İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK- SEPAH) hava hücumundan müdafiə bölmələri işğalçı ABŞ-ın "F-16" qırıcı təyyarələrini qaçmağa məcbur edib.
Moderator.az bu haqda yerli "Tasnim" agentliyinə istinadla xəbər verir.
“Düşmənin F-16 qırıcı təyyarəsi Fars körfəzinin hava məkanını pozduqdan və SEPAH-ın hava hücumundan müdafiə sistemi ona raket atdıqdan sonra təcavüzkar qırıcı təyyarə hadisə yerindən uzalaşıb”, - deyə İİKK-nın ictimaiyyətlə əlaqələr ofisi cümə axşamı səhər bildirib.
Hadisələr ABŞ ordusunun İrana qarşı yeni təcavüz mərhələsinin başladığını elan etməsindən sonra baş verib.
"Tasnim"-in məlumatına görə, ABŞ-ın İrana qarşı yeni hücum dalğasında ölkənin cənub sahil ərazilərinin bir hissəsi Amerika təyyarələri tərəfindən hədəfə alınıb.








