Zabuxu bu qiymətə sökürüksə, tikməyə nə qədər pulumuz çıxacaq? - İcazə verin, şübhələnək...
Tarix: 2-08-2023, 14:55 | Çap et
 DİA.AZ: - Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu növbəti tenderə yekun vurub.
DİA.AZ xəbər verir ki, “Konsept Holding” MMC (VÖEN: 1500015641) qalib olub.
Müqavilədə Laçın rayonunun Zabux yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.
Qalib şirkətə 1 371 830 manat ödəniləcək.
Qeyd edək ki, "Konsept Holding" MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əvvəl 4 iri məbləğli tenderini udub.

DİA.AZ olaraq təbii ki, bu rəqəmlərin yaratdığı təəssüratlara uyğun olaraq bir araşdırma zərurəti hiss etdik... Kaş ki bu zərurəti gərəkən dövlət qurumları da hiss etsəydi...
Vergilər Nazirliyinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 2000 AZN olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. Holdinqin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur.
Açıq mənbələrdə Tahir Hüseynov barədə hər hansı məlumat yoxdur. Amma “Konsept Holding” barədə kifayət qədər maraqlı materiallar var. Məsələn, aydın olur ki, holdinq əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Bu MMC-nin sahibi isə Nasir Mustafazadə olub. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.
Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülən Nasir Mustafazadənin Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş rəhbərliyinə yaxın şəxs olması barədə iddialar var. Əhməd Əhmədzadənin dövründə ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində “Azəri Servis LTD” MMC-nin də qaliblər sırasında olması bu iddiaların əsassız olmadığına şübhələri artırır.
Ümumiyyətlə, “Azeri Servis LTD” MMC-nin sifarişçiləri əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.
Üç il əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün “Azəri Servis LTD” MMC ilə 2 milyon 212 min 500 AZN dəyərində müqavilə imzalayıb.
Media “Azəri Servis LTD” MMC-nin vaxtaşırı milyonluq tenderlərin qalibi olmasını “şübhəli tender əməliyyatı” kimi qiymətləndirib. Görünür, bu səbəbdən MMC-ni adı dəyişdirilib.
Nasir Mustafazadə həm də Almaniyada 554 mənizlin sahibi kimi medianın diqqətinə gəlib. Həmin vaxt alman mətbuatı Almaniyanın Frankfurt şəhərində, Stendhal səmtində türk işadamı Muharrem Erdoğduya aid “RAKS AG” türk şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığını, bir müddət sonra 150 min avro elektrik borcu üzündən əmlaka əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yaymışdı. Sonradan jurnalist Cavanşir Həsənlinin araşdırmaları nəticəsində bəlli olub ki, “RAKS AG” şirkəti binanı Nasir Mustafazadədən alıb. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən mənzillər satılarkən 75 min avro elektrik borcu olub.
Satışla bağlı notarial sənədlərdən aydın olub ki, Nasir Mustafazadə binanın satılması ilə bağlı Frankfurtda fəaliyyət göstərən türk vəkil Nihad Çelikə satışla bağlı etibarnamə verib.
Binanın texniki pasportuna görə, Nasir Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişib və Nasir Mustafazadə 554 mənzilin tək sahibi olub.
Hər halda, apardığımız bu kiçik araşdırma ortaya ilginc faktları çıxarıb.
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
| • “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51 |
|
|
|
| • Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25 |
|
|
|
| • Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23 |
|
|
|
| • Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11 |
|
|
|
|