"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                 

Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur - TƏHLİL
Tarix: 24-06-2015, 14:48 | Çap et
Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur
Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur. Bu aksiomdur. Bu qayda bəzi beynəlxalq QHT nümayəndələrinə tətbiq edilsə, onda bu təşkilatların əsas fəaliyyət dairəsini asanlıqla müəyyənləşdirmək olar.

Məsələn, 20 il “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi vəzifəsində çalışan, hazırda Bezye şəhərinin meri kimi fəaliyyət göstərən Rober Menar.

“Krossvord” (Mots CroisГ©es) verilişinin aparıcısının sualını cavablandırdıqdan sonra R.Menar tənqid atəşinə tutulmuşdu. Cavabında R.Menar bildirmişdi ki, onun əmri ilə müsəlman uşaqların statistikası aparılır və bu statistikaya əsasən, Bezye şəhərinin şagirdlərinin 64 faizi islam dininə ibadət edir. Merin fikrincə bu göstərici “çoxdur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın nasist meylləri var – o, Fransanın ultrasağçı milliyyətçi partiyası “Milli cəbhə”dən şəhər meri seçilib. Təsadüfi deyil ki, hələ ötən ilin oktyabrında AFR-in maliyyə naziri Volfhanq Şoyble bu partiyanı “faşist” partiyası adlandırıb.

Verilişdəki bu çıxışından sonra siyasətçilər və hüquq müdafiəçiləri Bezye şəhərinin merini qeyri-qanuni yolla informasiya toplanması və istifadə edilməsində qınadılar. Fransanın baş naziri Manyuel Vals Tvitter səhifəsində belə bir iş tutduğu üçün merin utanmalı olduğunu yazdı. Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Fransanın prezidenti Fransua Olland isə bildirdi ki, R.Menarın fəaliyyəti “Fransa Respublika dəyərləri ilə ziddiyyət təşkil edir”.

Monpelye regional mərkəzinin prokurorluğu şagirdlərin “etnik mənşəyi barədə məlumatların qeyri-qanuni toplanması” məsələsi ilə bağlı ilkin istintaqa başladı. Növbəti gün R.Menar dindirildikdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdi.

“France-2” telekanalı R.Menarı “sərhədsiz təxribatçı” adlandırdı: “Bu təxribatçı sağ düşərgədən sol düşərgəyə keçməklə müxtəlif təxribatlarla məşğuldur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın bundan əvvəl də məhkəmə orqanları ilə problemi olub. Bir neçə il əvvəl, hələ “Sərhədsiz Reportyorlar”a başçılıq etdiyi dövrdə o, etiraf edib ki, təşkilatın büdcəsi əsasən “ABŞ-ın xarici siyasəti ilə sıx əlaqəsi olan Amerika təşkilatlarının” hesabına dolur. Bu təşkilatların arasında milyarder Corc Sorosun “Açıq cəmiyyət təşkilatı” (Open Society Foundation), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və NED var.

2008-ci ildə isə R.Menar USAID-dən qrantların oğurlanmasında ittiham edilib. Məhz R.Menarın katiblik etdiyi dövrdə bu təşkilat Vaşinqtonun sözə baxan oyuncağına çevrilib. Qəribə təsadüf nəticəsində ABŞ-a loyal ölkələrdə söz azadlığına göz yuman və qiymətləndirmə fəaliyyətinin meyarlarını açıqlamaq istəməyən, rəsmən müstəqil olan bu qeyri-hökumət təşkilatının obyektivliyi haqqında danışmaq olarmı?

Fransanın “Legrandsoir” qəzetində yer alan məlumatda deyilir ki, təşkilatın maliyyə hesabatlarına əsasən, onun illik büdcəsi 4 milyon avro təşkil edir və bu vəsaitin əsas hissəsi fotoalbomların, həmçinin futbol köynəklərinin satışından əldə edilir.

Jurnalist Salim Lamrani hesablayıb ki, “Sərhədsiz Reportyorlar” gəlir kimi göstərdiyi 2 milyon avronu qazanmaq üçün 2004-cü ildə 170200, 2005-ci ildə isə 188400 kitab satmalı idi. Həqiqətdə isə təşkilatın 2007-ci ildə kitab satışından gəliri 230 min dollar təşkil edib.

“Sərhədsiz Reportyorlar”ın saytında bu təşkilatın hər hansı bir nəşrini sifariş etmək cəhdləri, satış, qiymət və nəşrin mündəricatı barəsində heç bir məlumat verilmir.

Con Çerianın Hindistanın “Frontline” jurnalında dərc olunan məqaləsində deyilir: "“Sərhədsiz Reportyorlar”ın “qərbin xüsusi kəşfiyyat xidmətləri ilə sıx əlaqəsi var”, “Kuba Rober Menarı MKİ-i ilə əlaqələr üzrə qrupun başçısı adlandırıb”.

Rəsmən söz azadlığını müdafiə etməli olan təşkilat Vaşinqtonun siyasi planlarını həyata keçirir və informativ-psixoloji müharibələrdə adi silaha çevrilib. Bəlkə Vaşinqtonun hüquq və azadlıqlarla bağlı təsirli nitqlərinə son verməlidir? Vicdanla “Kim bizimlə deyilsə, bizə qarşıdır” demək daha yaxşı olmazmı? Belə olduğu təqdirdə, hər şey öz yerini tutar və “Sərhədsiz Reportyorlar” kimi təşkilatların təmin edilməsi üçün vəsaitlərin xərclənməsinə ehtiyac qalmaz.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin R.Menarı qəbul etməsinə baxmayaraq, adıçəkilən təşkilat sistemli və müntəzəm şəkildə ölkə hökumətini ifadə və söz azadlıqlarını pozmaqda günahlandırır. Təşkilat ötən ilki hesabatına Azərbaycanda guya həbs edilən 12 jurnalistin adını daxil edib. Bu addımı atmaqda məqsəd ölkəmizi Çin və İran kimi ölkələrlə bir sırada təqdim etməkdir.

“Sərhədsiz Reportyorlar”ın islamofobiya mövqeyinə daha bir nümunə təşkilatın Türkiyəyə qarşı münasibətidir. “Sərhədsiz Reportyorlar”ın indeksində Türkiyə 180 ölkə arasında 154-cü yerdədir. Ölkənin reytinqi baş verən dəyişikliklərə baxmayaraq, 2012-ci ildən dəyişilməyib.

2013-cü ilin indeksində İraq 153-cü yeri tutub. Komitənin hesabatında qeyd olunur ki, bu ölkədə 2013-cü ildə 10 jurnalist öldürülüb. Bununla belə, İraqın reytinqi bu dövr ərzində 1 jurnalistin belə öldürülmədiyi Türkiyənin reytinqindən yüksəkdir.

Lakin ən əsas məsələ odur ki, R.Menar kimi şəxslər və “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar heç vaxt öz burunlarının dibində baş verən problemləri həll etməyə çalışmırlar.

Məsələn, Amerikanın nüfuzlu “Huffington Post” qəzeti bir müddət əvvəl yazırdı: "R.Menar “başdan ayağa qədər satılıb” və “hər il təşkilatın dərc etdiyi mətbuat azadlığı indeksi müəyyən sponsorların zövqünə uyğun tərtib edilir”.

Nə qəribədir ki, səs-küylü qalmaqallarda adı çəkilən belə satqın, rasist individlər və təşkilatlar Azərbaycanın reytinqini tərtib etməyə və ölkəmizi “qeyri-demokratiya” nümunəsi kimi təqdim etməyə çalışır.

Təhlil xüsusi olaraq Trend üçün hazırlanıb










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru