Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa...
Tarix: 4-02-2022, 12:13 | Çap et
 Ağsu rayonunda sosial-iqtisadi sahədə böhranlı vəziyyət ildən-ilə dərinləşir. İşsizliyin sürətlə artması və bahalaşma rayon əhalisinin yaşayış səviyyəsini dözülməz həddə çatdırıb. DİA.AZ-ın məlumatına görə, rayon sakinləri cumhuriyyet.az-a bildirir ki, üzləşdikləri problemləri söyləməyə rəsmi ünvan tapmırlar. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qəbul günlərini ləğv eləyib, əhalidən maksimum dərəcədə gizli saxlanır. Onu, başçı təyin olunandan, rayon sakinləri bir-iki dəfə H.Əliyevin heykəlinin qarşısına gül qoyanda, bir neçə dəfə də Şəhidlərin ildönümü mərasimlərində görüblər, o da uzaqdan… Başçı ortada olmadığından, Ağsuda İH-nin yönəticisi başçının birinci müavin Füzuli Kərimlidir. F.Kərimli də pandemiyanı əsas götürərək şikayətçi təbəqəni çox vaxt qəbul eləmir. Qəbul elədiklərini də elə acılayıb yola salır ki, onunla görüşməyə peşiman olurlar. Müharibə qaziləri və iştirakçıları da F.Kərimlidən narazıdırlar, çünki onların nə işlə, nə də torpaq sahəsi ilə təmin olunmalarına köməklik göstərir. Cavabı çox sadədir: “Kəndlərdə əkinə yararlı torpaq sahəsi yoxdur, işlə bağlı isə gedin məşğulluq xidmətinə müraciət eləyin. ” Əslində isə kəndlərdə torpaq sahələri F.Kərimlinin “xeyir-dua”sıyla imkanlı adamlara icarələrə verilib, dövlət idarə və təşkilatları isə “ölü canlar”la doldurulub. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, F.Kərimli uzun müddət Ağsu İH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Həmin müddətdə kənd icra nümayəndələri və bələdiyyə sədrləri məhz F.Kərimlinin seçiminə uyğun olaraq yerləşdiriliblər. Bu baxımdan rayonun bütün kəndləri onun kurasiyasındadır və onun iradəsinin əksinə olaraq heç bir kənddə rəsmi qərar qəbul olunub həyata keçirilə bilməz. F.Kərimli Ağsuda kənd təsərrüfatını elə vəziyyətə salıb ki, kəndlilər əllərindəki mal-qaranı da satıb qurtarmaq üzrədirlər, çünki örüş sahələri də imkanlı adamların inhisarındadır. Ümumiyyətlə, Füzuli Kərimlinin rayonda əl qoymadığı sahə yoxdur. Pambıq “pripiska”larından tutmuş, zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan milyonların əridilməsinə qədər, hamısı F.Kərimlinin masasından keçir. Pambıq əkən kəndlərin icra nümayəndələri məhsul olmadığı təqdirdə, statistik plan ödənsin deyə, F.Kərimlinin göstərişi ilə rüşvət müqabilində şişirtmə rəqəmlər yazdırıblar. Ödənməli olan rüşvət indi icra nümayəndələrinin maaşlarından tutulur. Rayondan cumhuriyye.az-a verilən məlumata görə, plana uyğun olaraq, icra nümayəndələrinə 12-60 min manat civarında pullar yüklənilib. Zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan pulların əridilməsinə gəlincə, bu məsələdə də F.Kərimli əsas fiqurlardan biridir. Belə ki, RİH-də bu işlə əlaqədar yaradılmış komissiyanın aparıcı qüvvəsi də F.Kərimlidir. Evlərin təmiri üçün Layihələndirmə İnstitutu tərəfindən tutulmuş smetalar qəti surətdə vətəndaşlardan gizlədilir, vətəndaşa yalnız İH tərəfindən kvadrat hesabı ilə podratçı təşkilatlara verilmiş cədvəl göstərilir ki, onun da maya dəyəri 3-5 min manatı aşmır. Halbuki hər evin təmiri üçün dövlət tərəfindən 15-20 min manatlıq smeta ayrıldığı söylənilir. F.Kərimli rayonun baş memarı Mirəli Qurbanovla əlbir olaraq, podratçı təşkilatın rəhbərini də “razı salmaq”la, dövlətin ayırdığı pulları öz ciblərinə bölməklə məşğuldurlar (təbii ki, başçı amili öz yerində). Bu proses keçmiş başçı Ənvər Seyidəliyevin zamanında başlanmışdı və bu gün də davam edir. Ə.Seyidəliyevdən sonra, az müddət başçı işləyən mərhum Vahid Tağıyev Ağsuya gəlişində əvvəlcə karrupsiya hallarının aşkarlanması üçün ciddi çabalar göstərdi. Mərhum başçının qəbul etdiyi vətəndaşların əsas şikayətləri müavin İqbal Mikayılovdan, baş memar Mirəli Qurbanovdan və şöbə müdiri Füzuli Kərimlidən idi. Lakin sonradan İ.Mikayılov işdən azad edilsə də, M.Qurbanov toxunulmaz qaldı, F.Kərimli isə böyüdülərək, birinci müavin oldu. F.Kərimli hansı yollarlasa Vahid Tağıyevin rəğbətini qazanmağı bacardı, üstəlik İH-də onunla hesablaşmayan vəzifəliləri də işindən aldırdı. Hazırda da İH-nin digər vəzifəlilərinin F.Kərimlidən dərin ehtiyat saxladıqları, bu üzdən ona “biət” etmək məcburiyyətində olduqları söylənilir, çünki F.Kərimlinin iradəsinin əksinə gedənlərin aqibəti məlumdur. F.Kərimlinin xarakterinə görə idarə müdirləri tərəfindən də sevilmədiyi bildirilir. Hətta, onun, yol hərəkət qaydasını pozduğuna görə, şəxsi avtomobilinin Ağsu polisi tərəfindən cərimə meydançasına salındığı da bildirilir. Maşın demişkən, F.Kərimlinin vəzifəyə gələndən sonra az müddətdə varlanmağı bacaran kadrlardan olduğu söylənilir… Bu barədə sonra.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04 |
|
|
|
| • Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56 |
|
|
|
| • "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48 |
|
|
|
| • Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42 |
|
|
|
| • Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40 |
|
|
|
| • Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25 |
|
|
|
| • “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15 |
|
|
|
| • İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04 |
|
|
|
| • FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
| • Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55 |
|
|
|
| • “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43 |
|
|
|
| • Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18 |
|
|
|
| • "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17 |
|
|
|
| • Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01 |
|
|
|
| • Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55 |
|
|
|
| • Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30 |
|
|
|
| • İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27 |
|
|
|
| • Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35 |
|
|
|
| • "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26 |
|
|
|
| • Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15 |
|
|
|
| • Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11 |
|
|
|
| • Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08 |
|
|
|
| • ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06 |
|
|
|
| • TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05 |
|
|
|
| • "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42 |
|
|
|
| • DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38 |
|
|
|
| • Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32 |
|
|
|
| • Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29 |
|
|
|
| • Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20 |
|
|
|
| • Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16 |
|
|
|
| • Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15 |
|
|
|
| • Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05 |
|
|
|
| • Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00 |
|
|
|
| • Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51 |
|
|
|
| • Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49 |
|
|
|
| • Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47 |
|
|
|
| • Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44 |
|
|
|
| • Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42 |
|
|
|
| • "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33 |
|
|
|
| • "Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30 |
|
|
|
| • Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21 |
|
|
|
| • İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
|