İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                 

Saleh Məmmədovun ayağındakı İNSAN ÖLÜMLƏRİ... - Bunun hesabı SORULMALIDIR...
Tarix: 23-02-2022, 12:37 | Çap et
Saleh Məmmədovun ayağındakı İNSAN ÖLÜMLƏRİ...
Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla, bir ailənin 3 üzvü dünyasını dəyişdi. Həmin gün əslində o ailənin 8 üzvü həyatını itirdi, 5-i dəm qazından, 3-ü isə qəzada. Qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynadı.

Ancaq ekspertlərin bildirdiyinə görə, qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni, qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. DİA.AZ-ın məlumatına görə, mövzunu Publika.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, maşın heç nədən yoldan çıxıb aşmayıb və sözügedən yolda ciddi qüsurlar var imiş.

Bu səbəbi həm də nəqliyyat hadisəsinin baş verdiyi yolda hadisədən dərhal sonra təmir işlərinin aparılmasında da tapmaq olar. Belə ki, qəzadan sonra Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə asfalt döşənib. Bu isə onu deməyə əsas verir ki, qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub. Mənzərə onu da ortaya çıxarır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mövcud yolda təmir işlərinin aparılması üçün məhz bu cür dəhşətli bir qəzanın baş verməsini gözləyib. Qurumun əməkdaşları yolun sırf çökən hissələrinə yeni asfalt örtüyü çəkirlər. Bu isə yolun yenidən çökməyəcəyinə heç də zəmanət vermir.

E.Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi belə səhvləri bağışlamır. Onun sözlərinə görə, burada hər şeyi sürücünün üzərinə yükləmək düzgün yanaşma deyil: “Aydın məsələdir ki, sürücü sürət həddini aşıb, kəməri taxmayıb. Hansı birimizi onun yerinə qoysaq, o situasiyada nə kəmər, nə də sürət ağlımıza gələrdi. Böyük faciə baş verib, bir gündə 5 nəfər ölüb. Onlar həmin an affekt vəziyyətində olublar. İnsanları da başa düşmək lazımdır. Mən burada yüksək sürəti və bu kimi halları alqışlamıram, ancaq o yol qaydasında idisə, nə üçün qəzadan sonra gedib orda təmir işləri apardılar? Mən məsələni qabardanda, zənglər etdilər. Burada insan həyatından söhbət gedir, siz isə cibinizi, qohumlarınızın vəzifədə oturmasını düşünürsünüz. Yola nəzarət edən qurumun yoldan xəbəri yoxdur. Əslində xəbəri var, sadəcə orda pul gedəcək, bu isə onların cibinə ziyandır. Gözləyirlər ki, yol tamamilə dağılsın və sənəd yazıb dövlətə göndərsinlər. Kiçik rəqəmlərə iş kimi baxmırlar, milyonluq işlər olanda təmirə keçirlər. Burda insan həyatı müzakirə mövzusudur, bir ailə məhv oldu. Ancaq hələ də laqeyd yanaşırlar”.Ekspert bildirib ki, bu sahədə problem təkcə bununla bitmir. Yolların işıqlandırılmasında da eyni problem yaşanır: “Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələdir, ancaq icra etmir. Yol nişanları düzgün şəkildə quraşdırılmalı və aydın görünməlidir. Bunların anlaşılan vəziyyətdə olması təmin olunmalıdır. Piyada keçidlərində zolaqlar çəkilib, ancaq sonradan silinib, sadəcə zəif görünən izləri qalıb. Vətəndaş da həmişə keçdiyi və tanıdığı yol olduğu üçün həmin yerdən keçir. Ancaq sürücü bu zolağı görmür və piyadanı vurur. Belə hallar niyə yaşanmalıdır? Bir boya çəkmək bu qədərmi müşkülə çevrilib? Keyfiyyətsiz boya çəkib 2-3 aydan bir onu yeniləyirsiniz. Burada insanların həyatı məhv olur”.

Bu cür problemlərə görə bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, 2 ildən çoxdur ki, Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də yaxşı işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanının qoyulmaması, silinmiş xətlər, keçidlərin olmaması ucbatından baş verən qəzalar bu problemlərdə bir səbəbkarı göstərir.

Problem yalnız Bakı-Quba yolunda deyil. Şikayətçilərin bildirdiyinə görə, Bakı-Astara yolunda da analoji vəziyyət mövcuddur. Xüsusilə də çayların üzərində quraşdırılan körpülər qəzaya səbəb olur.

Elməddin Muradlı qeyd edib ki, əslində körpülərlə bağlı problem çox yerdə var. Elə paytaxt Bakıda da: “Körpülərin əksəriyyəti keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilib. O da bir körpü üçün 3 milyon yazıb, 2 milyonunu mənimsəyib. Ona görə körpülər bu vəziyyətdədir. Qələbə dairəsindən gəldiyimiz körpüdə də eyni problem var. Oradan keçəndə maşının içərisində səs-küydən oturmaq olmur. Bu problem tezliklə həll edilməlidir”.

Digər bir problem isə yollarda aparılan qazıntı işləri ilə bağlıdır.

Ekspert bildirib ki, bununla bağlı paytaxtda mütəmadi olaraq qəzalar yaşanır: “Yolu qazırlar, ancaq heç bir nişan qoymadıqları üçün maşın ora düşür. Bu yaxınlarda 8 Noyabr prospektində qazılan çuxura maşın düşdü. Ondan əvvəl Hüseyn Cavid prospektində çuxur qazdılar, müvafiq nişanları əraziyə qoymadılar və orda da eyni hadisə yaşandı. İnsanlara xeyli zərər dəydi. AAYDA yollarda təhlükəsizliyi təmin etmək üçün yaranıb, yoxsa yollarda problem yaratmağa? Bu qurumun funksiyası hələ də anlaşılan deyil. Yol dağıtmaq, yoxsa yol tikmək?! Tikdikləri yol da 6 aydan sonra dağılır, elə bir yol yoxdur ki, 6 aydan sonra oranı qazmasınlar, ya da orada nəsə bir problem yaşanmasın”.

Məsələnin hüquqi tərəfinə gəlincə, vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilərmi? Məsələn, Bakı-Quba yolunda baş verən qəza ilə bağlı həm təzminat davasının açılması, həm də cavabdeh şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündürmü?

Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, yol-nəqliyyat hadisələri ilə bağlı ekspertizalar keçirilərək, baş vermiş hadisənin səbəb və şəraiti aydınlaşdırılmalıdır: “Hadisənin baş vermə mexanizmi, avtomobilin sazlıq, nasazlıq məsələsi, eyni zamanda yolun standartlara uyğun olub-olmaması ilə bağlı istintaq tərəfindən ekspertiza keçirilə bilər. Əgər baş vermiş yol-nəqliyyat hadisəsi yolun nahamarlığı ilə, yolda həyata keçirilən qazıntılarla və s. bu kimi məsələlərlə bağlı olubsa, yolun qəzalı vəziyyətdə olmağı ilə bağlı yolu təmir etməli olan idarələrin burada məsuliyyət məsələsi ortaya çıxa bilər. Belə olan halda zərərçəkən şəxslər, eyni zamanda təqsirləndirilən şəxsin özü də həmin yola xidmət etməli olan dövlət qurumunu məhkəməyə verərək, baş vermiş hadisə ilə bağlı maddi təzminat ala bilər”.

Hüquqşünas hesab edir ki, burada ekspertin müvafiq rəy verməsi də zəruri olan haldır: “Eyni zamanda, istintaqın gedişi zamanı hadisənin səbəb və şəraiti, hadisənin baş verməsinə şərait yaradan hallar qeyd edilməlidir. Həmin hadisə ilə, yolun nahamarlığı və ya saz vəziyyətdə olmaması, yolda olan hər hansısa problemlərin səbəb və nəticə məsələsi burada qabardılmalıdır. Belə hallar varsa, vətəndaşların təzminat almaq hüququ yaranır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru