“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” .....                     Moskva rus ayısının jestləri ilə davranır .....                     Toy mövsümü açıldı: Bəs qızılın bazarı? .....                     Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? .....                     “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” .....                     Tramp İranla danışıqların dayandırılmasını əmr edib .....                     Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı .....                     Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı .....                     "Rufo Gəncinski"yə sui-qəsd oldu .....                     Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                 

Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Tarix: Dünən, 17:31 | Çap et

Binəqədi Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə, əmlakı ehtiyatsızlıqdan məhv etmədə və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmada təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 185.2.2, 185.2.4 və 187.1-ci maddələri ilə başlanmış cinayət təqibindən imtina edilməsi qərara alınıb və həmin hissələr üzrə cinayət təqibinə xitam verilib. Bununla yanaşı, məhkəmə onu Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Bu maddə üzrə Namik Məmmədova 3 000 manat cərimə cəzası təyin edilib. O, həmçinin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Bu maddə üzrə ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzası verilib.

Məhkəmə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Namik Məmmədovun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzasını saxlayıb. Lakin məhkəməyədək icraat dövründə onun 2016-cı ildə 2 gün müddətində tutulmasını da nəzərə alıb. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həmin müddət nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilib.

Nəticədə Namik Məmmədova qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 000 manat cərimə cəzası təyin olunub.

Məhkəmə həmçinin iş üzrə maddi sübut kimi tanınan “Mercedes” və “Opel Zafira” markalı avtomobillərin sahiblərinə qaytarılmasını qərara alıb.

İttihama görə, Namik Məmmədov avtomobili talamaq məqsədi olmadan qanunsuz ələ keçirib idarə etməsi, sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı təqsirləndirilib.

Hadisə 2016-cı il tarixdə gecə saatlarında Bakı şəhərinin Binəqədi rayonunda baş verib.

Belə ki, təqsirləndirilən şəxslə taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) arasında gediş haqqının ödənilməsi ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı Namik Məmmədov taksi sürücüsünə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib. Bundan sonra D.D. “Mercedes-benz-190” markalı avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb.

Bundan istifadə edən Namik Məmmədov avtomobili talama məqsədi olmadan ələ keçirərək idarə edib. O, həmin vaxt sərxoş vəziyyətdə olub.

Namik Məmmədov maşınla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən Rəsulzadə qəsəbəsi istiqamətinə, daha sonra isə 8-ci mikrorayon istiqamətində hərəkət edib. O, yaşayış məntəqəsində saatda 100-120 kilometr sürətlə avtomobil idarə edib.

Bununla yanaşı, yol hərəkəti qaydalarının tələblərini pozaraq 1.3 üfüqi nişanlanma xəttini keçib və əks istiqamətdə hərəkət zolağına daxil olub.

Məhkəmə materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxsin hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, bunu etməyib. Nəticədə “Hollywood” şadlıq sarayının yaxınlığında qarşı istiqamətdə hərəkətdə olan digər avtomobillə toqquşma baş verib. Qəza zamanı Namik Məmmədovun idarə etdiyi avtomobil qarşıdan gələn, etibarnamə əsasında zərərçəkmiş S.S. (adı, soyadı şəridir) tərəfindən idarə olunan “Opel Zafira” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Opel Zafira”nın sürücüsü müxtəlif xəsarətlər alıb. Avtomobildə sərnişin kimi olan digər zərərçəkmiş R.R.-in (adı, soyadı şərtidir) də xəsarət aldığı müəyyən edilib.

Beləliklə, məhkəmə materiallarına əsasən, Namik Məmmədovun sərxoş vəziyyətdə yüksək sürətlə avtomobil idarə etməsi və yol hərəkəti qaydalarını pozması nəticəsində iki şəxsin sağlamlığına az ağır zərər vurulub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Dünən, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Dünən, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Dünən, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Dünən, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Dünən, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Dünən, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Dünən, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Dünən, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Dünən, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Dünən, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Dünən, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Dünən, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Dünən, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Dünən, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru