"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                     Ekologiya nazirinin yeni birinci müavini kimdir? .....                     Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı .....                     İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb .....                     Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub .....                     AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... .....                     Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" .....                     Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ .....                     Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                     "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? .....                     “Brent” neftinin qiyməti 106 dolları ötüb .....                     “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? .....                     Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü .....                     AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb .....                     Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: .....                     Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... .....                     Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                 

Gənclər və İdman Nazirliyində kadr islahatları başlayacaqmı... — Kimlər və nə üçün yola salınmalıdır?
Tarix: 29-09-2021, 15:35 | Çap et
Gənclər və İdman Nazirliyində kadr islahatları başlayacaqmı...
Fərid Qayıbov cəmi 22 gündür Gənclər və İdman naziri vəzifəsinə təyin olunub. Bu qısa müddət ərzində yeni nazirdən əlahiddə addımlar və “korpus” qərarlar gözləmək doğru deyil, ancaq F.Qayıbovun vəzifəyə təyin olunduğu gündən etibarən davamlı görüşlər keçirməsi, gənclər və idman sahəsindəki situasiyanı dərindən dəyərləndirməsi onun yaxın gələcəkdə mühüm qərarlar verəcəyinin mesajıdır. Yeni nazirin iş fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri onun nazirlikdə kadr islahatlarına kor-koranə şəkildə başlamamasıdır.

Bununla belə, F.Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə on illərdir nazirlikdə “betonlaşan” şəxslərdən bir neçəsi gözə dəymədi. Məsələn, 15 ildir nazir müavini vəzifəsini daşıyan İsmayıl İsmayılov yeni nazirin görüşlərində iştirak etməyib. Müsbət tendensiyadır! Bu, nazirliyi köhnələrin “şineli”ndən xilas etmək istiqamətdə atılan pozitiv addımdır. Heç şübhəsiz, İ.İsmayılov “mifi”nin dağıdılması Gənclər və İdman Nazirliyi üçün yeni nəfəslik açacaq. Nazirlikdə köklü islahatlar aparılmalıdır və aparılacaq da! Əks halda ölkənin gənclər və sektoru daha böyük bir bataqlığa yuvarlanacaq.

2006-cı ilin fevral ayının 7-də mərhum Azad Rəhimov Gənclər və İdman naziri vəzifəsinə təyin edilir. Qısa müddət sonra - iyul ayının 5-də isə İ.İsmayılovun nazir müavini postuna təyinatı reallaşır.

Naxçıvan doğumlu İ.İsmayılov həmin dövrdə “Mehdiyev epoxası”nın ən işartılı namizədlərindən biri kimi bu posta gətirilmişdi. O, bundan əvvəl ABTİA-da prorektor vəzifəsində “Mehdiyev klanı”nın gənclər və idman sahəsində əsas forpostu hesab olunurdu.

Odur ki, R.Mehdiyevin təqdimatı əsasında İ.İsmayılovun nazir müavini vəzifəsinə təyinatı gözlənilən idi. Ancaq indi Mehdiyev erası bitib, ölkənin rəsmi dəhlizləri köhnə zehniyyət sahiblərinin addımlarından xilas olub, Prezident İlham Əliyev bütün sahələr üzrə köklü islahatlara başlayıb və yeni inkişaf mrəhələsinə qədəm qoymuşuq. İ.İsmayılovun 15 illik iş fəaliyyətini təhlil etsək, bu müddət ərzində ölkə idmanının “tormozlanması”nda onun “əhəmiyyətli” rolunun şahidi olarıq.

Nazirliyin tender, tikinti və s. əməliyyatlarının pərdəarxası əsas ruporlardan olan İ.İsmayılov özü haqqında mənfi məlumatların yayılmasının qarşısını almağı da bacarıb. Necə deyərlər, o, çoxbilmiş Qumru quşu kimi “radara” düşməkdən yayınmağı peşəkarcasına bacarır. Ölkə idmanının sütunlarının darmadağın edilməsi hesabına İ.İsmayılovun əldə etdiyi səltənət haqqında yazmaq ayrı mövzunun predmetidir.

Ancaq yeni nazir bir məsələni diqqətdə saxlamalıdır: bu şəxslərlə ölkə idmanını dirçəltmək iynə ilə qəbir qazmaq qədər çətin və mümkünsüz olacaq.

Gənclər və İdman Nazirliyində 10 şöbə fəaliyyət göstərir, hər şöbə isə bir neçə sektora bölünür. Nazirliyin rəsmi saytında 17 sektorun fəaliyyət göstərdiyi qeyd olunub. Qurumun rəhbərliyində 1 Aparat rəhbəri (Rüfət Həsənov), 3 nazir müavini (İsmayıl İsmayılov, İntiqam Babayev və Fərhad Hacıyev) təmsil olunur.

Azsiyaset.com 31 avqust 2021-ci il tarixində nazir müavini F.Hacıyev haqqında məqalə ilə çıxış etmişdi. Məqalədə onun hüdudsuz siyasi iddiaları və səmərəsiz fəaliyyətindən bəhs olunurdu. Aparılan müşahidələr göstərir ki, F.Hacıyev nazir müavini postunu sadəcə “bron” etmək üçün tutub və özünün daha böyük iddialarını gerçəkləşdirmək üçün buradan tramplin kimi istifadə etməyi düşünür.

Gənclər və İdman Nazirliyində rəsmi və qeyri-rəsmi qərarların əsas “Surkovu” hesab olunan İntiqam Babayev 21 illik bir dönəmin əsas kripto ismidir.

2000-ci ildən nazir müavini vəzifəsini tutan İ.Babayevin dirijorluğu ilə ölkənin gənclər sektoru tamamilə iflic hala gətirilib. Bu illər ərzində Azərbaycanda yalnız ölkə rəhbərliyinin iradəsi daxilində gənclər sahəsində mühüm addımlar atılıb. İ.Babayevin bütün addımlarının kökündə isə sabotaj amillər dayanıb və “pərdəarxası” oyunların əsas icraçısı kimi, o, ölkə idmanına xeyli sayda qurbanlar bəxş etməyi də bacarıb.

Azərbaycanda heç bir gənclər təşkilatı dövlətçiliyin bir qolu kimi bu sahədə sütuna çevrilə bilmədi.

İ.Babayevin kuratorluğu çərçivəsində (bu məsələdə F.Hacıyevin də payı az deyil) mövsümi və şəxsi ambisiyalara xidmət edən gənclər təşkilatları meydana gəldi. Bu təşkilatlar ya bir neçə şəxsdən ibarət olub, “qrantyeyən maşın”a çevrilib, ya da müxtəlif məmurlara bağlı şəkildə bu və ya digər şəkildə buxarlanıb yoxa çıxıblar.

Ölkədə stabil, ictimai rəyə təsir edən, əhatəli kütləyə sahib olan neçə gənclər təşkilatının adını çəkmək olar?

Sadəcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə özlərinə fəaliyyət fürsəti qazanan və ənənəvi, “pərçimləmə” üslubunda ortada atılıb-düşən neçə təşkilat var? Və bu təşkilatlar illərdir təkcə Gənclər və İdman Nazirliyindən nə qədər pul “yeyiblər?”

Ümumiyyətlə, bu təşkilatların heç biri niyə böyüməyib? Dövlət gənclər təşkilatı axtaran zaman bu günə qədər əlini atıb yapışmağa, istinad etməyə niyə bircə təşkilat tapmayıb?

Bu ölkədə müxtəlif sahələrdəki biabırçı boşluğu niyə bir şəxsin fundamental fəaliyyəti doldurmalıdır? Dövlət başçısının siyasətinin arxasınca nə qədər gizlənib öz yarasız fəaliyyətininizi ört-basdır edəcəksiniz?

Nazirliyin gənclər profili üzərində 21 ildir öz inzibati-siyasi hökmranlığını qoruyub saxlayan İ.Babayev ölkənin gənclər və idman sahəsinin iflic olmasının əsas səbəbkarlarındandır.

Yeni nazir nərə almalıdır ki, ölkədə əksər gənclər təşkilatları mövsümidir, fərdi maraqlara xidmət edir və sabah dövlət ehtiyac duysa, bu təşkilatların heç biri bufer rolundan çıxış edə bilməyəcək.

Ən dəhşətlisi odur ki, illərdir milyonların, bəlkə də milyardların yatırıldığı gənclər sahəsi dövlətçiliyin sarsılmaz bir qanadı kimi özünü ifadə edə bilmir və belə getsə, bundan sonra da edə bilməyəcək. Odur ki, bu sahədə inqilabi dəyişikliklər qaçılmazdır!

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, hörmətli Çingiz Hüseynzadə sayğı duyulan şəxslərdəndir.

Ancaq göstərilən uzun müddətli etimada əsaslanıb fəaliyyətsizlik nümayiş etdirmək də milli mraqlarımıza cavab vermir. Bəlkə də artıq yaş öz sözünü deyir. Olimpiya Hərəkatndakı səmərəli fəaliyyətinə görə, bu ilin iyul ayının 20-də Çingiz Hüseynzadə 70 yaşı - yubileyi münasibətilə Prezident tərəfindən “Şərəf” odeni ilə də təltif olundu.

Ancaq oturub düşünməliyik: Azərbaycan idmanı getdikcə legionerlərdən, xaricdən gətirilən idmançılardan asılı vəziyyətə gətirilib. Bu vəziyyət nə vaxta qədər davam edəcək? Bəs, idmanı milliləşdirmək? Xərclənən pullar ölkənin idman sütunlarını möhkəmləndirməlidir, yeni məktəblər formalaşdırmalıdır, yoxsa legionerlərə xərclənməlidir? Bizə bu istiqamətdə ölkəyə yatırılan pul lazımdır, yoxsa xaricə daşınan?

Yeni nazir bunu da nəzərə almalıdır: ölkə idmanı milliləşməlidir, legionerlər bizə uzumüddətli qələbə vəd etmir. Bu məsələ ilə bağlı ortaya sağlam fikirlər qoyulmalı və milli konsepsiya hazırlanmalıdır.

Göründüyü kimi, yeni nazirin qarşısında məsuliyyətli məsələlər var.

Ümid edirik ki, yuxarıda adı çəkilən və Nazirliyi xərçəng kimi sarıyan müavinlər vəzifəsindən azad olunacaq, ölkəyə, gənclər sektoruna və idmana daha yararlı şəxslər bu postlara təyinat alacaqlar.

Samir Feyruzov
//demokrat.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru