Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                 

"AzərTürk Bank" müştərilərinin BAŞINA OYUN AÇIR... - NARAZILIQ VAR!
Tarix: 11-04-2022, 10:52 | Çap et
"AzərTürk Bank" müştərilərinin BAŞINA OYUN AÇIR...
Çox təəssüflər olsun ki, dövrümüzün bu günündə də eyni problemləri yaşayırıq. 21-ci əsrdə - texnologiya dövründə ölkəmizdə fəaliyyət göstərən bəzi qurumlar hələ də keçmişin qaydaları ilə çalışır və nəticədə hər gün minlərlə vətəndaşa əsəb, stress yaşadır, səhhətinə ziyan vururlar.

Təhsil, səhiyyə müəssisələri ilə bərabər insanlar bir çox banklar tərəfindən də haqsızlığa uğrayır və yaranmış problemi aradan qaldırmaq üçün isə mütləq banka, özü də operatorun məsləhət gördüyü - şəhərin obiri ucundakı filialına gedib, saatlarla növbə gözləmək məcburiyyətində qalırlar.

Saatlarla gözləyirsən, növbən çatanda, deyirlər, "sistemdə problem yaranıb". Vəssalam. Gəl buna təmkinli ol görüm, necə olursan...

"DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov da bu günlərdə eyni problemlə üzləşib. Belə ki, o, 03.04.2022-ci il tarixində "Azər Türk bank"ın "ATB 360" mobil tətbiqi vasitəsilə Yasamal rayonunda, Yeni Yasamal 2 -də yaşayan yaxınlarının adına telefon və internet, həmçinin Qaradağ rayon Müşfiqabad qəsəbəsində öz adına olan internet ödənişlərinin ödənişlərini həyata keçirib. 13 + 2.5 + 3.18 + 5.00 + 5.00 AZN. Toplam 28.68 (iyirmi səkkiz, altmış səkkiz) AZN məbləğ Kamal Əsgərovon debet kartının balansında silinsə də hər iki ünvanda nə telefon, nə də internet iki gün aktivləşməyib.
04.04.2022-ci il tarixində Kamal Əsgərov 6 saylı Telefon qovşağı ilə telefon əlaqəsi saxlayıb və internetin hansı səbəbdən hələ də aktivləşmədiyini soruşdu. Telefon qovşağından, ödənişlərin ATS-ə ödənilmədiyi, sistemdə adında borc olduğunun göründüyü bildirildi və problemin ödənişlə bağlı olduğuna görə, bankla əlaqə saxlaması tövsiyyə edildi. Bundan sonra, Kamal Əsgərov yenidən "Azər Türk Bank"a zəng etdi. Bankın özünü "Sənan bəy"- deyə təqdim edən əməkdaşı cavab verdi ki, "Sizin aprelin 3-də ödədiyiniz ödənişlər, aprelin 4-də çıxarışınızdan silinib. Email ünvanınızı verin, biz siz sizə rəsmi çıxarışı göndərək, stasionara təqdim edin. Problem bizdə deyil. Onlardadır. Ödənişiniz uğurla həyata keçirilib".

Yeri gəlmişkən, "Azər Türk Bank" tərəfindən bu kimi zənglər gün ərzində bir neçə dəfə təkrar olundu və hamısı da eyni sözləri təkrar edib durdular: - "Ödənişiniz uğurla həyata keçirilib. Ödəniş qəbzləri ilə stasionar xidmətə yaxınlaşın".

Beləcə, bütöv daha bir gün və mobil telefon vasitəsilə banka zəng edildiyi üçün də kifayət qədər mobil balans xərclənmiş oldu. Nəticə isə dəyişməz qaldı. Bu kimi mübahisələrlə iş günü bitdi. Səhəri günü - 05.04.2022-ci il tarixində yenidən K.Əsgərov 6 saylı telefon qovşağı ilə telefon əlaqəsi saxlayıb, problemin hələ də aradan qalxmadığını bildirdi.

6 saylı telefon qovşağında çalışan operator xanımların da "maşallahı varmış". Zəng edən və yaranmış problemlər səbəbilə onsuz da əsəbi olan vətəndaşlarla çox kobud rəftar edir, zəng edənə şəxslərini ucaldırlar.
Bundan əlavə Ki.Əsgərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə, nazirliyin mətbuat xidmətinə zəng etdi. Orada da telefona cavab verən xanım, şikayəti dinlədikdən sonra, aidiyyatı bölmələrə verəcəyini bildirdi. K.Əsgərov səlahiyyətli şəxslərdən hər hansı birinin əlaqə nömrəsini xanımdan israrla istəsə də, əldə edə bilmədi. Xanım, sona qədər eyni sözləri təkrar etdi: - "Məsələ araşdırılıb, sizə məlumat veriləcək".

Bugünə qədər məlumat verilmədiyinə və problemin hələ də aradan qaldırılmadığına görə aydın olur ki, məsələ araşdırılmayıb. Telefona cavab verənlər proqramlaşdırılmış robot kimi eyni sözü təkrar edib, insanların əsəblərini gərmək üçünmü dövlət büdcəsindən əmək haqqı alırlar?

Bu ayrı bir mövzudur. Növbəti günlərdə bu mövzuya da ətraflı toxunacağıq.

Bu günsə "Azər Türk Bank"ın müştərilərini necə ələ saldığından danışırıq.
Telefon vasitəsilə, bankın öz mobil tətbiqi üzərindən ödəniş edilib, telefon vasitəsilə də dəfələrlə aranıb. Hər dəfəsində də bank tərəfindən dəqiqələrcə telefonda gözlədilib, sonunda israrla stasionara yaxınlaşmaq tövsiyyə olunub. Telefon qovşağı da israrla ödənişin köçürülmədiyini və problemin bank tərəfindən olduğu bildirilir. Ordan da banka yaxınlaşmaq tövsiyyə olunur.

Telefonda yaranmış cüzi problem üçün baş ofisə getməyin mütləq olduğunu təkid edirlər. Problemin iki müəssisə arasında yarandığı üçün, Kamal Əsgərov dəfələrlə bank əməkdaşlarına, telefon qovşağına sorğu göndərmələrini (Baxmayaraq ki, bunu onlara müştəri öyrətməli deyil) məsləhət gördü. Yenə də bank əməkdaşları dediklərindən dönmədilər ki, dönmədilər. "Banka yaxınlaşın"-deyib, durdular. Nəhayət, K.Əsgərov "AzərTürk bank"ın Cəlil Məmmədquluzadə 192 ünvanında yerləşən filialına getdi. Bankın əməkdaşı ilə üz-üzə əyləşdi və bundan sonra bank əməkdaşı, K.Əsgərovun öyrətdiyi kimi - yaranmış problemlə bağlı sorğu göndərdi. Bunun üçün müştərini banka çağırmaq nəyə lazım idi görəsən?

Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən bank həm də müştəriləri aldatmağı ilə diqqətimizi çəkdi. Belə ki, biz "Azər Türk bank"dan debet kartı əldə etmək üçün müraciət edən zaman, bizə müştəri olaraq, ilk müraciətimiz olduğu üçün kartın ödənişsiz olacağı, həmçinin ilk 3 ili xidmət haqqı çıxılmayacağı bildirildi. Yalnız, bir ay ərzində karta köçürülən məbləğ 3.000 (üç min) AZN -i keçərsə, xidmət haqqı çıxılacaq. Lakin, bu vədin də doğru olmadığını ilk aylarda, məbləğ 1000 (min) AZN keçərkən gördük. 1600 (min altı yüz) AZN üçün 17 (on yeddi) AZN məbləğ balansdan xidməthaqqı olaraq, silindi. Bankla telefon əlaqəsi saxladıqda isə, məbləğ 1.000 AZN-i keçdikdən sonra xidmət haqqı çıxılması cavabı verildi.

Yəni, çətini müştərini ələ keçirincədi. "Alınca, ölüncə" misalı... Müştəri kartı sifariş edərkən, az qala evimizə qədər gətirirlər, müştəri olduqdan sonra hər cüzi problemdən ötəri qapılarına aparırlar.

Sözümüzün canı o ki, texnologiya əsrində ölkəmizdə bir çox müəssisələr hələ də 1980-90-cı illərdə olduğu kimi çalışır. Bütün yaranmış problemləri aradan qaldırmaq üçün, gərək mütləqdir ki, operatorun tövsiyyə etdiyi ünvanlara gedib, müəssisə əməkdaşlarının gözünə görünək. Əks halda üzümüzü görənə qədər məsələ həllini tapmayacaq...

Sonda, bir daha qeyd edək ki, artıq ikinci həftədir və hələ də problem öz həllini tapmayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşları, həmçinin "Azər Türk Bank" sözün əsl mənasında vətəndaşları ələ salır, stress yaşadır və bu şəkildə səhhətimizə ziyan vururlar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru