"Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır" - GİLEY
Tarix: 27-07-2023, 11:55 | Çap et
 Şəmkirlilər nazirlik işçisini və keçmiş əsiri çaylarını mənimsəməkdə ittiham edirlər.
Şəmkirin əksər kəndlərində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onlar nə içməyə, nə də əkinlərini suvarmağa su tapırlar.
Bura da Şəmkirin Təzəkənd kəndidir. Adı da təzədir, dərdi də. Ona görə ki, son illərə qədər bu kəndin su problemi olmayıb.
“Əvvəllər problem yox idi, son 8-9 ayda burda içməli suda problem yaranıb. Bu kəndə məxsus olan kəhrizdən Çinarlı qəsəbəsi qidalanır. Bir dənə su artezianımız var idi, 8-9 aydır, yanıb. Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır. Biz bu dəqiqə dizimizi yerə qoyub, əlimizi göyə açırıq ki, hər gün yağış yağsın, həm başımızı yuyaq, islanaq, həm çənimizdə su qalsın”, – kənd sakini Əbülfəz Məmmədov belə deyir.
Sakinlərin sözlərinə görə, artezian quyusu bir ildir işləmir. Elə çəkiliş vaxtı Şəmkir Su Kanal sahəsinin işçiləri yeni artezian quyusunu qazmağa gəlirlər.
Sahə rəisi Vüqar Əliyev söyləyir ki, kənd susuz qalmayıb, sakinlər bir il kəhriz suyu ilə təmin olunublar və ən geci bir ay ərzində onlara artezian suyu da veriləcək.
Lakin kənd sakinlərinin tək problemi içməli su deyil. Onlar əkinlərini suvarmağa da su tapmırlar.
Kəndlilər iddia edirlər ki, Şəmkir çayı ətrafında salınan göllər və çayda olan sızmalar onlara verilən suyun miqdarının azalmasına səbəb olur.
“Tovuz çayı Şəmkir çayından iki dəfə böyükdür. İndi gəlin gedək Şəmkir çayının içinə baxın, balıq gölləri, “malina” bağı, xurma bağı, “drabilka”… amma heç bir çayda yoxdur bunlar. Bu göllərin heç biri dövlətinki deyil, şəxsidir. Satırlar, pul edirlər, qazanırlar. Mən də burada oturub gözləyirəm ki, mənim məhləmə ayda bir dəfə su gələcəkmi? Gecə saat 1-də, 2-də bu yolu piyada gedib-gəlib, bağımı sulayıram”,- Ə. Məmmədov deyir.
Çinarlı kəndi ərazisində Şəmkir çayı boyunca yuxarı qaldıqda çoxlu göllər və əkin sahələri gözə dəyir. Sakinlərin iddiasına görə, çayın ətrafındakı bu balıq gölləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Abdulla Köçəri oğluna məxsusdur.
Nazirlik isə iddiaları rədd edir, bu adda işçilərinin olmadığını bildirir.
“Biz bir üz olduq, Abdulla müəllim bir üz oldu. Biz bu gölü dayandıra bilmədik. Bizə verilən su limitindən o istifadə edir, bizə də su gedib çıxmır. Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar. Özləri üçün biznes qurublar, biz də orda əziyyət çəkirik”.
Bir az yuxarı qalxdıqda isə Şəmkir çayının ətrafında əkin sahələri və üç kiçik göl gözə dəyir. Sakinlər iddia edir ki, bu ərazini də keçmişdə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov mənimsəyib. O, özü də əslən elə bu kənddəndir.
“Əsirlikdə olan Dilqəm Əsgərovundur. Orda üç süni göl yaradıb, əkin yerləri, “malina”lıq, körpünün altında da balıq gölləridir. Deyir, hamsını mənə dövlətimiz verib”.
Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşad Allahyarov da təsdiqləyib ki, məsələ ilə bağlı sakinlər tez-tez idarəyə müraciət edirlər.
“Bir neçə gün əvvəl həmin göllərlə bağlı vətəndaşların şikayətləri bizə daxil oldu. Aidiyyatı şəxslərə göstəriş verdik, yerində araşdırıldı. Bəli, orda suyun bir az artıq götürülməsi müşahidə olundu. Texnika və canlı qüvvə dəstəyi verərək həmin məsələni aradan qaldırdıq. Sızmaları da aradan qaldırmaq üçün qıraq yerlərdən gil gətirərək çaya töküb, qismən bərpa etmişik. Sadəcə bunun qarşısını tam almaq mümkün olmadı. Bu istiqamətdə tərəfimizdən işlər görülür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, də qanunsuz göllərlə bağlı araşdırma aparılacaq.
Sakinlər də ümidlidirlər ki, rəsmilərin araşdırması ədalətli olacaq. //meydan.tv///


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
|