“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                     Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu .....                     Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı .....                     "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" .....                     Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? .....                     Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                 

Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı - İLGİNC FAKTLAR
Tarix: 9-02-2022, 11:55 | Çap et
Vasif Talıbovdan “Gestapo” etirafı: “Xan” dövlət sirrini yaydı
Məlum olduğu kimi, fevralın 7-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı Sərəncamla Naxçıvan MR Daxili İşlər nazirinin kimliyi müəyyənləşdi. Muxtar Respublika polislərinin etirazlarına məhəl qoymayan Vasif Talıbov bu vəzifəyə hərbi prokurorluq orqanlarında yetişmiş Rəşad İsmayılovu təyin etdi. Digər bir Sərəncamla Zahid Əjdər oğlu Gözəlov isə nazir vəzifəsinə layiq görüldü. Halbuki Naxçıvanda əlaqə saxladığımız bütün polis əməkdaşları açıq şəkildə Zahid Gözəlovu nazir postuna daha layiqli kadr kimi dəyərləndirirdilər. Polis əməkdaşlarının iradəsinə zidd şəkildə həyata keçirilən bu təyinatlar onu göstərir ki, Naxçıvan MR hakimiyyəti ənənəvi heç kimi saymamaq və öz bildiyini etmək kursunu bundan sonra da davam etdirəcək.

Dərd burasındadır ki, müasir dövlət idarəçiliyi ənənələrinə heç cür uyğunlaşa bilməyən Vasif müəllim həzrətləri Naxçıvan MR DİN-də keçirdiyi müşavirədə Muxtar Respublika polislərindən ciddi islahatlar aparmağı, indiyədək yol verilən nöqsanları aradan qaldırmağı tələb edirdi. Konkret hansı nöqsanlardan bəhs etdiyinə isə aydınlıq gətirmirdi.

Vasif Talıbovun şəxsi nümunə kimi ortaya qoyduğu yeganə yenilik isə bu dəfə yeni naziri kollektivə şəxsən təqdim etməsi oldu. Zira indiyə qədərki bütün nazirlər xüsusi təqdimat mərasimi keçirilmədən vəzifəyə gətirilmişdilər. Bu dəfəki xüsusi təqdimat mərasiminin keçirilməsi Naxçıvan standartları üçün misli görülməmiş addım sayıla bilər. Di gəl ki, bu addım belə, bəzi çevrələr tərəfindən Vasif Talıbovun öz rəqiblərinə, deməli həm də rəsmi Bakıya “burda mənəm, Bağdadda kor xəlifə” mesajını kimi dərk olunur. Baxmayaraq ki, artıq Bağdad belə, “kor xəlifələr” tərəfindən idarə olunmur və bu gedişlə bəhs edilən atalar sözünün bənzətmə hissəsi “Pxenyan” təcrübəsi ilə əvəzlənəcək. Yəni atalar sözü belə olacaq: “Burda mənəm, Pxenyanda Kim Çen İn”.

Bütün bunlar öz yerində. Cənab Vasif Talıbovun məlum çıxışında bizə maraqlı gələn başqa məqam da var. Bəlli olduğu kimi, hüquq fəlsəfəsinə görə, istənilən cinayətkar ünsür cəzasını çəkdikdən sonra günahlarından arınır. Heç kim onu keçmiş əməlinə görə qınaya və şübhəli şəxs kateqoriyasına aid edə bilməz. Bu ilk növbədə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasında nəzərdə tutulan Təqsirsizlik prezumpsiyası prinsiplərinə ziddir. Çünki bu prinsipə görə, "hər bir kəs təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinməlidir". Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, hüquq mühafizə orqanları heç kimə keçmişdəki suçuna görə önyarğı ilə baxa bilməz. Vasif Talıbov isə Naxçıvan MR DİN yetkililərinin qarşısında etdiyi çıxışında polislərə faşist rejimlərindən yadigar qalan “fişləmə” (cinayətə meylli şəxslərin qara siyahısını tutma) üsulu ilə fəaliyyət göstərməyi məsləhət bilərək deyirdi: “Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş verən, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir”.

Mənbə: https://nuhcixan.az/news/resmi-xronika/59322-muxtar-respublikanin-daxili-isler-orqanlarinin-fealiyyeti-barede-musavire-kecirilib



(07:59-cu dəqiqə)

Ali Məclis Sədrinin bu sözlərindən də göründüyü kimi, o, faktiki olaraq Muxtar Respublikada cinayətə meylli şəxslərin siyahısının tutulduğunu və bu şəxslərin əsasən keçmişdə cinayət törətmiş insanlardan təşəkkül tapdığını etiraf edir. “Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılan şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır”, - cümlələri də Cənab Sədrin potensial cinayətkarlar fəlsəfəsinin ən dolğun etirafı kimi başa düşülə bilər.

Vasif Talıbov həmin çıxışında etiraf edir ki, Naxçıvanda cinayətlərin minimum səviyyədə olmasının başlıca səbəblərindən biri fundamental insan hüquqlarının pozulması müqabilində aparılan proflaktik tədbirlərdir. Başqa sözlə, sahə inspektorları “öz ərazilərinin pasportunu” çıxarır, bu ərazidə yaşayan insanları mütəmadi olaraq nəzarət altında saxlayır: “Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir”.

Bir sözlə, Ali Məclisin Sədri Naxçıvanda faşist Almaniyasına xas “Gestapo” rejiminin hökm sürdüyünü rəsmən etiraf edir ki, bu da bir çox beynəlxalq hüquq normalarına ziddir. Bu da azmış kimi, Vasif Talıbovun sözügedən etirafları “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bu sahəyə aid müvaifiq normativ hüquqi aktlarının tələblərini də pozur. Nədən ki, nə qədər faşist üsulu olsa da, beynəlxalq hüquq normalarına cavab verməyən bu tətbiqlər dünyanın, demək olar, bütün ölkələri tərəfindən həyata keçirilir. Amma bütün dövlətlər bu faktı bacardıqları qədər məxfi saxlayırlar. Beləcə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar. Əslində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 7 sentyabr 2004-cü il tarixli 733-IIQ в„–-li Qanununun 5.4.2-ci maddəsi (kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında) də bu cür məlumatların açıqlanmasını yasaqlayır. Cənab Sədr isə ağına-bozuna baxmadan Naxçıvanda “Gestapo” rejiminin fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Zənnimizcə, Vasif Talıbovun dövlət sirrini yayması faktı Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılmalı və lazımi ölçü götürülməlidir.
//ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru