FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                 

Penitensiar Xidmət niyə uçurumun dibindədir? - AKTUAL
Tarix: 25-02-2022, 15:19 | Çap et
Penitensiar Xidmət niyə uçurumun dibindədir?
Azərbaycanda aparılan köklü islahatlar prosesi, dövlət qurumlarında şəffaflığın artırılması və vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Ədliyyə Nazirliyindən də yan keçməyib.

İqtisadi-sosial, siyasi və kadr islahatları İkinci Qarabağ Müharibəsindən əvvəl başlasa da, müharibədən sonra yeni və daha funksional bir mərhələyə qədəm qoyub. On illər boyu yüksək post tutan ölkənin ən iri ranqlı məmurları müharibədən öncə Dövlət başçısı tərəfindən görəvlərindən alındılar. Proses bu gün də davam edir. Demək olar ki, bu müddət ərzində Azərbaycanda hökumət üzvlərinin (nazirlər, komitə sədrləri) əksəriyyəti öz vəzifəsini itirib. Hətta onların içərisində hazırda həbsxanada cəza çəkənlər də var. Lakin ölkədə aparılan kadr islahatlarından hələki kənarda qalan yüksək vəzifəli şəxslər də az deyil. Onların içərisində FHN rəhbəri Kəmaləddin Heydərov, Ədliyyə naziri Fikrət Məmmədov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov ilk yerdə qərarlaşır. Bu şəxslərin rəhbərlik etdikləri qurumların fəaliyyətinin təhlili müxtəlif mövzuların predmetidir. Vətəndaş-dövlət münasibətlərinin hüquqi aspektlərinin həssaslığını nəzərə alaraq, ilk olaraq Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunmaq daha məqsədəuyğundur.

Son illər Ədliyyə Nazirliyinin fəaliyyətindəki müsbət dönüşü müşahidə etmək elə də çətin deyil. “Elektron-məhkəmə” informasiya sisteminin yaradılması ədalət mühakiməsinin səmərəliliyini artırıb, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası təmin edilib. Daha məhkəmələrin uçuq-sökük, vahiməli divarları insanlarda əlavə psixoloji gərginlik yaratmır, müasir məhkəmə iclas zalları yaradılıb, “Mobil notariat” sisteminin tətbiqi hüquqi xidmətin keyfiyyətini artırıb. Məhkəmə-hüquq sistemi özünün praktiki və nəzəri görkəmini tamamilə dəyişib, icra-probasiya nəzarəti sahəsində möhkəm tədbirlər sistemi qurulub. Ədliyyə naziri F.Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurası süründürməçiliyə görə xeyli sayda hakimi cəzalandırıb. Eyni zamanda, şəxsən nazir F.Məmmədovun özü mətbuatla yaxşı iş prinsipləri qurub.

Ancaq bütün bu uğurlarla yanaşı, Ədliyyə Nazirliyinin müsbət fəaliyyətini və imicini məqsədli şəkildə qamçılayan, ümumilikdə isə ölkədəki islahatlar prosesini tormozlayan Penitensiar Xidmətdə heç bir müsbət dəyişiklik baş verməyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti niyə nöqsanlardan xilas ola bilmir? Maraqlıdır, bu qurumun fəaliyyətində zərrə qədər də olsun müsbət irəliləyiş baş vermir. Penitensiar Xidmətdəki qanunsuzluqlar, hüquq pozuntuları ölkənin beynəlxalq imicini də büsbütün ciddi zərbə altına qoyub. Cəzaçəkmə müəssisələrindəki acınacaqlı durum daha da ağırlaşıb. Tövsiyələr isə nəzərə alınmır. Araşdırmalar nəticəsində üzə çıxarılan nöqsanların aradan qaldırılması üçün beynəlxalq təşkilatların verdiyi rəy də qulaqardına vurulur.

CPT Azərbaycan cəzaçəkmə müəssisələrinə hansı rəyi verib?

İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) davamlı olaraq Azərbaycan cəzaçəkmə müəssisələrinə baş çəkir.

CPT sonuncu dəfə 2020-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olub. Komitə məhbusların saxlanma şəraiti, qidalanması, onların hüquqlarının qorunması ilə bağlı ciddi araşdırma aparıb və ciddi nöqsanlar aşkarlayıb. CPT bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr də verib. Amma təəssüflər olsun ki, ötən bu müddət ərzində beynəlxalq qurumun aşkarladığı nöqsanlar aradan qaldırılmayıb. Əksinə cəzaçəkmə müəssisələrindəki hüquq pozuntuları ən pik həddə çatıb. Məsələn, 4 saylı Qadınsaylı Cəzaçəkmə Müəssisəsindəki ciddi nöqsanlar dəyişməz olaraq qalır. CPT-nin əvvəlki səfərləri zamanı aşkarladığı mənfi hallar növbəti səfər zamanı yenidən üzə çıxır, hər dəfə tövsiyələr verilir, amma nəticə olmur.

Bəs CPT-nin aşkarladığı nöqsanların aradan qaldırılmaması bizə nə vəd edir?

İlk növbədə qeyd etmək lazımdır ki, CPT bu sahə üzrə ixtisaslaşmış qurumdur və digər beynəlxalq təşkilatlar üçün mötəbər istinad mənbəyi rolunu oynayır. Araşdırmalar göstərir ki, beynəxalq məhkəmələr üçün ən etibarlı istinad nöqtələrindən biri məhz CPT-dir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanla əlaqəli hər hansı beynəlxalq məhkəmə qərarı bu qurumun verdiyi rəylər əsasında da formalaşa bilər. Yaxud beynəlxalq qurumlar mötəbər mənbə kimi yanaşdığı CPT-nin hesabatlarından Azərbaycan əleyhinə istifadə edə bilərlər. Ona görə də bu qurumun tövsiyələrinin yerinə yetirilməsi qaçılmazdır. Əks halda ölkənin beynəxlalq imici zərbə altına qoyulur.

Cəzaçəkmə müəssisələrində ölüm və intihar halları artır

Əvvəlki illərlə müqayisədə 2021-ci ildə cəzaçəkmə müəssisələrində ölüm, intihar hallarında artım müşahidə olunur. Məsələn, 2021-ci ildə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 13 intihar hadisəsi baş verib. Öz-özünə xəsarət halları 242 dəfə qeydə alınıb. Ümumilikdə isə cəzaçəkmə müəssisələrində ölüm faktı 38% artıb.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindəki ənənəvi, həll edilməyən, bu gün daha da acınacaqlı hal alan və bizim də dəfələrlə toxunduğumuz nöqsanlarından bir neçəsini qeyd edirik:

- Məhbusların hüquqları kobud şəkildə pozulur. Cinayətkar həbs edilirsə, onun azadlığı əlindən alınır, ancaq onun bütün hüquqları əlindən alına bilməz.

- Narkotik vasitələrdən istifadə xaotik hal alıb. Cəzaçəkmə müəssisələrində narkotik vasitələrdən təkcə məhbuslar istifadə etmir.

- Gigiyena qaydaları, hamam-tualet şəraiti bərbad durumdadır. Hamam pulludur.

- Məhbuslar rüşvət vermədən tibb, ərzaq və digər təminatlardan yararlana bilmirlər. Məhbusun pulu yoxdursa, müalicə ala bilmir və normal qidalanmadan da məhrum edilir.

- Cəzaçəkmə müəssisələrindəki ərzaq köşkləri soyğunçuluqla məşğuldur, onlar məhbusları borclandırır.

- Həbs edilən məmurlara komfort şərait yaradılır, onlara rüşvət müqabilində xüsusi otaq ayrılır, kondisioneri, mebeli, televizoru və s. öz yerində... Pulsuz məhbuslar isə ağır şərtlər altında cəza çəkirlər.

- Məhbusların islah olunması üçün elementar hərəkət belə yoxdur. Onlar cəza müddətlərini başa vurandan sonra daha aqressiv və potensial cinayətkar kimi həbsxanalardan cəmiyyətə transfer edilirlər və s.

Azərbaycan qanunvericiliyində məhbuslarla bağlı “insani münasibətin sərgilənməsi” ən mühüm amil kimi ifadə olunsa da, Penitensiar Xidmət bunun tam əksini reallaşdırır.

Samir Feyruzov
Demokrat.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru