaradacaq və təkhakimiyyətlik uğrunda mübarizəyə son verəcək. Məhz liderlik uğrunda mübarizə Dünya Azərbaycanlıları Konqresi və “AzərRos” kimi diaspr təşkilatlarının parçalanmasına səbəb olur. Bundan başqa, Azərbaycanın və azərbaycanlıların imicini bütün dünyada yaxşılaşdırmaq üçün diaspor liderləri KİV-in xidmətindən yararlanaraq, bir-birini ictimai şəkildə təhqir etməməlidirlər.

Diaspor təşkilatında vəzifə tutan istənilən azərbaycanlı bircə “qızıl qayda”nı yadda saxlamalıdır: “Azərbaycan və azərbaycanlılar haqda ictimai yerdə ya yaxşı danışmaq olar, ya da ümumiyyətlə, danışmamaq”.

Yaradılacaq “Azərbaycan Diaspor Təşkilatlarının etik kodeksi”nin ayrı-ayrı şəxslərin deyil, bütün diasporun mövqeyini əks etdirməsi üçün hər bir soydaşımız kodekslə bağlı öz mövqeyini deyə bilməli və onun hazırlanmasında öz əməyini də əsirgəməməlidir. Kodeksin son varinatı isə bütün dünyadan toplaşacaq Azərbaycan diasporu təşkilatlarının beynəlxalq qurultayında qəbul olunmalıdır.

- Füzuli müəllim, axı belə qurultayın keçirilməsi böyük təşkilati səylər və böyük maliyyə resursları tələb edən gərgin işdir?

- Bizim “Dünya Azərbaycanlıları Birliyi” belə qurultayı təşkil etməyə hazırdır və onun keçirilməsi üçün tələb olunan maliyyə mənbələrinin axtarılmasında yardımçı ola bilər. Biz belə tədbirlərin qiymətini və əhəmiyyətini yaxşı bilirik. Lakin diasporumuzun birliyi üçün maliyyə resurslarımızın bir hissəsini bağışlamağa hazırıq. Çünki “Azərbaqycsn Diaspor Təşkilatlarının etik kodeksi” yaradılmayana qədər Azərbaycan diasporunun birliyi barədə deyilən bütün sözlər mənasızdır.

- Azərbaycan diasporunun bəzi nümayəndələri yaxınlarda Rusiya Ədliyyə Nazirliyinə müraciət edərək “Rusiya Azərbaycanlıları İttifaqı” adlı yeni ictimai təşkilat yaratmaq barədə müraciət etdilər, lakin rədd cavabı aldılar. Siz bu haqda nə deyə bilərsiniz.

- Hər kəs öz ictimai təşkilatını yaratmaq hüquna malikdir. Lakin kimsə həqiqətən Azərbaycan diasporunun vahid struktur altında birləşməyini istəyirsə, onlar bunu “Dünya Azərbaycanlıları Birliyi” çərçivəsində edə bilərlər. Bizim təşkilatın qapıları bütün soydaşlarımızn üzünə açıqdır. Bu yaxınlarda məni növbəti 5 il üçün “Dünya Azərbaycanlıları Birliyi” Beynəlxalq İctimai Təşkilatlar İttifaqının sədri və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun koordinasiya şurasının sədri postuna seçdilər. Azərbaycan diasporunun bütövlüyü naminə mən öz postumu DAB və ÜAMF-ın növbəti qurulyatının seçəcəyi və soydaşlarımızın hörmətini qazanan istənilən şəxsə təhvil verməyə hazıram. Mənim diasporumuza rəhbərlik etməklə bağlı heç bir ambisiya və planım yoxdur. İnanıram ki, diasporumuzun birləşməsi ayrı-ayrı şəxslərin liderlik uğrunda mübarizəsi fonunda deyil, kollegial rəhbərlik altında baş verməlidir.

- Siz Rusiyada Azərbaycan diasporunun yaradılması prosesinin bünövrəsində olmusunuz. Sizcə, diasporumuzun birləşməsinə nə mane olur?

- Mən 1988-ci ildə Rusiyada Azərbaycan diasporunu yaradan ilk şəxslərdən olmuşam. O vaxt biz ilk növbədə diasporumuzun birliyi haqda düçünürdük. Buna görə də ilk diaspor təşkilatımızı “Azərbaycan birliyi” adlandırmışdıq. “AzərRos” ətrafında və daxilində baş verən konflikt 27 il sonra belə birlik probleminin Azərbaycan diasporu üçün həll olunmamış qaldığını göstərdi. Bu gün Azərbaycan diasporu üçün əsas məsələ birlik və həmrəylik problemidir. Bizim diasporumuzun birliyinə tez-tez çirkin informasiya müharibəsi ilə müşayiət olunan liderlik savaşı mane olur. Ona görə də ümumi səylərlə “Azərbaycan Diasporu təşkilatlarının etik kodeksi”ni qəbul etməyincə, diasporumuz əvvəlki kimi pərakəndə qalacaq.

- Bəs ilk diaspor təşkilatı olan “Azərbaycan Birliyi”ni necə yaratdınız?

- İlk diaspor təşkilatımızı yaradan zaman hamımızda böyük ruh yüksəkliyi var idi. Biz şəxsi maraqlarımız barədə düşünmürdük və Azərbaycan diasporunun formalaşması üçün bütün güc və səylərimizi birləşdirmişdik. O vaxt hələ “diaspor” anlayışı yox idi. Bu, azərbaycanlı vətənpərvərlərin birləşdiyi bir təşkil idi. Moskvada yaşayan bir çox məşhurlarımız bizim tədbirlərdə iştirak etməyə çalışırdılar.

“Azərbaycan birliyi” təşkilatının yaradılması prosesində biz o zaman istefaya göndərildikdən sonra Moskvada yaşayan ümumilli liderimiz Heydər Əliyevlə də məsləhətləşmişdik. Ümumilli lider kimi Heydər Əliyev bizə Rusiyada yaşayan yerlilərimizi, xüsusən Moskva ali məktəblərində oxuyan tələbələrimizi öz sıralarımızda birləşdirmək, onlara yardım etmək barədə məsləhətlərini verdi. Heydər Əliyev bizə Azərbaycanın nüfuzunun qaldırılması yönündə aktiv işləməyə və azərbaycanlıların imicinə zərər gətirməməyi məsləhət görmüşdü.

- Yəqin ki, diasporla bağlı bu hadisədən sonra sizin Azərbaycan hakimiyyəti ilə xoşməramlı münasibətləriniz qurulub...

- Münasibətlər ikitərəfli olur. Mənim və mənim başçılıq etdiyim diaspor təşkilatının Azərbaycan hakimiyyətinə münasibəti çox istidir. Biz Avropa ölkələrində və Rusiyada Azərbaycanın etibarlı dayağı olmağa çalışırıq. Azərbaycan hakimiyyətinin isə mənə və başçılıq etdiyim diaspor təşkilatına bəslədiyi münasibəti yaxşı olar ki, onların özündən soruşasınız.

- Füzuli müəllim, siz siyasətlə məşğul olmağı planlaşdırırsınız?

- Maraqlıdır ki, mart ayından bəri bir çox jurnalistlər bu barədə mənə sual verirlər. Məndə elə təəssürat yaranıb ki, payızda Azərbaycanda baş tutacaq parlament seçkiləri öncəsi kiminsə məni siyasi intriqaların içinə salmaq niyyəti var. Amma mən dəfələrlə demişəm ki, heç bir siyasi ambisiyam yoxdur. 2007-ci ildən bəri isə ümumiyyətlə, Azərbaycanda olmamışam. Ona görə Azərbaycanın siyasət mətbəxindən çox uzağam. Mənim “Dünya Azərbaycanlıları Birliyi”nin rəhbəri və“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun koordinasiya şurasının sədri postlarım ictimai xarakter daşıyır və siyasətlə bağlı deyil.

Amma bu gün həyatımızın idmandan mədəniyyətə və incəsənətə kimi bütün sahələri siyasətlə sıx bağlı olduğu üçün müəyyən şərtlər altında azərbaycanlıların, o cümlədən bizim diaspor təşkilatların siyasi proseslərin mərkəzində olmasını istinsa etmək olmaz. Ona görə siyasətin arxamızca düşdüyü şəraitdə mənim siyasətdən tam uzaqlaşdığımı demək olmaz. Biz siyasətlə məşğul olmuruq, amma siyasətin bizimlə məşğul olmayacağına təminat vermək olmaz.

- Dediniz ki, sizdə yaranan təəssürat “kiminsə sizi siyasi intriqalara cəlb etmək niyyətində olduğu” yönündədir. Siz niyə belə fikirləşirsiniz?

- Çünki martdan bu günə kimi jurnalistlərin mənə verdiyi sualların 80%-i siyasətlə bağlıdır. Bəzi hallarda bu suallar hətta təxribat xarakteri daşıyır. Məsələn, apreldə Azərbaycandakı qəzetlərdən birinin baş redaktoru “Dünya Azərbaycanlıları Birliyi”nin mətbuat xidmətinə müraciət edib. Onun bütün sualları demək olar ki, siyasi xarakter daşıyırdı. Sualların qaldırdığı məsələlərin ciddiliyin nəzərə alaraq, biz yazılı cavab vermək qərarına gəldik ki, jurnalist mənim sözlərimi təhrif edə bilməsin.

Jurnalistə hazır yazılı cavablarımızı göndərdik və müsahibə dərc olunmazdan qabaq onun bizə təqdim olunmasını xahiş etdik. Dərc olunmazdan qabaq bizə göndərilən müsahibəyə baxan zaman mən orada öz cavablarımı tanıya bilmədim. Jurnalist mənim bütün cavablarımı öz qalmaqallı düşüncələri ilə dəyişib, müsahibəyə qalmaqallı bir başlıq da seçmişdi. Əgər müsahibə həmin halda dərc olunsaydı, yaranacaq böyük qalmaqal mənə və sədri olduğum DAB-a zərər vuracaqdı. Təhrif olunmuş müsahibəni oxuyub, onun dərhal qəzetdən çıxarılmasını tələb etdik. Əks halda isə məhkəməyə müraciət edərək, ondan təkzib istəyəcəyimizi dedik. Həm də ona göndərdiyimiz müsahibə elekton ünvanımızda qalmışdı. Xoşbəxtlikdən, ən son anda həmin başdan-ayağa təhrif olunmuş müsahibəni qəzetdən çıxara bildik.

- Və siz bundan sonra jurnalistklərlə ünsiyyətdən qaçmaq qərarına gəldiniz?

- Mən deməzdim ki, jurnalistlərdən qaçırdım. Amma bir neçə xoşagəlməz epizoddan sonra biz təxribatçı suallar verən, telefonla müsahibə götürüb, dərc olunmazdan qabaq yekun müsahibəni bizə göndərməkdən imtina edən tanımadığımız jurnalistlərlə məsafə saxlamağa başladıq. Biz məcburuq ki, yalnız tanıdığımız və öz adına hörmət edən, müsahibinin fikirlərini dinləyən və onları təhrif etməyən KİV nümayəndələri ilə ünsiyyət saxlayaq.

- Bəs fikrinizcə, kim sizi və DAB-ı hansısa siyasi intriqalara çəkmək istəyir?

- Konkret ad çəkmək istəmirəm. Amma onların kim olduğunu bilirəm. Ancaq onu demək istəyirəm ki, həmin insanlar DAB və Azərbaycan arasında xoş münasibətlərin qurulmasını istəmirlər. DAB-ın artan təsiri və fəaliyyət miqyası onları qorxudur. Ona görə də paxıl və intriqant insanlar DAB ilə Azərbaycan hakimiyyəti arasında dostluq münasibətlərinin olmasını istəmir.

- Fizuli müəllim, siz hansısa yollarla həmin insanlara cavab verməyi düşünürsüz?

- Belə insanların hərəkətlərinə reaksiya vermək onların səviyyəsinə düşmək deməkdir. Biz haqqımızda paxıllıqlarına görə pis şeylər danışan şəxslərə qarşı intriqa ilə məşğul olmaq fikrində deyilik. İrəlidə də sakitcə öz işimizlə məşğul olmaq - DAB tərkibində Azərbaycanın bütün diaspor təşkilatlarını birləşdirmək fikrindəyik.

- Söhbətimizin sonunda gələcək planlarınız barədə məlumat almaq istərdik...

- İndi birləşmək zamanıdır. Biz ilk növbədə böyük Azərbaycan icmasının mövcud olduğu ölkələrdə DAB və “ÜAMF-ın ofislərini açmaq niyyətindəyik. Bunun yanaşı, biz təşkilatımızın təsir dairəsini yalnız yerli diaspor təşkilatlarımız ilə sıx əməkdaşlıqda genişləndirəcəyik. Bu Azərbaycan diasporunun birləşməsini sürətləndirəcək. Azərbaycan diaspor təşkilatları şəbəkələsini birləşdirməyi bitirdikdən sonra yardıma ehtiyacı olan soydaşlarımıza genişmiqyaslı humanitar, hüquqi və maliyyə yardımları göstərəcəyik. Xüsusilə fərqlənən və Rusiya, Türkiyə və Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrə təqaüd ayırmaq da planlarımıza daxildir.

- Onda daha bir sual: Martda DAB Baş Şurası Azərbaycan Milli Məclisinin deputatlarının SSRİ-nin varisi olaraq Rusiyaya Bakı şəhərinə “Qəhrəman şəhər” adı verməsi ilə bağlı səsləndirdiyi təklifi dəstəklədi. Bu hadisə necə başa çatdı?

- Biz bu istiqamətdə böyük iş gördük. Bizə elə gəlirdi ki, artıq hədəfə çatmışıq. Amma hüquqi kazus ortaya çıxdı. Belə ki, Rusiya SSRİ-nin varisi olsa da, Bakıya “Qəhrəman şəhər” fəxri adını verə bilməz. Bu Rusiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlıdır. Rusiya Federasiyasında “Hərbi nüfuz şəhəri” fəxri adının verilməsi qaydaları və şərtləri haqqında Rusiya prezidentinin 2006-cı il 1 dekabr tarixili 1340 nömrəli fərmanı Rusiyaya Bakı üçün ancaq “Hərbi nüfuz şəhəri” fəxri adı verməyə icazə verir. Bu fəxri ad, “Qəhrəman şəhər” adı ilə yanaşı, ayrı-ayrı şəhərlərə “Böyük Vətən Müharibəsi zamanı azadlıq və müstəqillik uğrunda şəhər müdafiəçilərinin göstəridiyi kütləvi qəhrəmanlıq, şücaiət və dözümə görə” verilir.

Buna görə də, öz işimizi Bakıya “Hərbi nüfuz şəhəri” fəxri adının verilməsi ilə başladıq. İş çərçivəsində Rusiyanın bütün müvafiq strukturları ilə məsləhətləşmələr keçiririk, Rusiya və dünya ictimaiyyətinin, KİV-in diqqətinin bu ideyaya yönəlməsinə, Azərbaycanın Böyük Vətən Müharibəsi zamanı verdiyi töhfələrin broşürlər, bukletlər, fotoalbom və digər informasiya daşıyıcılarının köməyi ilə yayılmasına çalışırıq. Fürsətdən isitfadə edib, sizin mətbuat orqanı vasitəsilə Rusiyadakı bütün büfuzlu azərbaycanlılardan xahiç edirəm ki, Bakıya “Hərbi nüfuz şəhəri” fəxri adının verilməsi barədə bizim Rusiya hakimiyyətinə ünvanladığımız müraciəti dəstəkləsinlər. Əgər səylərimizi birləşdirsək, əminəm ki, vətənimizin paytaxtı tezliklə layiq olduğu həmin fəxri adı alacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru